İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə33/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   29   30   31   32   33   34   35   36   ...   66


İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
82
istehsal,kommersiya  və  elmi-texniki  istiqamətli  xidmətlərin  kompleksindən  ibarətdir.
Beynəlxalq injinirinqin özü də texnoloji proseslərin hazırlanması və rentabelli istehsalın
təmini ilə əlaqədar injinirinqə bölünür. Eyni zamanda bura istismar  proseslərinin, müəs-
sisələrin  idarə edilməsi və onun məhsullarının realizasiyasının optimallaşdırılması da aid
oluna bilər.  Beynəlxalq injinirinq xidmətinin əsas məqsədi layihə əsasında həyata keçirilən
kapital qoyuluşundan son nəticədə az əmək, material və maliyyə vəsaiti sərf etməklə daha
yüksək səmərə əldə etməkdən ibarətdir. Hazırda injinirinq xidmətinin əsas müştəriləri  əksər
hallarda iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdir. Belə ki, son illər ölkələr üzrə məsləhət
xidmətləri istehlakının 48%-i həmin ölkələrin payına düşmüşdür.
Texnologiya  xidmətlərinin  daha  bir  forması  isə  françayzinqdir.  Bu  xidmət  müxtəlif
sahələrdə  istifadə olunur. Belə ki, istehsal  françayzinqi – konkret məhsulun hazırlanması
texnologiyasının baş şirkətdən törəmə müəssisə və filiallara ötürür;  əmtəə françayzinqi – bir
firma digərinə əmtəənin satışını təşkil etmək  üçün icazə verir;  xidmətlər sferasında françay -
zinq – mahiyyətcə əmtəə françayzinqinə yaxındır, lakin  bu halda əməkdaşlığın obyekti də -
yişir.
Hazırki şəraitdə beynəlxalq elmi-texniki  biliklər üzrə ticarətin artmasına ilk növbədə,
elmi-tədqiqat və təcrübə konstruktor işləri üçün vəsaiti olmayan ayrı-ayrı ölkələrin digər
ölkələrdəki qabaqcıl elmi-texniki nailiyyətlərdən bəhrələnməkdə maraqlarının olması təsir
göstərir.İkinci bir mühüm səbəb isə Transmilli şirkətlər tərəfindən elmi-texniki fəaliyyətin
inhisaara alınmasıdır. Çünki uzunmüddətli və baha başa gələn elmi-tədqiqat işlərinin həyata
keçirilməsinə  ancaq  onların  gücü  çatar.  Eyni  zamanda  yeni  texnologiyalar  TMŞ-lər
çərçivəsində öz filiallarına və ya törəmə şirkətlərinə ötürülür. statistik məlumatlara əsasən
beynəlxalq  lisenziya  ticarətinin  2/3 hissəsi məhz firmadaxili mübadilənin payına düşür.
Ədəbiyyat:
1. A.Məhərrəmov, H.Aslanov “Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi”,  Bakı 2008,
s.399
2. Ə.Bayramov, Ş.Hacıyev “Beynəlxalq iqtisadiyyat”, Bakı 1998  168 s.
3. M.Məmmədov “Beynəlxalq iqtisadi münasibətlərin bəzi məsələləri”, Nurlan nəşriyyatı,
Bakı 2008 210 s.
4. A.Məhərrəmov “İqtisadi diplomatiya”, Bakı 2009, 380 s.
5. A.orucov, C.Kərimov “Beynəlxalq iqtisadi münasibətlər”, Bakı 2009 s.430
Abstract
tHE FOREIGN ECONOMIC RELAtIONS AND ItS REALIZAtION FORMS
Ph.D. of economics, Habil ASLANOv
Ph.D. of economics, Zohrab EyvAZOv
Reviewer: Doctor of economics, prof. H.B.Rustambayov
Key words: foreign economic relations; foreign trade; capital export; international labour
migration; international currency relations


