5
Hər şeyi müəyyən edən Allahdır, hər şeyi bilən Odur.
Çünki hər şey Onundur, O əbədi varlığındır. İnsan Allahın
ona verdiyi qədər müəyyənedici varlıqdır. İnsan dərk edir və
dərk olunur. İnsan özünü və ətrafını dərk edir. Bu dərketmə
zamanı özünün mənasını aşkarlayır. Lakin bu aşkarlama
qismən həyata keçir. İnsan özünü tam şəkildə aça bilməz.
İnsan siqnallardan ibarətdir. Orqanizm məlumatlar
sistemindən təşkil olunur.
6
GİRİŞ:
İnsan fövqtəbiətin və təbiətin nəticəsidir. Buna görə də
baza olaraq (cismani və ruhi olaraq) onlardan təşkil
olunub, eləcə də ayrıca bir məxluqat kimi onları düşünür
və nəticə ünsürü olaraq təbiətə təsir göstərə bilir. İnsan
təbiət elementlərinin məcmusundan ibarət olan canlı,
hərəkətdə olan kompozisiyadır. Təbiət elementlərinin
sintezini yaradan vahid bir “istehsal” ünsürüdür. Bu
baxımdan da təbiətə təsirlər etmək iqtidarında olan
varlıqdır. İnsan özünü, təbiəti, kainatı, fövqtəbiəti (burada
hər şeyin sahibi olan Uca Allahı) düşünə bilmək
qabiliyyətinə malikdir. Allah insana onu (Allahı) düşünə
bilmək üçün müəyyən qədər (kimisində çox, kimisində isə
az dərəcədə) düşüncə bəxş edib. Bu düşüncələr məhz
insanın
fizioloji
–bioloji
quruluşundan
və
ruhi
mövcudluğundan meydana gəlib. Düşüncələrin az və ya da
çox
olması
insanın
fərqli
potensialından,
fərqli
quruluşundan, fərqli beyin formasından meydana gəlib.
Allah bütün məkanlardadır və məkanın özüdür.
İnsanlar və digər canlılar da məhz Allahın daxilindədirlər
və Ondan əlamətdirlər. Allah insanlarda, bütün canlılarda,
biz hesab etdiyimiz cansız aləmdə müəyyən qədər özündən
əlamət verə bilər, öz sirrini duyğu orqanlarında-gözdə,
qulaqda, dadbilmədə müəyyən qədər aça bilər. İnsan Allahı
onun qismi əlamətləri ilə dərk edir, çünki Onun
daxilindədir, Ondan bir parçadır.
İnsan bütövü və tərkibi, strukturu, yarımstrukturu,
sistemi, yarımsistemi (bunların hamısı elə vahiddir,
müəyyən ölçülü və birləşik olan bütövlərdir) vahidlərlə
düşünür. Vahid mikro (kiçik), makro (böyük) və sonsuz
ölçüdə olur. Ən kiçik və ən böyük olanlar, sonsuzluqlar
haqqında düşünmək insana xasdır. İnsan düşüncələri
elementlər və onların birləşmələrindən yaranan müxtəlif
7
ölçülü sistemləri düşünmək qabiliyyətinə malikdir. İnsanlar
həmçinin makronu da tərkib etibarilə düşünürlər.
İnsanların potensialları buna imkan verir. Beyin
zərrəciklərdən ibarət olduğundan obyekti kiçik hissələr
üzrə düşünə bilmək qabiliyyətinə malikdir. İnformasiyaları
qəbul edir, emalını həyata keçirir. Emal sintez və analizdən
ibarət olur. Analiz insanın ardıcıl düşüncələrini və
hərəkətlərinin istiqamətlərini formalaşdırır. Analiz seçmə
və ayırdetmə funksiyasıdır.
Beyinin ən kiçik ölçüsü ən kiçik ətraf obyekti
düşünmək üçün imkanlar yaradır. Beyinin mürəkkəb
funksiyası isə müxtəlif istiqamətli sadəliklər birləşmələrini
düşünmək, əlamətləri ayırd etmək qabiliyyətinə sahib olur.
