112
funksiyasını yerinə yetirir. Lakin yerli orqanlardan bir və ya da
bir neçəsinin funksiyasının pozulması, ölçülərinin dəyişməsi
sağlam orqanların da işinə zərər verir. Çünki bütün orqanlar
lazımi ölçülərlə bir-birilərini təmin etmək üçün maddələr
mübadiləsində iştirak edirlər. Ölçü standart başqa ölçü və
standartlara cavab verməlidir. Bütün orqanların standart
ölçüləri, kəmiyyəti və fəaliyyəti həmin orqanlar arasında
əlaqələrin təmin olunması funksiyasını yerinə yetirir. Sağlam
orqanizm normal ölçülərdə olan orqandan ibarətdir. Belə
təxmin
etmək olar ki, gün ərzində orqanların
ölçüləri qismən də
olsa dəyişikliyə məruz qalır. Hər an orqan ölçüsünüdə normal
və zəruri dəyişiklik baş verir. Bu, hər şeydən öncə insanın
yaşlanması, böyüməsi və qocalması ilə əlaqədar olur. İnsanlar
daima xarici mühitlə enerji mübadiləsində olurlar. Bu mübadilə
qidanın da həzm prosesinə təsir edir. İnsanların duyğu
orqanlarının da ölçülərinə təsir edir. Ətraf mühitdən qəbul
edilən siqnalların kəmiyyətcə dəyişməsi sonda hər an qan
təzyiqinə, qan dövranına təsir edir. Bu təsir də orqanlarda cüzi
dəyişmələri meydana gətirir. Bu dəyişmələr fonunda orqanların
ölçüləri də dəyişir. Belə güman etmək olar ki, orqanların
immun sistemi vəhdət halında xəstə orqanların sağalmasına
səfərbər olunur. Səfərbərlik sayəsində minerallar, yağlar,
zülallar, vitaminlər xəstə orqanların sağalmasına yönəlir.
Xəstəlik qısa və uzun müddətli olur və orqanların fəaliyyətində
və ölçüsündə olan dəyişikliklərlə fon yaradır. Bir orqanda baş
verən ciddi dəyişiklik digər orqanların da funksiyalarına mənfi
təsir edir.
Orqanizmdə mövcud olan ehtiyat minerallar, yağlar,
zülallar, vitaminlər, ümumən bütün ehtiyyat maddələri xəstə
orqanların sağalmasına səfərbər olunur. Xəstə orqanlar standart
ölçüləri bərpa etdikdə sağlamlıq bərpa olunur.
Xəstə insanlarda qanın tərkib hüceyrələri, plazmanın
miqdarı, hüceyrələrin fəaliyyəti dəyişir. Orqanizmdə istənilən
xəstəlik məkan, tutum, kəmiyyət, həcm dəyişməsidir. Bu