67
tərkibdə (buxardan qabaqkı) tərkibdə olmaya bilər. Çiy su ilə
qaynanılmış suyun tərkibi eyni deyil. Buxar suyu ilə yağışın
tərkibi
eyni deyil;
-passivlikdən aktivliyə keçəndə tərkib yenə də azala bilər.
Məsələn, buzla suyun tərkibi eyni deyil. Donmuş su tərkibinə
əlavə elementlər qatır, əridikcə onu itirir. Buzun tərkibi suyun
tərkibindən fərqlidir. Buz –passiv, su- aktivdir. Donmuş,
laxtalanmış qan passivdir, coşan qan aktivdir. Coşan qan
təminedicidir. Buna görə də yüksək qan təzyiqi orqanları
sürətlə təmin edir. Yüksək qan təzyiqi müalicəvi əhəmiyyətə
malikdir. Sürətli qan dövranı təmizləyicidir, daxili və yad
ünsürləri zərərsizləşdiricidir, parçalayıcıdır. Qanın laxtalanması
qanın passiv vəziyyətə keçməsidir. Sürətinin azalmasıdır
Bunun da əsas səbəbi orqanların pozulması və qanda
mikroorqanizmlərin, qan üçün yad olan ünsürlərin qanda özünə
çox məkan əldə etməsidir. Yaşlı insanlarda qanın aktivliyi
azalır. Yad ünsürlər qanda daha çox artır. Bu da qan dövranının
zəifləməsinə səbəb olur. Təzyiq aşağı düşür. Qanın
qatılaşmaqda
davam
etməsi
orqanizmin
soyumasına,
temperaturun aşağı düşməsinə, o da özlüyündə orqanların
fəaliyyətinin dayanmasına gətirib çıxarır. Orqanizmdə aktivliyə
çevrilən passiv enerji (ehtiyyat enerji) mənbəyi tükənməkdə
davam edir.
Orqanizmi saxlayan passiv (ehtiyat enerji)
enerjidir. Aktivlik əsasən sərfedicidir, təminedicidir. Aktivlik
həm də enerji yığıcıdır. Orqanizm aktiv enerjini passivə çevirir.
Bu çevirmə ətraf mühitdən əldə olunur. İnsan ətraf mühitlə
cavan olur və ətraf mühitlə də qocalır. Yaşlandıqca
enerji
yığmaq və passiv mənbəyə çevirmək lazımdır. Bu da həyat
tərzindən, xarakterdən, ünsiyyət formasından asılıdır. Qapalı
insanlar öz enerjilərini passiv saxlayırlar və gec qocalırlar.
Aktiv insanlar da ətraf mühitdən aktiv enerji qəbul edirlər və
gec qocalırlar.
Belə bir sual ətrafında fikirləşmək olar.
Hər an Yer
kürəsinə düşən enerji Yer kürəsini dəyişə bilir? Sual
69
olur. Ola da bilər ki, dəyişiklik gedir və bizim orqanizmimiz
həmin dəyişiklikləri kəskin şəkildə hiss etmir.
İnsanlar arasında enerji ötürmələri
İnsan enerji mənbəsidir, enerji subyektidir.
İnsanlarda
enerji daxili potensialdan, maddi aləmin (qidanın) enerjiyə
çevrilməsindən və xarici mühitdən yaranır. Xarici
mühitin
enerjisi də mənəvi enerjidən və ətraf mühitdən qəbul edilən
bioloji enerjidən ibarətdir. Mənəvi enerji və bioloji enerji
zərrəciklər toplusudur. Bu baxımdan da bütün kainat mütləq
enerji ünsüründən, mütləq varlıqdan ibarətdir. İnsanlar enerji
çevrilmələrini, enerji mübadilələrini təmin edirlər.
İnsanlar bir-birilərindən də enerji alırlar, enerji çəkirlər və
ötürürlər. Bir sözlə, insanlar enerji mənbələri və mənsəbləri
ünsürləridirlər. Enerji baxışlarla, görmələrlə, danışıqlarla,
eşitmələrlə (yaxından və ya da uzaqdan), toxunmalarla, dad və
iyi yolları ilə, ümumiyyətlə, duyğu orqanları vasitəsilə ötürülür
və qəbul olunur. Hesab etmək olar ki, ən güclü enerji
qəbuledici orqanı gözdür. Gözdə digər duyğu orqanlarının cəm
halda qəbul etdiyi enerjinin əlaməti vardır. Bu baxımdan da
enerjili və az enerjili insanlar, taraz və qeyri-taraz insanlar,
bioloji güclü və zəif insanlar gözlərindən, simalarından
bildirirlər. Enerji ötürülmələri qida rolunu oynayır. İnsanların
bir-birilərinə ötürdükləri enerjiyə aura da deyilir. Hər bir
insanda aura fərqli olur. Məkanın da aurası olur. Aura ümumi
enerji potensialının kəmiyyətinə bağlıdır. Bu da onun aktiv və
passiv enerji mənbəyi rolunu oynamasını göstərir. Belə qənaətə
gəlmək olar ki, ruhu taraz insanlar nisbətən bol enerjili
insanlardır.
Belə bir ifadə işlənilir -mənfi enerji. Mənfi enerji əslində
passiv enerjidir. Məsələn, soyuq hava kütləsi passivləşmiş,
sıxlaşmış, bir qədər bərkimiş hava axınıdır, hava kəmiyyətidir.