78
birini tarazlaşdırır. Kainatdakı qüvvələr, enerji başlıca olaraq
işıq və qaranlığın bir-birini əvəzləməsindən meydana gəlir.
Sürət, kəmiyyət, qüvvə, məkan və səth haqqında
Əvvəlcə səth haqqında. Səth məkanın müstəvisidir.
Məkan (şərti perimetrdə olan istənilən bir məkan, müstəvi)
onda toplaşan elementlərin çəkisindən, kütləsindən meydana
gəlir. Hər bir məkanın həcmi, ölçüsü, miqyasi, sərhədləri
mövcuddur. Kainat isə bütövlükdə hədsizdir, buna görə də
məkanı və kütləsi ölçülə bilməz. Kainat cismlərinin məkanı
ölçülə bilər. Səth onun üzərində olan cisim üçün sürtünməni
yaradır. Cisim səthin üzərində dayanıqlı (buna hərəkətsizlik
demək olmaz) formada olur və hərəkətə keçir. Bu hərəkət ya
müstəvi dəyişəndə, ya da dəyişməz müstəvidə dayanan cismə
təsir edən kənar cisim (bərk maye və qaz halında olan toplu
zərrəciklər) sayəsində artır. Hər məkan eyni ola bilməz. Bu
baxımdan da sürət eyni ola bilməz -hətta ona təsir edən qüvvə
də eyni olsa. Qüvvə də dəyişəndir. Hər məkanda təsir edən
qüvvə dəyişir. Səthin dəyişməsi məkanı yaradan cismin fəzada
(“boşluqlarda”) əyilməsi və ya da dönməsi ilə də olur. Eyni
zamanda səthdə baş verən element artması və azalması ilə də
yaranır.
Sürət müəyyən cismin müəyyən bir məkanda zamana
nisbətdə yerdəyişməsidir. Sürət hərəkət edənin məkanda
yerdəyişməsini yaradan səthdən və sürətdə olana tətbiq olunan
qüvvədən asılıdır. Hərəkət edən, təsir edən və üzərində
dayanılan məkan məhz kəmiyyətlə, elementlər toplusu ilə
bağlıdır. Xassə kəmiyyətdən, tərkibdən və məkan daxili və
məkan xarici təsirlərdən meydana gəlir. Müəyyən məkanda
hərəkət edən və müəyyən formalara malik olan bərk cisimlərin
(cisimlər formaları özü ilə aparır) sürətini ölçmək asandır və
dəqiqdir. Makro varlıqların sürətini ölçmək olur. Ən kiçik