İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə25/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   21   22   23   24   25   26   27   28   ...   66

Avropa Şurası 2001-ci ilə “Kibercinayətkarlıq haqqında” Beynəlxalq Konvensiya qəbul etdi
(3). Lakin Konvensiyaya Avropa Şurasının üzvü olan dövlətlər qoşulduğuna görə o işti-
rakçıların  dairəsi  baxımından  məhduddur.  Bu  səbəbdən  Konvensiya  kibercinayətlərlə
mübarizədə dövlətlərin fəaliyyətlərini tam şəkildə əlaqələndirməyə imkan vermir, bütün
dünya ölkələrinin maraqlarını nəzərə almır. odur ki, bizim fikrimizcə, kibercinayətlərlə
mübarizə aparmaq üçün dövlətlər öz aralarında universal əməkdaşlıq həyata keçirməli və
bu məqsədlə kibercinayətkarlıq haqqında çoxtərəfli beynəlxalq müqavilə bağlamalıdırlar.
Bağlanmış belə müqavilə zənn edirik ki, bütün dünya dövlətlərinin kibercinayətkarlıq prob-
leminə eyni şəkildə yanaşmasını təmin edərdi. Axı, bir az əvvəldə qeyd etdiyimiz kimi
kibercinayətkarlıq beynəlxalq xarakterli ictimai təhlükəli əməl olub, dövlət sərhədlərini
tanımır.
XXi əsrin əvvəlləri cinayətkar aləmin dünyada “zəfər” vaxtı kimi xarakterizə olunur. Bu,
onunla bağlıdır ki, həmin dövrdə transmilli mütəşəkkil cinayətkarlıq kimi yeni təhlükəli ten-
densiya geniş xarakter aldı. Həmin təhlükəli tendensiya bu gün daxili məsələdən çox, qlobal-
transmilli  problemə  çevrilmişdir.  Təsadüfi  deyil  ki,  beynəlxalq  birlik  inad  və  təkidlə
transmilli cinayətkarlıq problemini həll etməyin yollarını axtarır. Bunun nəticəsində 2000-
ci ildə “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” BMT Konvensiyası qəbul edilmişdir (6).
Şübhəsiz bank fəaliyyəti əleyhinə törədilən beynəlxalq xarakterli ictimai təhlükəli əməllərlə
mübarizədə həmin Konvensiyanın rolu və əhəmiyyəti böyükdür. Biz, heç cür inkar edə
bilmərik ki, sözügedən Konvensiya bank fəaliyyəti əleyhinə törədilən və bir tərəfdən trans-
milli, digər tərəfdən isə mütəşəkkil xarakter alan cinayətlərlə aparılan mübarizənin beynəl -
xalq-hüquqi əsasını təşkil edir. unutmaq olmaz ki, bank fəaliyyəti əleyhinə olan cinayətlər
həm transmilli, həm də mütəşəkkil formada törədilə bilər. odur ki, həmin cinayətlərin hüquqi
tənzimlənməsi transmilli mütəşəkkil cinayətkarlığa qarşı BMT Konvensiyası əsasında həyata
keçirilir. 
Qeyd etməliyik ki, cinayətkarlıqla, o cümlədən bank fəaliyyəti əleyhinə olan cinayətlərlə
mübarizədə dövlətlər təkcə konvension əməkdaşlıq həyata keçirmirlər. Bundan ötrü onlar
həm də institusion əməkdaşlıqdan istifadə edirlər. Nəzərdən qaçırmaq olmaz ki, cinayətkar-
lıqla mübarizə sahəsində dövlətlərin əməkdaşlığı iki əsas istiqamətdə inkişaf edir ki, insti-
tusion  əməkdaşlıq  onlardan  biridir.  İnstitusion  (institusional)  əməkdaşlığın  nə  demək
olduğuna gəldikdə isə qeyd etməliyik ki, institusional əməkdaşlıq bu və ya digər beynəlxalq
müqaviləyə uyğun olaraq yaradılan müxtəlif komitə və komissiyalar, beynəlxalq universal
təşkilatlar (məsələn, BMT), BMT-nin ixtisaslaşdırılmış təşkilatları, habelə İnterpol, eləcə də
Avropol (Europol) çərçivəsində həyata keçirilir.
Beynəlxalq xarakterli cinayətlərlə (əlbəttə, bank fəaliyyəti əleyhinə olan cinayətlərlə)
mübarizədə BMT çərçivəsində həyata keçirilən institusional əməkdaşlıqdan xüsusi olaraq
danışmaq lazımdır. universal beynəlxalq (dövlətlərarası) təşkilat olan BMT yaddan çıxar-
mamalıyıq ki, cinayətkarlıqla mübarizədə dövlətlərin fəaliyyətlərini əlaqələndirmə mərkəzi
sayılır.  o,  yeganə  beynəlxalq  təşkilatdır  ki,  həm  milli,  həm  də  beynəlxalq  səviyyədə

İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
64


cinayətkarlığın qarşısını almaq və onunla mübarizə aparmaq məqsədilə ayrı-ayrı ölkələrə ef-
fektiv kömək etmək üçün lazım olan mandata və beynəlxalq institusional mexanizmə ma-
likdir. Cinayətkarlıqla mübarizədə dövlətlərin əməkdaşlığı sahəsində BMT-nin fəaliyyəti üçün
xarakterik olan istiqamətlərdən biri beynəlxalq xarakterli cinayətlərlə mübarizə məsələsidir.
Əgər bank fəaliyyəti əleyhinə olan cinayətlərdə xarici element iştirak edərsə, onlar beynəlxalq
xarakterli cinayətlər sırasına aid edilir və BMT çərçivəsində mübarizənin predmetinə çevrilir. 
Hər şeydən əvvəl qeyd etməliyik ki, BMT-nin əsas orqanlarından biri olan Baş Assambleya
cinayətkarlıqla  mübarizədə  vacib  rol  oynayır.  Bu  orqanın  sessiyalarında  cinayətkarlıqla
mübarizənin müxtəlif aspektlərinə baxılır. BMT tərkibində beynəlxalq hüquq komissiyası
yaradılmışdır ki, Baş Assambleya həmin komissiyanın köməyi ilə ayrı-ayrı cinayətlərə dair
Konvensiyalar hazırlayır və qəbul edir.
Cinayətkarlıqla mübarizənin müxtəlif aspektlərinə həm də EKosos-un (İqtisadi və sosial
Şuranın) fəaliyyəti çərçivəsində baxılır. Nəzərə almaq lazımdır ki, BMT-nin əsas hüquq-
mühafizə strukturları məhz EKosos çərçivəsində cəmlənmişdir ki, o, BMT-nin əsas orqan-
ları sırasına daxildir.
Şübhəsiz, beynəlxalq cinayətkarlıqla mübarizə sahəsində dövlətlərin və onların hüquq-
mühafizə orqanlarının fəaliyyətləri əlaqələndirilməlidir. Bu işdə dövlətlərarası beynəlxalq
təşkilat olan İnterpol (Beynəlxalq Cinayət Polis Təşkilatı) mühüm rol oynayır ki, beynəlxalq
xarakterli cinayətlərin qarşısını almaq və onun kökünü kəsmək, müxtəlif ölkələrin cinayət
polisləri arasında əməkdaşlığı geniş səviyyədə inkişaf etdirmək yolu ilə belə cinayətlərlə
mübarizə aparmaq onun əsas vəzifəsi sayılır. 1956-cı ildə qüvvəyə minən nizamnaməsi
əsasında fəaliyyət göstərən İnterpolda dünyanın 190-dan çox  dövlətləri iştirak edir. Azər-
baycan Respublikası da İnterpolun üzvüdür. 
Bank fəaliyyəti əleyhinə törədilən cinayətlərlə mübarizədə dövlətlərin, onların hüquq-
mühafizə  orqanlarının  fəaliyyətinin  əlaqələndirilməsində  də  İnterpol  vacib  rol  oynayır.
Beynəlxalq hüquq-mühafizə təşkilatı olan İnterpolun fəaliyyəti, yaddan çıxarmamalıyıq ki,
həm də bank fəaliyyəti əleyhinə törədilən cinayətləri əhatə edir. söhbət ilk növbədə bank
fəaliyyəti əleyhinə törədilən cinayətlər sırasına aid etdiyimiz saxta pul hazırlama (pul nişan-
larını saxtalaşdırma) kimi əməldən gedir ki, həmin əməl İnterpolun fəaliyyət predmetinə daxil
olan cinayətlərdən sayılır. unutmaq olmaz ki, hal-hazırda saxta pul hazırlama cinayəti ilə
mübarizə sahəsində beynəlxalq əməkdaşlığın bütün məsələləri İnterpol çərçivəsində həll olu -
nur. Təsadüfi deyildir ki, İnterpolun Haaqqa şəhərində yerləşən xüsusi şöbəsi saxta pul nişan-
larının qeydiyyatı və identifikasiyası ilə məşğul olur. İnterpolun fəaliyyəti həm də bank
fəaliyyəti  əleyhinə  cinayət  törədən  şəxslərin  (cinayətkarların)  beynəlxalq  axtarışına
yönəlmişdir ki, bundan ötrü o, həmin cinayətlərin törədildiyi dövlət ərazisindən kənarda
əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Bank fəaliyyətinə qarşı törədilən cinayətlər sırasına aid etdiyimiz ictimai təhlükəli əməl-
lərlə həm də regional səviyyədə beynəlxalq-hüquqi mübarizə aparılır. Regional səviyyədə
aparılan beynəlxalq-hüquqi mübarizə də iki əsas istiqamətdə (növdə) həyata keçirilir ki, kon-
vension əməkdaşlıq onlardan biridir. söhbət regional konvension əməkdaşlıqdan gedir ki,
AZƏRBAYCAN UNİVERSİTETİ
65

İPƏK YOLU 

2/2014


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə