14
aşkarlayır. Buna görə də fikir kainatın özündən ibarət olur.
Fikir kainatdan kənara gedə bilməz və hasil etdiyi xəyal, təsvir,
forma və məzmun öz başlanğıcını məhz kainatdan götürür.
Düşünən insan öz daxilini açır və duyğu orqanları ilə qəbul
etdiyi siqnallarla obyekti fikirləşir. Kimsə makro miqyasda
yalan fikirə gələ bilməz. Bu, mümkün deyil. Hər kəs kainatda
olduğunu söyləyə bilər. Buna görə də həqiqət, xüsusilə
“gizlənmiş” və qəfil üzərə çıxan həqiqət üçün müəyyən qədər
zaman da tələb olunur. Yəni, ardıcıl düşüncə fikirləri açır,
obyektin şaquli və üfiqi müstəvisini müəyyən edir.
Həqiqi, obyekti, hadisələri hamı üçün düzgün və inandırıcı
şəkildə əks etdirən fikirlər və həqiqəti qismən düz əks etdirən
fikirlər ola bilər. Qismən düz fikirin yaranması siqnalların
gerçəklik
dərəcəsindən,
aşkarlanmanın,
görünmənin
səviyyəsindən asılıdır. Aydınlıq, müəyyənlik nə qədər aşkar
olunarsa, üzərə çıxarsa, siqnallar da bir o qədər aşkar olunar.
Obrazlanmanın dərəcəsi özlüyündə həqiqətin dərəcəsini əks
etdirir. Duyğu orqanları obrazlanmanın dərəcəsini müəyyən
edir. Bu baxımdan da həqiqətin müəyyən olunması duyğu
orqanlarının inkişaf və funksiya dərəcəsindən əhəmiyyətli
dərəcədə asılıdır.
Siqnalın da aşkarlıq dərəcəsi obyektin
aktivliyindən asılıdır. Bu baxımdan
da aktiv enerjili,
hərəkəti
sürətli olan obyektlər daha çox enerji verirlər və bunun da
sayəsində onlar haqqında həqiqət daha çox obrazlanır.
Qeyd: açıq təbiətli insanlar daha aktiv olurlar və onlar
öz xassələrini daha tez aşkar edirlər. Aktivlik sayəsində
cəhətlər, reaksiyalar, emosiyalar və şüur, ağıl daha tez
büruzə verir. Xarakter daha tez aşkarlanır. Aktiv insanlar
ətraf aləmlə daha sürətli əsaslarla enerji mübadiləsində
olurlar.
Siqnallar çox buraxılır. Aktiv insanlar, əhatəli fəaliyyətli
insanların xarakterini müəyyən etmək daha asan olur. Aktiv
kainat obyektlərini daha tez aşkarlamaq olar. Çünki, onların
aktivliyi siqnallarının tez aşkar olunmasını təmin etmək