43
çatır. Atmosfer Yer kürəsinin işıqlanmasını təmin edən təbəqə
rolunu oynayır. Qayıtmada da sürət gəlmə sürətindən az ola
bilər. Çünki, burada kütlə az qalır, Yer kürəsi udur, artığını
geri gələn sürətdən zəif sürətlə, demək olar ki, soyuq halda geri
qaytarır. Bu proseslərdə dünya okeanı da mühüm rol oynayır.
Buna görə də qəti olaraq bildirmək olar ki, atmosfer və
Günəş su əmələ gətirir, Günəş şüaları suyu artırır, cazibə
qüvvəsinə görə geri itələnir. Buxara çevrilir. Soyuyaraq
geri qayıdır. Günəş şüaları planet üçün su mənbəyidir.
Dünya okeanı və Yer kürəsi
gecə və gündüz çəkisini,
kütləsinin
dəyişir. Günəşdən (digər ulduzlardan) həm su, həm də bərk
materiya yarana bilir. Bu prinsip etibarilə güman etmək olar ki,
Yer kürəsi və digər planetlər Günəşdən yaranıb. Günəşdə
yanan kütlələr (tozlar, qaz dumanları) Günəşi tərk ediblər,
uzaqlaşıblar, soyuyaraq bərk materiya halında vahid nüvə ilə
birləşiblər.
Qeyd: Kainatdakı mövcud qaz dumanları planetlərin
əmələ gəlməsi proseslərinin tərkibi ola bilər. Ulduzların,
Günəşin ətrafında olan qaz dumanları çevrilmədən
soyuyan qazlardır. Günəş şüasından bir qədər sıx
qazlardır.
Qeyd: kainat və onun daxilində olan təbiət eyni tərkib
elementlərdən ibarət olduğundan bizim düşüncələrimiz
Günəşdən planetlərdən, planetlərdən Günəşin əmələ
gəlməsi fərziyyəsini irəli sürə bilir. Ona görə ki, biz
insanlar kainatın daxilindəki elementlərdənik. Bizim
düşüncələrimiz əlaqəli formalı və vəhdət şəkilli prosesləri
yaxından dərk etmək iqtidarındadır. Bu baxımdan da
sintez və analiz üsulu ilə, məntiqi nəticələrlə yaranış tarixi
barəsində fikirlər bildirə bilirik. Çünki, özümüz də
daxildəyik, kənar yoxdur və bizim kənara çıxmaq
imkanlarımız da ola bilməz. Hər bir düşüncə obyekti
mütləqdir və bu obyekt kainatdan başqa bir şey deyil.
45
edə bilərik ki, bütün planetlərin də atmosferi vardır.
Baxmayaraq ki, tərkiblərində Yerdəki kimi su mühiti yoxdur.
Hər bir planetin atmosferi özünəxasdır.
Nahamarlıqları nə yarada bilər (qüvvələrin əsasları)
Kainat və onun tərkibi olan qalaktikanın nahamarlıqları
elə qalaktikaların özündəki bərk cisimlərdən, ulduzlardan
yaranır. Bu nahamarlıqlar (toplular) kainatın hamarlığına
xidmət edir. Hərəkət edən cisimlər sayəsində kainat
müstəvisində müqayisədə “boşluqlar”, fərqliliklər meydana
gəlir. Makro qüvvə kiçik qüvvələri, kiçik qüvvələr də makro
qüvvələri meydana gətirir. Burada sorma (cəzbetmə, cəlbetmə)
və itələmə elə kainat kosmik müstəvi nahamarlıqlarını
meydana
gətirir.
Nahamarlıqlar
sorulmadan
(kainat
müstəvisində olan boşluqların yaratdığı sorulmadan) meydana
gələn
kütlədən, kəmiyyətdən miqdardan, həcmdən ortaya çıxır.
Qalaktika obyektləri özləri hərəkət sayəsində müstəvidə
nahamarlıqları qeyri-taraz müstəvini meydana gətirir. Bunun
da sayəsində ulduzlar formalaşır. Deyək ki, boşluqlar tarazlıq
sisteminə xidmət edir. Bu baxımdan da qüvvə -qüvvəni,
hərəkət -hərəkəti meydana gətirir. Boşluqlardan yaranan kütlə
fərqləri elə nahamarlıqları üzərə çıxarır. Qalaktikaların fərqli
ölçüləri və fərqli kainat obyektləri müqayisələri meydana
gətirir. Belə güman edək ki, ulduzlardan da planetlər
formalaşır. Kainatda ulduzlar və planetlər çox güman ki, bir
anda da yarana bilir. Əgər biz sistemlilik prinsipinə istinad
etsək, onda belə qərara gələ bilərik ki, ulduzlar və planetlər bir
anda yaranır ki, tarazlılıq əmələ gəlsin. Bu prinsip etibarilə də
güman etmək olar ki, Günəş və onun planetləri eyni anda
yaranıb. Ümumiyyətlə, bu barədə qəti və həqiqi fikir söyləmək
bir qədər çətindir. Ulduzlar ola bilər ki, digər ulduzları da
yaratsın. Ulduzlar sistemində törəmə ola bilər. Ümumiyyətlə,
yaranış əvvəlki mövcudluqdan yeni mövcudluğa keçid