AZƏRBAYCAN UNİVERSİTETİ
83

İPƏK YOLU 

2/2014
forming mutual economic relations between states in the market economic conditions is
very important in the conditions of market economy. Economic relations between countries
are realized in various ways. Each of these economic relations has its own special place and
role in the economic development of the government. so the main forms of foreign economic
relations and their advantages have been learned in the article separately. 
Рэзюмэ
ВНЕШНЕЭКОНОмИЧЕСКИЕ СВЯЗИ И ФОРмы ЕЕ РЕАЛИЗАцИИ 
док.экон.по философ АУ, Габил АСЛАНОВ
док.экон.по философ БГУ, Зохрабм ЭЙВАЗОВ 
Отзыв: док.экон.наук.,проф. Г.Б.Рустамбеков
Ключевые слова: внешние экономические отношения; внешняя торговля; экспорт
капитала; международная миграция рабочей силы; международные валютные   отно-
шения.
Формирование взаимных экономических отношений страны в условиях   рыночной
экономики имеет важное значение. Экономические отношения между странами про-
водятся в различных формах . Каждый из этих экономических отношений имеет осо-
бую роль и место в экономическом развитии страны . Именно в этой статье были
изучены  основные  формы  внешнеэкономических  связей  и  их  преимущества  раз-
дельно.



İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
84
AZƏRBAyCAN RESPUBLİKASININ yEyİNtİ SƏNAyESİNİN 
tƏKMİLLƏŞDİRMƏ İStİQAMƏtLƏRİ
Seymur QULİyEv
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, 
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi,
İxrac Marketinqi üzrə Mütəxəssis
Rasim ABUtALIBOv
Qafqaz Universiteti
Biznesin İdarə Edilməsi Kafedrasının Baş müəllimi, dos.
Rəyçi: prof. fəxrəddin İsayev
Açar sözlər: Yeyinti və qida sənayesi, ərzaq təhlükəsizliyi, qablaşdırılmış qidalar, iqtisadi
inkişaf 
XÜLASƏ
Ölkə iqtisadiyyatının əsas sənayelərindən biri yeyinti sənayesidir və Azərbaycan Respub-
likasının yeyinti sənayesində ölkə iqtisadiyyatının əsasını təşkil edən sənayelərdəndir. Azər-
baycan müstəqilliyini əldə etdikdən sonra digər sənayelər kimi yeyinti sənayesi də inkişaf
etməyə başladı. Məhz bunun nəticəsində Azərbaycanın yeyinti və qida sənayesinin idxaldan
asılılığı getdikcə azalmağa başlamışdır. Azərbaycanın təbii resurslarının bolluğu yeyinti sə-
nayesini stimullaşdırır. Ölkə rəhbərliyinin dəstəyi ilə mütəmadi olaraq təsdiq edilən dövlət
proqramları və təşkil edilən yeyinti və qida sərgiləri ölkənin yeyinti sənayesinin sabit və
adekvat ərzaq təklifinin formalaşdırılmasına, səmərəli istehsal və satış infrastrukturunun
yaradılmasına, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsinə və
hər bir vətəndaşın ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəldilmişdir.
1. MÖvZUNUN AKtUALLIĞI
Tarix  boyu  yeyinti  məhsullarının  istehsalı  cəmiyyətin  bütün  inkişaf  mərhələlərində
ölkələrin qarşısında duran mühüm problemlərdən biri olmuşdur. Dünya əhalisinin sürətlə
artdığı, təbii ehtiyatların tükəndiyi, dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan regionlara
bölündüyü müasir dövrdə yeyinti məhsullarının əhəmiyyəti azalmamış, əksinə daha da art-
mışdır. 
XX əsrdə dünya yeyinti bazarında çox böyük dəyişikliklər baş vermiş, müsbət irəliləyişlər
olmuşdur. Bütün bunlara baxmayaraq, ölkələr tərəfindən verilən təkliflər bu problemin or-
tadan qaldırılmasına kifayət etməmişdir. Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
ekspertlərinin fikrincə, 2000-ci ildə inkişaf etməkdə olan ölkələrin 1,1 milyard nəfər əha -
lisinin hətta minimal səviyyədə ərzaq təminatı imkanı olmamışdır. Bu tip ölkələrdə hər il
aclıqdan 13-18 milyon nəfərin ölməsi qeydə alınır ki, onların 3/4-ü uşaqlardır. Ən nikbin
proqnozlarda belə yaxın on illikdə planetdə aclıq çəkən insanların sayının artacağı istisna
edilmir. Bu halda, ərzaq təhlükəsizliyi probleminin XXi əsrin i yarısında da ölkələrarası
əlaqələrə öz təsirini göstərməsi və bu işdə çox mühüm rol oynaması qaçılmazdır. ona görə


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə