86
dəyişməni ifadə etdiyinə görə mütləqdir. Ardıcıl, paralel və
sistemli şəkildə obrazlanmaları, təzahürləri ifadə edir. Kainat
da təkrarlanan təzahürlərlə xarakterizə olunur. Elementlər
yerlərini dəyişirlər, bu dəyişməni insan təfəkküründə zaman
ifadə edir. Çünki, müəyyən məkanlar dəyişir. Bir elementin
məkanı dəyişəndə onun forması da qismən və ya da tamamən
dəyişikliyə məruz qala bilir. Zaman əvəzlənən mütləqləri ifadə
edən bir anlayışdır.
Element və onun formalaşdırdığı, tutduğu məkan,
elementin sükunət və hərəkət halları, sürət vəziyyətləri, o
cümlədən yerdəyişmələr, tətbiq olunan qüvvə, ölçülər, hədlər,
sərhədlər, formalar, məzmunlar, təzahürlər (məsələn, işıq
zərrəciyin sürətli hərəkətinin təzahürüdür), enerji, qaranlıq və
işıq,
soyuq və isti, yaxşı və pis,
ümumiyyətlə, bütün
elementlər,
hadisələr və hallar, vəziyyətlər, obrazlanmalar, əksolunmalar
mütləqlərdən, dəyişən mütləqlərdən, zərurətlərdən, zəruri
varlıqlardan ibarətdir. Nisbətlərin yaratdığı və nisbətləri
yaradan elementlər mütləqlər və nisbilərdən ibarətdir.
Mütləqlər müxtəlif kəmiyyətlərdən, çəki və ölçülərdən
ibarətdir. Buna görə də elementlər istər fərdi, istərsə də
universal cəm halda mütləqlərdən ibarət olan sistemi təşkil
edir. Deməli, vahidlər kiçik və böyük ölçüdə mütləqlədən
ibarətdir. Hər bir birləşmə və struktur özü mütləqdir, zəruridir.
Vahidlərin ölçülərinin dəyişməsi və formalarının dəyişməsi də
mütləqlərin nisbilərlə əvəz olunmasından yaranan mütləqlərdir.
İnsanlar təbii mütləqlərdir, onların əməllərinin nəticələri də
təbii olan mütləqlərdir, qəti mövcudluqlardır. Mütləqlik
qətilik, şübhəsizlik, labüdlük, yəqinlik, zərurilik ifadələri ilə
vəhdətdə məzmun verir.
İnsanın qavradığı, duyğu orqanları ilə qəbul etdiyi siqnallar
mütləqdir. Bu siqnalları buraxan obyektlər-istər, konkret,
istərsə də mücərrəd olsun-mütləqdirlər. İnsanların siqnalları
emal etmələri və fikir formalaşdırmaları prosesləri mütləqdir.
İnsanların refleksləri mütləqdir. İnsanlar mütləqlərlə əhatə