79
zərrəciklərin sürəti isə xüsusi şəraitdə ölçülə bilər. Kainatda
makro qüvvə və makro mənbədən çıxan zərrəciklər dəqiqliklə
ölçülə bilməz. Sürət hər məkanda eyni ola bilməz. Buna görə
də suyun, qazın, eləcə də atmosferin sürəti hər məkanda eyni
deyil. Sürətin ölçülməsinin məkan fərqi var və makro və mikro
əsaslarla ölçülür. Sürət hər şəraitdə fərqlidir. Buna görə də
mikro məkanda ölçülən sürətlə makro məkanda ölçülən sürətin
fərqi var. Kainat ölçmələri ilə Yer kürəsində insanın laborator
ölçmələri arasında fərq var.
Maye və qaz halında olan zərrəciklərin sürətini ölçmək
çətindir. Məsələn, axan bir çayda bir kub suyun sürətini ayrı
şəkildə ölçmək düzgün deyil. Axan suya digər sular təsir edir.
Burada tökülən suyun (mənsəbə) kütləsinin sürətini ölçmək
olar. Maye tərkibcə zərrəciklərdən ibarətdir. Bu zərrəciklərin
birinin sürətini axar kompleksində və vəhdətində nisbi
müəyyən etmək olar. Buna görə də işıq sürətini ölçmək bir
qədər çətin olar. Ümumiyyətlə, işığın (Günəş və digər
ulduzlar) mənbəyi makro sistemdəndir. Gələn axını qarşılayan
şərait (burada planetlər) fərqlidir. İşığın udulması və əks
olunması fərqlidir. Bu fərqlilik şəraitində işığın sürətini dəqiq
ölçmək çox çətin olar. Çünki axan bir zərrəciyi dəqiq ölçmək
də mümkün olmaz. Suda axan və havada uçan cismin sürətini
müəyyən etmək olar.
Bu baxımdan da Günəşlə planetlər arasındakı
məsafənin dəqiqliklə ölçülməsi şübhəlidir.
Passiv enerji heç də azlıq demək deyil. Aktivliyin aşağı
olmasıdır. Məsələn, havada temperaturun aşağı düşməsi daha
çox, belə demək mümkünsə, enerjinin yox, aktivliyin
azalmasıdır. Günəş aktivliyi azaldır, məkanı seyrəkləşdirir,
sonra onun yerinə qonşudakı passiv enerji axını daxil olur. Bu
zaman passivliyin ilkin mərhələsində soyuqluq olsa da,
sonradan istilik artmağa başlayır.
Soyuqluq bərklik deməkdir, istilik isə seyrəklikdir.
Soyuqluq ağırlıq, istilik isə yüngüllükdür. Günəş istidir, lakin
80
böyük olduğuna görə kütləsi çox böyükdür. Yer planeti isə
nisbətən soyuqdur. Kütləsi də çoxdur. Çünki bərk haldadır.
İstilik dağıdıcı, soyuqluq bərkidicidir.
Varlıqlar və mütləqliklər
Varlıq elementdir. Elementlərin hər biri normal halda gözlə
görünmür, sürəti eşidilmir, elementlərin iyilərini və dadlarını
müəyyən etmək olmur. Lakin qəbul edə bilərik ki, bizlərdən
asılı olmayaraq ən kiçik zərrəciklərin forma və məzmunu bizim
və digər canlıların duyğu orqanları ilə qəbul olunur. Buna görə
də içimizdə qərarlaşır. Sadəcə biz normalda görə və duya
bilmirik. İçimizdə olan və bizə bəlli olmayan, içimizə kənardan
daxil olub, lakin bizə məlum olmayan, aşkarlaya bilmədiyimz
zərrəciklər, varlıqlar mütləqdir. Bu varlıqar bizə böyük şeyləri
duymağa imkan yaradır.
