15
funksiyasına malikdir. Bu baxımdan da aktivlik enerji ixracına
gətirib çıxara bilir. Aktiv insanlardan daha çox enerji alırlar və
aktiv insanlar bol enerji qəbul edirlər.
Qeyd: canlı aləmin aktivliyi həm onun tükənməsinə
səbəb ola bilər, həm də enerji mənbəsini artırmasına.
Məsələn, ünsiyyətcil insanlar, çox danışanlar, daha çox
münasibət quranlar enerji sərf etsələr də, əlavə enerji qəbul
etmək iqtidarında ola bilərlər.
Mən dərinləşməni, fikir əhatəliliyini qeyri-müəyyənliklə
müəyyənliyin qarşılıqlı nisbətində axtarıram. Əvvəlki fikirlər
sistemliliklə, məntiqi nəticələr yolu ilə sonrakı, növbəti fikirləri
müəyyənliyə çevirir. Əvvəlki fikirlər qeyri-müəyyənliyin
aydınlaşdırılması üçün başlanğıc şərt rolunu oynayır. Fikir
sistemliliyi çərçivəsində zaman-zaman aydınlıq yaranır. Bu
anda fikir müstəvisi daxildən böyüyür. Qeyri-müəyyən
sistemin bir fikrinin aydın olması sistemin digər fikirini
meydana gətirir.
Fikirlərin yaranmasında daxili siqnallar da mühüm rol
oynayır. Həmçinin xarici siqnallar da oyadıcı effekt verir. Belə
hesab edirəm ki, daxilimdən və xaricdən gələn siqnallar onsuz
da məndən asılı olmayaraq məndə var. Bu siqnalların bəzilərini
ilkin (başlanğıc) edirəm. Sonrakılar isə onlar üçün müəyyənlik
rolunu oynayır, növbəti müəyyənliyi yaradır. Mənim
düşüncələrim daxili və xarici siqnalların sintezindən meydana
gələn analizlərdən ibarətdir. Çalışıram ki, düşüncələrimi açım.
Siqnallardan emal olunan siqnalları dilə gətirim, yazıya alım,
ifadə edim. Burada rasionallığa, yəni əqli mühakimələr
vasitəsilə məntiqi nəticələrə üstünlük verirəm. Sağlam
təfəkkürün məntiqinə inanıram. Nəticələr çıxarmaq, qənaətlərə
gəlmək müşahidələrdən irəli gələrək ortaya çıxır. Eyni
zamanda sistemlilik prinsiplərindən, yəni obyektə və predmetə
sistemli yanaşma metodundan formalaşır.
Hər bir vəhdət, məkanın şərti müstəvisi tərkiblərdən
ibarətdir. Empirik, təcrübi biliklərdən də imtina etmirəm və bu
16
metodla əldə olunan nəticələri də faktlar kimi hesab edirəm.
Faktlar aydınlaşdırıcı olur. Bu baxımdan da fəlsəfə və elmin,
ehtimal və sübutun vəhdətini və şərtləndiriciliyini ortaya
qoymağa çalışıram. Fəlsəfi və elmi düşüncə hər hansı bir
müstəvinin içini qaranlıqdan azad edir. Qeyri-müəyyənliyi
müəyyənliyə çevirir. Faktlar əksər hallarda rasional məntiqi
yolla əldə olunmuş düşüncələri sübutayetirən olur. Məsələn hər
hansısa bir müdrik filosofun vaxtında qısa olaraq dediyi fikri
elmi təcrübə, aşkarlama laboratoriyası (cihaz, aparat və s.)
sonradan sübuta yetirmiş olur. Burada rasionallıqla empirizm
birləşir. Faktlar, hədəflər aydınlaşır. Filosofun uzaqgörənliyi
və onun hədəfi sürətlə görmək qabiliyyəti uzaq və
görünməyən hədəfləri yaxın edir. Bu baxımdan da qəbul etmək
lazımdır ki, uzaqgörənlik daha elmli və geniş düşüncəli olur.
Müstəvini aydınlaşdırmaq üçün hər iki təfəkkür (əqli-rasional
və əqli - empirik) birləşir. Demək olar ki, eyni nəticələrə gəlir.
Filosof uzağı görür, elm uzaqla olan məsafəni aydınlaşdırır.
