82
passivlik qarşılaşanda kütləsi çox olan tərəf onu udur. Məsələn,
hesab
etmək olar ki, tək bir Günəş kosmik fəzada udula bilər.
Enerjisı çox olan tərəf az olan tərəflə rastlaşanda az tərəf
udulur. Əgər forma eynidirsə elə forma da qarışır. Məsələn,
eyni cismin yanmasını özündə ehtiva edən alovlar birləşir.
Yenə də alov formasını alır. Böyük alov kiçik alovu dartır.
Məzmun başqa olan enerjilər rastlaşanda kütləsi böyük olan
tərəf yenə də az olan tərəfi udur. Məsələn, su çox olanda az
alovu udur. Yaxud da alov çox olanda suyu buxara çevirir. Çox
suda da alov bir qədər dəyişiklik yaradır. Eyni məzmunlu
enerjilər birləşir. Məsələn, Günəş başqa bir Günəşlə birləşə
bilər, - əgər nüvələrində fərqli reaksiyalar baş vermirsə.
Günəşlə planetlər də birləşə bilərlər. Bu halda Günəş onları öz
tərkibinə çevirəcək. Kəmiyyət və məzmun fərqləri enerji
birləşmələrində də özünü göstərir.
Çox mənfilik az müsbətlikləri uda bilər. Çoxlu sayda
mənfiliklər son olaraq müsbətliklərə aparıb çıxara bilir.
Kainatda qaranlıqlar işıqları əvəzləyir.
Zərurətlər və təsadüflər
Kainat daxildən idarə olunur və idarə edir. Kainatın xarici
yoxdur. Ona görə də sərhədlərsizdir. Qüvvənin əsasını
hərəkətlər təşkil edir. Hərəkətlər passivlikdən aktivliyə və
əksinə doğru keçid edir. Mütləqlərin hərəkəti əsnasında məkan
dəyişmələri meydana gəlir.
Sürət artır və azalır. Balans yaranır. Kainat bu baxımdan
müsbət və mənfiliklərdən ibarətdir.
İnsanlar idarə olunurlar. Sərhədsiz, ölçüsüz və makro
qüvvələr insanları və digər canlıları idarə edirlər. Cansız
adlandırdığımız aləm də insanların idarəçiliyini həyata keçirir.
İnsanlar onları idarəedənlərin daxilindədir. Buna görə də qüvvə
və varlıq mütləq və zəruridir. Təsadüfləri isə qeyri-müəyyən
84
elementli bir strukturdur. Lakin bu da özlüyündə müəyyən
məkanı əhatə edən bir tamdır.
-hər bir vahid tam və natamamdır;
-hər
bir vahid bütöv və tərkibdir;
-hər bir məsafə tam və natamamdır;
-hər bir məkan tam və natamamdır;
-hər bir zaman tam və natamamdır;
-hər bir strultur tam və natamamdır və s.
Mütləqlər və nisbilər
(mütləqlik və nisbilik)
Sonsuzluq məkanında var olan hər şey (mövcudluq-
elementlər və hadisələr, yəni, elementlərin hərəkətləri və
onların təzahürləri) mütləqdir. Mütləq olan hər varlıq yerini
dəyişəndə dəyişən varlıq öz mütləqliyini başqa məkanlara
aparır. Bu baxımdan da sürət amili mütləq kriteriya olaraq
meydana gəlir. Sürət ümumi məfhum kimi mütləq olur.
Artması və azalması isə onun mütləqliyini dəyişir, nisbiliyə
çevirir. Zaman da dəyişir və sürət də dəyişikliyə məruz qalır.
Lakin hər sürət məkanı özü mütləq olaraq qalır. Deməli,
mütləq miqyasına görə, həcm və formasına görə dəyişə bilir.
Var olan şeyləri də biz
materiya (təbiətin fiziki-maddi
elementləri) və
qeyri-materiya (şüur, fikir, siqnal, duyum,
qavrayış, fikir emalı, refleksiya, münasibət, mövqe, əlaqə və
s.),
canlı (aktiv və passiv hərəkətdə olan maddi aləm) və
“
cansız” (hərəkətsiz olan aləm. Lakin nəzərə almaq lazımdır
ki, varlıqla mövcud olan kainatda hərəkətsiz heç nə ola bilməz)
aləmə ayırırıq. Əslində isə, qeyri-materiya ən kiçik
(zərrəcikləri nəzərdə tutmaq olar) materiya birləşmələridir. İndi
biz Allahı həm mütləq materiya (Varlıq), həm də materiyanın
ən kiçik zərrəciklər birləşməsi olan qeyri-materiya (yenə də
Varlıq) kimi qəbul edə bilərik. Ancaq bu birləşmələr makronu,
sonsuzluğu yaradır, zamansızlığı, məkansızlığı, formalaşdırır
və nəticə etibarilə materiyaya, həm də sonsuz həddə böyük