Beyinin birləşdirici və ayırıcı funksiyası məhz ətraf aləmi
düşünmək üçün imkanları meydana gətirir. Ətraf aləmin
obrazlandırıcı xassəsi düşüncələrin artmasını təmin edir.
Ətraf aləmin əksini beyində təmin edən enerjidir. Burada
aktiv enerji olan Günəşin və digər ulduzların rolu
böyükdür. İnsan düşüncələri daha çox aktiv enerji
mənbəyində artır. Çünki, aktiv enerji mənbəyi siqnal
mübadiləsini, sintezi və analizi gücləndirir. Aktiv enerji
xarici təsirlərdən qəbul olunan enerjidir. Həmçinin
daxildəki passiv enerjidir. Əlamətlər daha çox Günəş
enerjisinin obyektə düşməyindən bilinir. Enerji obyekti
canlandırır, sürtünmə yaranır və səthin əlamətləri beyində
siqnallarla əks olunur. İnsanların duyğu orqanları bu
baxımdan Günəş işığında daha çox işləyir. Belə qəbul edək
ki, aktiv enerji obyektin siqnallarını duyğu orqanları
vasitəsilə daha tez beyinə qəbul edir.
Fəlsəfə və elm, eləcə də din kainat və təbiət, insanlar və
digər canlılar haqqında kifayət qədər fikir bildirib. Fikirlər
bir çox hallarda məxsusi olsalar da, nəticələr etibarilə
universal məzmunda olub. Bu da o mənanı verir ki,
insanların düşüncələri həm də universal mənbədən
8
qidalanır. Universal enerji hər bir fərdə ötürülür. Fərdlər
isə fərqli əsaslarla, fərqli ölçüdə bu enerjini qəbul edirlər.
Elm aşkarlama yolu ilə normalar və qaydalar yaradıb,
prinsiplər formalaşdırıb. Araşdırma modellərini meydana
gətirib. Mənim qələmə aldığım əsər isə heç də tam
yeniliklərdən ibarət deyil. Sadəcə olaraq, özünəməxsus
dərketmənin izahıdır, ifadələrlə bildirilməsidir. İfadələr
beyinin analizindən ortaya çıxan fenomendir. Əl və ayaq
göstərişləri, danışmaq insanların daxili siqnallarının və
ətraf mühitlə əlaqələrindən meydana gələn siqnalların ifadə
olunmasının təzahürüdür. Əlamətləri ayrıd etmək və ifadə
etmək qabiliyyəti də məhz beyinin çevirmə və analiz etmək
funksiyası ilə əlaqəlidir.
İnsan sağlamlığının baza əsasları onun təbiəti dərindən
düşünməsindədir. Düşüncələrdən əldə olunan nəticələr
faydalar verir. Sağlamlıq üçün lazım olan minerallar və
maddələr təbiətdən əldə olunur.
İnsan ümumiləşmiş ali məxluqdur və xaliqin, yəni
yaradanın təcəssümüdür. İnsan ali şüur səviyyəsi ilə digər
canlılardan fərqlidir. İnsan məhz müəyyən olunmuş (insanın
özü üçün müəyyən olan) ali məxluqdur. Ancaq ola bilər ki,
insana müəyyən olmayan məxluqlar da olsun. Mövcudluğun
bu forması insanlara məlum deyil. Ya da, qismən bəzi
insanlara məlumdur. Xaliq tərəfindən insanlara müəyyən
əlamətləri görsədilir. Belə ehtimal etmək olar ki, insanlarla
digər canlılar arasında siqnal aləmi var. İnsanlarla heyvanlar
və bitkilər arasında, heyvanların və bitkilərin öz aralarında
bağlılıq mövcuddur. Hər bir insanın digər insanlarla,
bitkilərlə, heyvanlarla, o cümlədən insana məlum olamayan,
gözə görünə bilməyən məxluqatla siqnal bağlılığı var. Çünki,
insan və digər canlılar vahid kainatda, təbiətdə, vahid enerji
sistemində yaşayırlar. İnsanlar digər aləmlə universal
Dostları ilə paylaş: |