9
bağlılığa sahibdirlər, eləcə də fərdi qaydada, çoxlarına
məlum olmayan əsaslarla başqa aləmlə, yan aləmlə
əlaqəlidirlər. İnsanlar və digər aləm bir-birilə mikro və makro
səviyyədə
əlaqələr sisteminə malikdirlər. İnsanlarda
problemlər –fiziki, ruhi problemlər-yaşana bilər. Bu
problemlər həm mikro aləmdə, həm də makro miqyasdan asılı
olaraq ola bilər. Bu baxımdan insanlar həm də mistik
məxluqdurlar. Sirli aləmlə doludurlar. İnsan tərkib olduğu
kainatın elementləri ilə vəhdət şəkilində siqnal sistemindədir.
Belə də hesab etmək olar ki, insan öz tarixi mənşəyi
haqqında siqnal qəbul edəndir. İnsan düşündükcə öz
əcdadının kimliyi barədə məlumatlı ola bilər. Düşüncə əcdad
kimliyini müəyyən etməyə imkan yarada bilər.
Biz insanlar güman edirik və məntiqlə, həmçinin aşkar
olunma yolu ilə özünəxas düzgünlük, həqiqilik axtarırıq.
Tapdığımızın nə dərəcədə həqiqətə uyğun olmasını (bütün
elementlər, varlıqlar sistemlərdə mövcud olurlar. Buna görə
də tam şəkildə müəyyən oluna bilmirlər. İnsanlar da daxilən
sirli məxluqlardır) müəyyən etmək çətindir və şübhələrlə
doludur. Ola da bilər ki, bizə verilən duyğu potensialı ətraf
aləmi müxtəlif, ya da bütün məqamlarda tam olduğu kimi əks
etdirə bilmir. Bu baxımdan da hesab edə bilərik ki, həqiqət
həm universaldır, həm də məxsusidir. Tam həqiqəti, hər
hansı bir məsələdə aydınlığı, dürüstlüyü isə Allah bilir. Çünki
makrodur, sonsuzdur, sərhədlərsizdir. Aşkar olunan həqiqət
hər bir bucaqdan, koordinatdan həqiqət kimi görünməyə
bilər. Bütün qeyri-müəyyənliklər, sonsuz müəyyənliklər
onun daxilindədir. Sonsuz məkanda olan sonsuz enerji,
hərəkətdə olan müstəvi, qüvvə zərurətləri meydana gətirir.
Hərəkət müstəvisində hər bir hərəkət məqamı, anı sonsuz
məkandakı hərəkət müstəvisində təsiredicidir. Bu təsiredici
vəziyyət mikro olsa da makro aləmdə hiss olunan effekti
yaradır.
10
İnsan qeyri-müəyyənliyə görə, bildikləri az olduğundan
və makro aləm barədə çox xəbəri olmadığından, hərəkətlər
sistemində bütün başlanğıc və sonluqları görə bilmədiyindən
səhv edə bilir. İnsan makronu son sərhədləri ilə
bilmədiyindən, bucaqları tam görə bilmədiyindən öz
hərəkətlərində səhv edə bilir. Həm də həqiqət, yəni
gerçəklikdə üzərə çıxan hadisə əlamət, obraz element
obyektiv olmaqla yanaşı, subyektivdir, bu baxımdan həm də
müxtəlif bucaqlardan dərk olunur.
İnsanlar düşünə-düşünə beyinlərini açırlar, siqnal
məkanlarını böyüdürlər. Beyin kainatın mikro məlumat
bazasıdır. Bu baza özünü fizioloji baxımdan və ətraf təbiətlə
təmasları zamanı daha da genişləndirir. Fizioloji artım və
dəyişiklik təbii ki, beyinin baza tutum funksiyasını böyüdür.
Bunun, yəni, müəyyənliyin çoxalmasının, sonu ümumən
hara gedir: -ya çox sürətli inkişafa, ya da öz-özünü (insan
nəzərdə tutulur) məhvə. Enerjinin artmasının partlayışla
nəticələnməsi universal bir təbiət qanunudur. Biz qısa yollar
axtarmaqla əvvəlki uzun yollarda olan dəyərləri də itiririk.