Hər bir varlıq mütləqdir. Hər bir varlığın kütləsi və forması
var. Eləcə də məzmunu mövcuddur. Hər bir varlıq sistemin
tərkibini təşkil edir və buna görə də öz tutumu var. Varlığın
tutumu sistemi yaradır. Hər bir varlığın səsi, enerjisi var; çünki
hərəkətləri mövcuddur. Varlıqlar müstəvini yaradır, müstəvi də
varlığa çevrilir. Varlıqlardan varlıqlar törəyir. Artmalar və
azalmalar da mütləqliklərin əsaslarında meydana gəlir.
Mütləqliklər
qeyri-mütləqliklərə
keçir,
nəticədə
yeni
mütləqliklər yaranır. Məkan dəyişir, yeni məkanlarda
mütləqliklər meydana gəlir. İstənilən forma mütləqdir, onun
dəyişməsi nəticəsi də mütləqdir. Mütləq olmayan hal və
vəziyyət yoxdur. Bir məkanda mütləq olan şey digər məkana
keçəndə əvvəlki məkana nisbətən yeni mütləqliklər yaranır.
Mütləqliklər dəyişir, yeni mütləqliklərlə əvəzlənir. Qeyri-
mütləqlik ümumən yoxdur. Qeyri-mütləqlik yalnız məkan
dəyişəndə yarana bilir. Məsələn, bir məkanda olan avtomobil
başqa məkana keçəndə, həmin əşya birinci məkana nisbətən
81
mütləqliyini itirir. Əvvəli məkanda yoxluğunu üzərə çıxarır.
Varlıqlardan
varlıqlar
törəyir.
Mütləqliklər
üzərində
mütləqliklər yaranır. Hər bir element tərkib olduğundan
mütləqdir. Çünki, lazımi sistemdə yeri var və bu da zəruridir.
Mənfiliklər və müsbətliklər
(passivliklər və aktivliklər, azalmalar və artmalar)
Mənfiliklər artanda enerjinin passivliyi artır. Məsələn, su
donur. Buz passiv enerji mənbəyinə çevrilir. Həm də azalma
gedir. Tərkibindən aktivlik uzaqlaşır. Artma da ola bilər.
Passivləşmə mərkəzə cəlb etmək prosesidir. Bu proses özü ilə
elementləri cəlb edə bilər. Günəş və enerji gələndə artma
başlayır. Çünki, enerji suyun tərkibini çoxaldır. Bu fikirlər
mütləqliklər
və
dəyişən
mütləqliklərdən
(məkan
dəyişmələrindən, həm də forma və məzmun dəyişmələrindən)
ibarətdir. Tutaq ki, Yer kürəsi Günəşdən uzaqlaşır. Bu anda
qaranlıqlar artacaq. Lakin, bu qaranlıqlar özünə ətrafdan
elementlər cəlb edəcək və kosmik fəzanın hesabına böyüyəcək.
Günəşdən uzaqlaşdıqca səthi çox bərkləşəcək. Həddən artıq
qaranlıq məkanda udulacaq və dağılacaq. Dəyişmələr fonunda
qaranlıqların artması nəticə etibarilə aktivliyə səbəb olacaq.
Məkan dəyişəndə mənfilklər və müsbətliklər də dəyişir.
Çünki, bir məkana və məkanda hərəkət edən cismə tətbiq
olunan enerji kəmiyyəti dəyişir. Mənfiliklər (passivliklər,
soyuqlar), müsbətliklər (aktivliklər, istilər) məkan və məsafə
amilinə
bağlanır. Məkan, məsafə enerjinin, kütlənin
dəyişmələrini ortaya çıxarır.
Mənfilikər artanda enerji passivləşir, topalanır, soyuqluq,
bərklilik əmələ gəlir. Mənfiliklər artanda həm də enerji
(elementlər) çoxalır. Sıxlıq yarana bilir. Kənardan aktiv enerji
daxil olanda sıxlaşmış enerji boşalır. Günəş şüaları passiv
enerjini
aktivləşdirir,
məkanı seyrəkləşdirir. Aktivliklə
Dostları ilə paylaş: |