62
və xarici təsirlərdən asıldır. Burada kəmiyyət, kəmiyyəti
yaradan tərkib elementlər və onların birləşmələri də önəmli rol
oynayır.
Canlı aləm forma və məzmununu dəyişən aləmdir. Bu
dəyişmə fərqi də müxtəlif ola bilir. Bu da özlüyündə tətbiq
olunan enerjidən asılıdır. Aktiv enerji olan yerdə, yəni çox
enerji olan yerdə canlanma, birləmə və çevrilmə də çox olur.
Həm də proseslər sürətlə həyata keçirilir. Belə deyək ki, zəif
aləm tez aktivləşir və dəyişilir. Məsələn, çiçəklər, güllər zəif
canlıdırlar, az sıxlığa malik olan elementlər birləşmələridir.
Ona görə də tez aktivləşirlər və solurlar. Bərk materiya isə
formasını çox gec bir zamanda dəyişə bilir. Çünki, burada
enerji çoxdur, kəmiyyət çoxdur, lakin hərəkət passiv
vəziyyətdədir. Başlanğıc və son arasında məsafə çox uzun olur.
Bu prinsip planetlərin və onların peyklərinin yaranma tarixi
haqqında, geoloji dəyişmələr haqqında müəyyən məlumatlar
verir. Bizdən asılı olmayaraq, hiss olunmaz dərəcədə
planetlərdə dəyişikliklər gedir. Bu dəyişiklikər ardıcıl
təkrarlanan proseslərdən ibarət olur. Lakin zaman çox uzun
olur. Planetlərin müxtəlif kütlələri və tərkib fərqləri, Günəşdən
olan məsafələrindəki fərqlər də planetlərin yaranma tarixinin
fərqli olmasını deyir. (Qeyd: əgər planetlərin başlanğıc, yəni,
yaranma tarixləri varsa, məntiqi fikirlər düz ola bilər). Hər bir
planetin peyklərin öz zamanları var.
Günəşdən uzaq planetlərdə
canlı aləm (fauna və flora aləmi) yavaş yetişir. Bu baxımdan
da canlı aləm olarsa, onların uzaq planetlərdə ömürləri çox
uzun olar. Çünki, Yer kürəsinə nisbətən həmin planetlərdə
enerji fərqi var. Bu fərqi də kütlə və məsafə yaradır. Canlı aləm
dəyişikliyə uğrayır. Bu gedişatla belə güman edək edək ki,
planetlər və Günəşin mövcudluğu nə vaxtsa sona yetə bilər.
Lakin bir prinsip bu fikrin ziddiyyətliliyini ortaya qoyur. Belə
ki, təxmin etmək olar ki, Günəş və planetlər qarşılıqlı asılı
vəziyyətdədirlər. Bu asılılıq hər birinin forma və tərkibini
müəyyən edir. Əgər planetlər Günəşdən yaranıbsa, onda Günəş