Məsafəni tərkiblərə bölür. Mərkəzlərdə, müstəvi daxilində ola
bilər ki, elm fəlsəfə ilə düz deməsin. Lakin çox hallarda
filosofun uzaq hədəfi, uzaqda obyekt axtarması düz olur. Elm
birbaşa və dolayı yolla gedib onu təsdiqləyir. Empirik
təfəkkürdə obrazlanma və əqli nəticə vəhdətdə çıxış edir. Onu
da nəzərə almaq lazımdır ki, faktlarla bağlı şübhələr də ortaya
çıxa bilir. Yəni, hər aşkar olunan fakt həqiqət olsa da, ona
yanaşma istiqaməti fərqli ola bilər. Yəni, belə hesab edək ki,
aşkar edən aşkar etdiyi obyektə bəlkə düz istiqamətdən
yanaşmır. Açılma düz deyil, izah düz deyil və s. İnkarlar
faktlardan yeni faktların meydana gəlməsini şərtləndirir.
Subyektiv fikir qəbul olunmur, inkar edilir və yeni fikiri, izahı
tələb edir. Bu baxımdan skeptiklik ortaya çıxır. Məsələn,
kəşflər və ixtiraların inkar yolu ilə, razılaşmamaq yolu ilə
çoxalması subyektivliyin inkarından, eləcə də obyektivliyin
inkarından meydana gəlir. Lakin hər halda onu açanın da insan
olduğunu, insan əməyinin məhsulu olan vasitə (cihaz, aparat,
17
qurğu və s.) olmasını nəzərə alsaq, belə qənaətə gələ bilirik ki,
aşkar olunanlar da universal həqiqətlərdir. Aşkar olunanlar da
ümumi məntiqi və sistemli prinsiplərə söykənir. Onlara
istinadlar etmək lazım gəlir, faktlar bilik dayağı rolunu oynayır.
Faktlara söykənməklə sistemdəki yeni faktları aşkarlamaq
mümkündür. Burada yeni tezislər, antitezislər meydana gəlir.
Onu da qeyd etmək yerinə düşər ki, rasionalizmdə olan bir
mütləq həqiqi fikir digər həqiqətin rasional yolla açılmasına
gətirib çıxara bilər. Bu anda empirizm ilə rasional təfəkkür
vəhdətlik təşkil edə bilər.
Fikir müstəvisində müəyyənlik və məntiqi nəticələr çox
olduqda fikiri bir qədər əhatəli və məzmunlu hesab edirəm.
Fikir həm müəyyən başlanğıc və son arasında ifadə
formasında olur. Bu fikrə konkret və sadə fikir də demək olar.
Məsələn, birbaşa nəticəni deməklə başlanğıc və sonu az
cümlələrlə ifadə etmək olur. Bu anda məsafə qısalır. Sürət
artır. Siqnal yolu qısalır, kəsə olur. Ümumiləşmə birbaşa
hədəfi müəyyən edir. Deməli, beyini sürətli işləyən şəxslər
(aktiv və konstruktiv düşüncəli insanlar, tez qavrayanlar)
qeyri-müəyyənliyi daha çox müəyyənliyə çevirirlər, həm də bu
addımı sürətlə edirlər. Ağıl, zəka bu baxımdan həm də
məsafəni qısaldan bir məzmundur.
Onlar tez ayırd edə bilirlər. Uzaq hədəfi düşüncələrində
yaxın bilirlər. (Ümumiyyətlə, belə qəbul etmək olar ki, uzaq
məsafə qət etmək əqli və düşüncələri artırır. Uzun yol
genişlənən və uzun xassəli fikirləri zəngin edir. Bu hesabla
güman və təxmin edə bilərik ki, Günəşdən uzaq
planetlərdə yaşayan “insanlar”, insana bənzərlər daha
ağıllı ola bilərlər. Düşüncə bolluğu onlarda çox olar). Digər
istiqamətdə fikir çox olur, başlanğıc və son arasında məsafə,
ayırd etmək çox uzun çəkir. Bu baxımdan da müstəvinin
aşkarlanması lazım olur. Fikir çox olanda müstəvidə zənginlik
də artır. Bu aspektdə sadəlik öz daxilində çoxlu sayda
mürəkkəblikləri, mürəkkəbliklər də sadəlikləri cəmləşdirir.
Dostları ilə paylaş: |