88
qanunauyğunluqlarla sübut olunması onu obyektiv edir.
Məsələn, bir fikirin digərləri tərəfindən ümumi məntiqi prinsip
və kateqoriyalarla sübut olunması həmin fikrin obyektivliyini
şərtləndirir.
Elə proseslər də olur ki, universal yox, fərdi insanlar
tərəfindən subyektiv qəbul olunur. Bunlara da obyektiv qəbul
olunmayan, lakin mövcud olan mütləqlər kimi yanaşmaq olar.
Məsələn,
əxlaq
mücərrəd-mənəvi
anlayışdır.
Tərkibi
konseptualdır. Əxlaq elementləri (insan hərəkətləri) həm
obyektiv, həm də subyektivdir. Bu baxımdan da obyektiv və
subyektiv mütləqdir. Əxlaqın tərkibi tam bütöv deyil və
tamamlanmır. Ona görə də bir qanun, norma digəri tərəfindən
həm qəbul oluna, həm də olunmaya bilər. Bu aspektdə
mütləqlərin qəbul olunma koordinatları, aspektləri və bucaqları
meydana gəlir. Uzaq mütləqlər yaxın məsafədən, yaxın
mütləqlər isə uzaq məsafədən qəbul oluna bilər.
Mütləqlər və nisbilər
-makro
və mikro ölçülüdürlər, sərhədlərsizdirlər;
-koordinasiyalı xüsusiyyətlərə malikdirlər;
-mücərrəd və konkretdirlər;
-fərqli forma və məzmunludurlar, məzmun və forma
dəyişəndirlər;
-hər kəs üçün aydın olan, bu baxımdan duyulan universal
mənaya malikdirlər;
-yalnız bir və ya da kiçik qrup üçün duyulan fərdi və kiçik
universal mənaya malikdirlər;
-fərdi və kollektiv olaraq zəruri və obyektivdirlər,
subyektivdirlər;
-fərdi (fərd üçün) imperativ –kollektiv (kollektiv üçün)
qeyri-imperativdirlər;
-kollektiv makro və fərdi mikro mənaya malikdirlər;
-dəyişən məkanlıdırlar;