20
I FƏSİL: TƏBİƏT
Kainat haqqında
Kainat hərəkət müstəvisidir, elementlərin toplusudur.
Elementlərin özündən də qüvvə və enerji meydana gəlir.
Kainatda elementlər arasında sürtünmə baş verir və məkanda
müxtəlif istiqamətli sürtünmə həyata keçirilir. Sürtünmədən,
itələmədən, sintez və parçalanmadan qüvvə, enerji meydana
gəlir. Sürtünmədən enerjinin aktivləşməsi də yaranır.
Aktivləşən enerji də sürəti yaradır. Sürət toxunmadan,
elementə olan kənar təsirdən meydana gəlir. Sürət halında olan
elementlər
qüvvələrin, təsirlərin əsaslarını formalaşdırır.
Kainat bu baxımdan da hədsiz, kəmiyyətsiz (ölçüyəgəlməz
dərəcədə böyük və sonsuz olan) enerji mənbəyi olan sonsuz
bir məkandır. Kainat bir müstəvi olaraq bərk, qaz, efir, maye
halında olan elementlər cəmindən ibarətdir. Kainatdakı işıq
enerji amilidir. Kainat işıq (aktiv mənbələrdən) və
qaranlıqlardan (işığın müəyyən məkanlarda azalmasından,
passiv mənbələrdən, passiv mühitdən) ibarətdir. Kainatın əsas
mənbəyi qaranlıqdır. Yəni, passiv enerjidir. Qaranlığın
çevrilməsindən işıq meydana gəlir. Qaranlıq elementlərlə,
sürəti nisbətən zəif olan, “yatmış” elementlərlə zəngindir.
Qaranlığın özündə də işıq var. Çünki hərəkət var. Qaranlıq
azalan məkanda azalan işığın təcəssümüdür. Buna görə də
qaranlıq mövcuddur. Azalan işığın təzahürüdür.
İşıq amili makro və hüdudsuz, həm də hüdudlu, müəyyən
bir məkanda kəmiyyəti məlum olan amildir. Buna görə də
kainatda işığın sürəti naməlumdur. Kainat işığının başlanğıcı
bilinmədiyi halda, işığın sürəti dəqiqiliyi ilə müəyyən oluna
bilməz. İşığın sürəti hər bir məkanda dəyişəndir. Qeyd
olunduğu kimi, qaranlığın işığı da mövcuddur. İşıq
qaranlıqlardan ışığa, aydınlığa doğru sürətini və tərkibini
dəyişir. Bu baxımdan sadəcə olaraq müəyyən məkanda mövcud
21
olan işıq sürəti ölçülə bilər. Həmin sürət ancaq o məkana
aiddir. Məsələn, başlanğıcı məlum olan və müəyyən bir kütlə
ilə axın edən işıq selinin sürətini dəqiq ölçmək olar. Lakin bu
ölçü nəticəsini bütün hallar üçün xarakterik və prinsipial
olaraq qəbul etmək olmaz. Kainatda işığın sürəti hər bir
məkanda fərqlidir. Bu baxımdan da Günəşlə Yer kürəsi
arasında məsafəni, qeyri-dəqiq şəkildə müəyyən olunan işıq
sürətini əsas götürüb, dəqiq hesablamaq mümkün olmaz.
Çünki Günəşdən çıxan işığın sürətini də dəqiq ölçmək qeyri-
mümkün olar. Günəşin kütləsi dəqiq ölçülə bilməz və ondan
çıxan işıq selinin sürətini ölçmək qeyri-mümkündür.
İşıq öz mənbəyindən mənsəbinə doğru stabil sürətlə
hərəkət edə bilir. İşığın sürəti, belə güman etmək olar,
mənbədən, işıq verən mənbədən və onun kütləsindən asılıdır.
İşığın sürəti həm də cəzb edənin, onu özündə əks etdirənin
kütləsindən asılıdır. Məsələn, işıq Marsda bir, Yer kürəsində
başqa bir sürətlə olmalıdır. Marsda tənzimləmə sürəti bir
ölçüdə, digər planetlərdə isə başqa ölçüdədir. Kainatda bütün
mənbələr və mənsəblər eyni ola bilməz. Buna görə də işıq
sürəti də itələmə və cəzbetmə qüvvəsinə görə fərqlidir. İşıq
sürəti mənbə,
mənsəb və axan kütlədən, seldən asılıdır.
Kainat, onun tərkibi olan təbiət öz tərkibindəki varlıqlarla
immanentdir. Təbiət mövcudluqları insan düşüncələri üçün
həm ezoterik (daxili, sirli), həm də ekzoterik (hər kəs üçün
aydın olan, geniş yayılan) xassəlidir. İnsan daxili və xarici
insan üçün tam bəlli deyil. Buna görə də insanın ezoterikası və
ekzoterikası kainatın ezoterikidir, yəni daxilidir. O da tam
müəyyən deyil. İnsan özünü bu sonsuz varlıq məkanda tam
mənası ilə tapa bilmir. İnsan daha çox bilməyən, bəlli olmayan
məxluq kimi yaşayır. İnsan öz ruhi və maddi-fiziki aləmi ilə
öz düşüncələri üçün bütöv olmaqla bərabər, həm də
yarımçıqdır. İnsan daxilən əldə olunan məlumatlara şübhəlidir,
aşkar olunan həqiqətə də hətta şübhə ilə yanaşır. Aydınlığın,
gerçəkliyin makro sonsuzluqda mənasını dərk edə bilmir. Bu