İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə29/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   25   26   27   28   29   30   31   32   ...   66

AZƏRBAYCAN UNİVERSİTETİ
73

İPƏK YOLU 

2/2014
İstedad - əqli potensialın istifadə olunan və ya oluna bilən hissəsidir. Bu anlayışı “savad”,
“bilik”, “bacarıq” anlayışlarının sinonimi kimi qəbul edirik. 
İqtisadi  davranışlar  müstəvisində  “istedad”  dedikdə  iqtisadi  subyektin  malik  olduğu
bacarıqlar çoxluğunu nəzərdə tuturuq ki, məhz bunun vasitəsilə o, ətraf aləmi müəyyən məh-
dudiyyətdə dərk edərək onu həmin məhdudiyyətdə özünün, yaxud başqasının mənafeyi na -
minə dəyişmək imkanına malikdir.
“Təhsil”, “təlim” anlayışları isə istedad imkanlarının genişləndirilməsi deməkdir. Təsadüfi
deyil ki, burada istedad imkanlarının məhz genişləndirilməsini qeyd edirik. Çünki, təhsil və
ya təlim istedad imkanlarını böyüdür, böyümə isə hələ birmənalı şəkildə yaxşılaşma və tək-
milləşmə demək deyildir. 
Mikroiqtisadi səviyyədə iqtisadi davranışların birinci fazası olan iqtisadi resurslardan biri
də istehsal vasitələri – kapital, torpaq, vaxt resursu ilə yanaşı məhz “istedad”dır.
Yuxarıda qeyd etdiyimiz kimi, əgər davranış iqtisadi platformada baş verirsə onda iqtisadi
subyekt (fərd və ya firma) məhz bunun vasitəsilə iqtisadi prosesləri müəyyən məhdudiyyətdə
dərk edərək həmin məhdudiyyətdə özünün, yaxud başqasının mənafeyi naminə onu dəyişir.
Beləliklə, iqtisadi resurslarla yeni iqtisadi dəyərin yaradılması hadisəsi baş verir.
Yeni  iqtisadi  dəyər  isə  iqtisadi  artımdır.  Beləliklə,  mikroiqtisadi  səviyyədə  iqtisadi
davranışn ikinci həlqəsi də reallaşandan sonra yaranmış yeni iqtisadi dəyərin sosial dəyərə -
iqtisadi inkişafa çevrilməsi başlanır. 
Ən ali sosial dəyərlərdən biri də məhz savadın, istedadın inkişafıdır. Nəticədə, savad və
istedad iqtisadi sistemi, iqtisadi sistem isə öz növbəsində bu ali sosial dəyərləri yaradır. 
Beləliklə, istedad kamil iqtisadi davranışın (həm fərd, həm də sistem səviyyəsində) bir
tərəfdən səbəbi, digər tərəfdən nəticəsi olur.
Rasional davranışın əsasında rasional təfəkkür dayanır. Rasional iqtisadi davranışa gəlincə
isə o, rasional fərdi və ictimai davranışın bir elementidir. 
Beləliklə, fərd və ya institusional vahid ən faydalı iqtisadi davranışa sahib olmaq üçün
öncə ümumilikdə özünün fərdi və ictimai davranışını rasionallaşdırmalıdır. Bunun üçün isə
o, rasional təfəkkürə malik olmalıdır.
Bəs rasional təfəkkür nədir?
Rasional  təfəkkür  davranışa  təkan  verən  niyyət,  məram,  məqsəd  kimi  ön  amilin  ən
doğrusunun seçilməsi qabiliyyətidir.
Bu mənada rasional təfəkkür fərdin xasiyyəti ilə bağlı məsələdir. Lakin, tam ondan asılı
deyildir. Çünki, rasional təfəkkür fərdin xasiyyətindən daha geniş anlayışdır, çoxluqdur. Buna
görə də rasional təfəkkür fərdin xasiyyətini dəyişmək imkanına malikdir.
Təfəkkür davranışın “tətiyi”dirsə, onda təfəkkür məsələsinin düzgün öyrənilməsi qoyulan
nəzəri problemin ana xəttini təşkil edir. 
Rasional təfəkkürün mühüm elementlərindən biri təfəkkürün əhatəsi məsələsidir. Rasional
təfəkkür birmənalı şəkildə geniş təfəkkürdür. Burada genişlik iki mənada başa düşülməlidir:
Birincisi, geniş təfəkkür dedikdə daha çox sayda faktorları nəzərə alan düşüncə, ağıl
nəzərdə tutulur.



İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
74
İkincisi, geniş təfəkkür təkcə şəxsi faydalılığı deyil, özgə faydalılığı da əhatə etməlidir.
Məsələyə aşağıdakı misalda baxaq. fərz edək ki, fərd elektrik avadanlığı almaq üçün
seçim edir. Bunun üçün aşağıdakı seçim meyarlarını əsas götürə bilər: 
1. satış qiyməti;
2. Keyfiyyəti;
3. Enerji sərfiyyatı;
4. Ekoloji təsirləri.
fərd bu meyarlardan təkcə birincisi ilə də kifayətlənə bilər. Bu, həm az faktorlu seçim
olacaq, həm də təkcə şəxsi faydalılığa əsaslanmış olacaq.
Lakin, sadalanan faktorların bütünlüklə nəzərə alınması, hətta digər faktorlara da baxıl-
ması təfəkkürün genişliyini göstərir və bu halda seçim yalnız şəxsi faydalılığa əsaslanmış
olmur. Məsələn, ekoloji cəhətdən az tullantılı avadanlıq, eyni zamanda ətrafdakı canlı aləmin
hər bir üzvü üçün faydalıdır. 
Ədəbiyyat:
1. Э. Борохов. Энциклопедия афоризмов. Москва 2003
2. http://www.sociology.org/content/vol7.2/02_zafirovski.html
3. aganemat.blogspot.com
Abstract
RAtIONALIty ISSUES IN ECONOMy
Aganemet AGAyEv 
Ph.D. of economics 
Reviewer:
Key words: economics, system of economics relations, economic behaviour
The article is dedicated to problems of rationality of economy and economic systems. it
reflects problems of rational behaviours of economic agents and humanistic factors of eco-
nomic systems.
РЕЗЮмЕ
ВОПРОСы РАцИОНАЛЬНОСТИ В ЭКОНОмИКЕ
__________________________ 
________________________________________ 
Отзыв:
Ключевые слова:
Данная статья посвящена проблемам рациональной экономики и экономической
системы. Изучается проблемы рационального поведения экономических агентов, и
человеческие факторы экономических систем.


AZƏRBAYCAN UNİVERSİTETİ
75

İPƏK YOLU 

2/2014
XARİCİ İQtİSADİ ƏLAQƏLƏR vƏ ONLARIN 
REALLAŞDIRMA FORMALARI
Habil ASLANOv
i.e.n., dos. Azərbaycan Universiteti
Zöhrab EyvAZOv
i.e.n.,dos. Bakı Dövlət Universiteti
Rəyçi: i.e.d., prof. H.B.Rüstəmbəyov
Açar sözlər: xarici iqtisadi əlaqələr, xarici ticarət, kapital ixracı, iş qüvvəsinin beynəlxalq
miqrasiyası, beynəlxalq valyuta münasibətləri 
Bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikası üçün xarici iqtisadi əlaqələr strate-
giyasının hazırlanması, ölkənin dünya bazarında effektiv çıxış etməsi, qlobal iqtisadi məkanda
digər dövlətlərlə ikitərəfli iqtisadi münasibətlərin yaradılması, ölkənin idxal-ixrac poten-
sialının formalaşdırılması başlıca məqsədlərdir. Bu baxımdan bütün bunlara nail olmaq üçün
ilk növbədə xarici iqtisadi əlaqələrin əsas istiqamət və formaları təhlil edilməlidir. Qeyd olu -
nan  səbəbdən  məqalədə  xarici  iqtisadi  əlaqələrin  əsas  formaları,  üstün  və  zəif  cəhətləri
göstərilməklə təhlil edilmişdir.
Dünya ölkələri arasında xarici iqtisadi əlaqələrin müxtəlif formaları vardır. Xarici iqtisadi
əlaqələr,  xarici  ticarət,  valyuta  və  ödəmə-hesablaşma  münasibətləri,  kapitalın  ixracı  və
yerdəyişməsi, işçi qüvvəsinin beynəlxalq miqrasiyası, beynəlxalq turizm, beynəlxalq inteq -
rasiya prosesləri, transmilli korporasiya və maliyyə-kredit təşkilatlarının yaradılması və
inkişafı, beynəlxalq iqtisadi münasibətlərin dövlətlərarası tənzimlənməsi, elmi-texniki və is-
tehsal əməkdaşlığı formasında həyata keçirilir.
Xarici iqtisadi fəaliyyətin ilkin forması kimi xarici ticarət meydana gəlmişdir. Xarici ticarət
ölkənin milli təsərrüfatının normal fəaliyyət göstərməsi üçün zəruri şərtə çevrilmişdir. 
Beynəlxalq ticarətin meydana gəlməsinin əsas səbəbi iqtisadi resursların ölkələr arasında
qeyri-bərabər bölgüsü, yerli istehsalın kifayət etməməsi, malların qiymətinin beynəlxalq
miqyasda fərqlənməsi və müxtəlif ölkələrdə fərqli mallar istehsalının mövcudluğu olmuşdur.
Buradan aydın olur ki, ayrı-ayrı ölkələr əsasən o əmtəə və xidmətləri ixrac edirlər ki, on-
ların ixtisaslaşması istiqaməti nəzərə alınmaqla daxili istehsal xərcləri dünya səviyyəsindən
aşağı olsun. Bunun əksinə olaraq o əmtəə və xidmətləri idxal edirlər ki, onların istehsalının
təşkilinə çəkilən xərclər ölkə daxilində dünya səviyyəsindən yüksək olsun. Beləliklə, əmtəə
və xidmətlər vahidinin milli və beynəlxalq dəyərləri arasındakı nisbəti xarici ticarət əməliy -
yatlarının səmərəlilik dərəcəsinin vacib göstəricisi kimi özünü göstərir [1,səh.87].
Beynəlxalq ticarət beynəlxalq əmək bölgüsünün daha da genişlənməsinə və dərinləşmə -
sinə, mövcud resurslardan səmərəli istifadə edilməsinə, dünya ölkələri arasında elmi-texniki
sahədə  əməkdaşlığın  genişlənməsinə,  dünya  xalqlarının  maddi  və  mənəvi  tələbatlarının
ödənilməsinə şərait yaradır. Bəzi qiymətləndirmələrə görə beynəlxalq iqtisadi münasibətlərin


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə