52
edir. Buna görə də hesab etmək olar ki, atmosferin özündə də
dağlar və düzənliklərin nisbəti və dünya okeanları hərəkətləri
təmin edir. Atmosferin axınında bunlar da iştirak edir.
Dağlar və okeanlar, buzlaqlar
həm də Yer kürəsinin həddən
artıq işıqlanmasının qarşısını alırlar. Çünki işıq enerjisi buzlar
tərəfindən udulur. Bu udulma sayəsində Yer kürəsi Günəş
tərəfindən yanmır, qaza çevrilmir.
Belə də güman etmək olar ki, insanlar və digər canlılar
da Günəş şüasını udurlar. Yaşıllıq həddən artıq artarsa,
insanlar və digər canlılar həndəsi silsilə ilə çoxalarlarsa,
Yer üzündə qismən də olsa işıq enerjisi azala bilər. Lakin
kainat, qalaktika, Günəş və Yer kürəsinin elementlərinin
qarşılıqlı enerji mübadiləsi prinsipindən çıxış edərək hesab
edə bilərik ki, artım hesabına Günəşdən gələn enerji də,
işıq da müvafiq qaydada və nisbətdə arta bilər. Planetlərin
Günəşə ötürülmələri sayəsində işıq da arta bilər. Əgər
makro kainat dəyişikliyi hesabına Günəş kütləsini artırırsa,
onda, qəbul edə bilərik ki, tozlar hesabına planetlər də öz
çəkilərini artırırlar. Bu tozlar Günəşdəki alovlanmadan
yaranan elementlərdir.
Dağlar çəkicidirlər. Günəş şüasını, hava ilə gələn enerjini,
buludları, atmosferi, atmosfer tozlarını, təbiət hadisələrini
(məsələn, yağışı)
özlərinə çəkirlər, “udurlar” və aktivləşirlər.
Günəş şüasını və digər elementləri özlərinə çəkirlər və
daxillərində olan passivliyi (enerji mənbəyini) aktivləşdirirlər.
Aktivləşmə sayəsində dağların içində minerallaşma, elementlər
birləşmələri və parçalanmaları baş verir. Dağlarda buludların
özünə çəkilməsində sular əmələ gəlir. Belə təxmin edə bilərik
ki, sular Günəşdən də əmələ gəlir. Buna görə də dağlar sulu
olurlar və özlərindən sular buraxırlar. Dağ suları minerallarla
zəngin olur. Lakin dağın hər bir suyu yüngül ola bilməz.
Günəşin çox düşdüyü hissələrin suları yumşaq və yüngül ola
bilər. Qaranlıq dağ hissələrində, Günəş düşməyən hissələrin
suları ağır ola bilər və ağır birləşmələrlə, metallarla zəngin ola