Bu baxımdan da bəlkə, çox fikirləşməyək? Əldə olanlarla
qane olaq? Onda, gərək çoxalmayaq. Lakin sayımızın
artması və rahat həyat, təminat zərurəti və məcburiyyəti bizi
çox fikir etməyə məcbur edir.
Hörmətli oxucular! Nəzərə alın ki, mənim bütün
yaradıcılığım
subyektivdir,
şərtləndirici
düşüncə
konstruksiyalarından ibarətdir. Daxilimdə gizlənmiş qeyri-
müəyyənlikləri
müəyyənliyə
çevirməyə
və
orijinallıq
axtarmağa çalışıram. Onun obyektivliyi artıq sizin verəcəyiniz
qiymətdən asılıdır. Fikirlə razılaşmaq və ya da razılaşmamaq
ola bilər. Ancaq universal insani düşüncələr, fizioloji , bioloji
və ruhi oxşarlıqlar, vahid kainatda yaşamaq şərtləri onu
deməyə əsas verir ki, subyektiv fikir əslində obyektiv-
universal fikirin tərkibidir. İnsanların universal qanunlarla
idarə olunması onlar arasında razılaşmanı, ümumi qaydalara
11
tabe olmanı, mövcud maddi resurslarla qane olmanı
şərtləndirir.
Subyektiv yaradıcılıq yolunda müəyyən obyektiv
məlumatlardan da istifadə edirəm. Hesab edirəm ki, hər bir
aydınlıq ümumi məntiqə, universal və universallıq
içərisdindəki
məxsusluğa
tabedir.
Yəni,
başqalarının
düşündüklərini, oxumadan, eşitmədən belə, mən də qismən
analoji məzmunda düşünə bilirəm. Burada artıq universal
düşüncə qabiliyyətinin, eləcə də universal aydınlaşdırma
qabiliyyətinin köməyi mənə lazım olur. Yəni, mən də bütün
insanlar kimi ümumi və məxsusi düşünmək, məntiqi
nəticələrə gəlmək imkanlarına malikəm. Yalnız özüməməxsus
fikir bildirirəm. Öz fikirlərimdə həqiqətin dərəcəsini isə deyə
bilmərəm. Dərəcəni müəyyən etmək oxucuların işidir.
Mən düşüncələrimi daha çox poetik formada bildirirəm,
düşüncələrimi orijinal şəkildə izah edirəm. İstəyirəm ki, sərbəst
düşünərək öz daxili dünyamı açım. Fikirləşirəm ki, bir insan
kimi daxilim mikrokainatdan, makro kainatın kiçik
modelindən ibarətdir. Kainatın məlumatları hər bir insanda
olduğu kimi müəyyən qədər içərimdə toplanıb, qeyri-müəyyən
şəkildə daxilimdə yer alıb. Qeyri-müəyyənliyi müəyyənliyə
çevirmək mənə verilən bir insani istedad və qabiliyyətdir.
İnsan və digər canlılar (aktiv və bizim cansız adlandırdığımız
passiv canlılar-cansız aləm) informasiya daşıyıcılarıdır. Bu
baxımdan daxilim həm də kənardan -makro sonsuzluqdan və
mikrotəbiətdən, məni əhatə edən ətraf aləmdən siqnallar qəbul
edir. Hesab edirəm ki, bədən quruluşum (bütün insanların fiziki
quruluşları kimi) təbiət quruluşundan (məzmunca) çox də
fərqli deyil. İnsan kimi mən də fövqtəbiətin, təbiətin
nəticəsiyəm. Ancaq insanın indiki formada təbiətin son
nəticəsi olması da qeyri-müəyyəndir və qeyri-müəyyən olaraq
da qalacaqdır. Ola bilər ki, dəyişmələr, yeni təkamüllər baş
versin. Bu halda makro aləmdə zaman amili özünü bir qədər
Dostları ilə paylaş: |