İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə37/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   33   34   35   36   37   38   39   40   ...   66


İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
92
ölkəmiz üçün də çox aktualdır, belə ki, respublikanın neft-qaz potensialının inkişafı həm
dünya, həm də respublika daxili enerji təhlükəsizliyi probleminin həllinin təmin edilməsində
əhəmiyyətli rol oynayaraq cəmiyyətin sosial-iqtisadi sabitliyinin təmin edilməsində vacib
amil olaraq bütövlükdə Azərbaycan iqtisadiyyatının, o cümlədən, regionların iqtisadiyyatının
inkişaf etdirilməsinin təminatçısı kimi dəyərləndirilir [3;53].
Ölkənin neftqazçıxarma sənayesinin texniki-texnoloji yeniləşdirmə üzrə perspektiv inkişaf
istiqamətlərinin hazırlanmasında ictimai istehsalda enerji resurslarının daimi artan istehlakı
və  istehsalı,  sənaye  sahələrinin  tələbatlarının  ödənilməsində  enerji  resurslarının,  enerji
daşıyıcılarının və enerji qurğularının qarşılıqlı əvəz etməklə istifadəsi, enerji resurslarının is-
tehsalının yüksək səmərəlilik səviyyəsi, onların paylaşdırılmasının mərkəzləşdirilməsi, enerji
resurslarının istehsalının həm sənaye, həm də qeyri-sənaye sahələri üzrə istehlakına müvafiq
təmin edilməsi, əsas fondlara investisiya qoyuluşunun sahə strukturunun istehsalın xarakterinə
uyğun  tərtib  edilməsi  və  innovasiya  yönümlü  texnika-texnologiyanın  tətbiqinin  təmin
edilməsi,  regionların  və  ərazilərin  infrastrukturunun  inkişafında  bu  tədbirlərin  təsirinin
qiymətləndirilməsi amillərini nəzərə alınaraq tətbiq edilməsi innovasiyaların tətbiqinin və
səmərəliliyinin səviyyəsini dəyərləndirməyə imkan verər.
Qeyd etdiyimiz kimi ölkə sənayesinin tərkib hissəsi və başqa sahələrin inkişafının təmi-
natçısı olan neft və qaz yataqlarının işlənməsinin iqtisadi göstəricilərinin səviyyəsi fəaliyyətdə
olan fondun məhsuldarlığı, neftqazçıxarma müəssisələrində innovasiya texnologiyalarının
tətbiqindən çox asılıdır. Bu məqsədlə neft və qaz hasilatının tənzimlənməsi və artırılması
üçün neftqazçıxarma sənaye müəssisələrinin fəaliyyətdə olan texnika - texnologiyalarının
yeniləşdirilməsi məqsədilə hər bir müəssisə üzrə innovasiya yönümlü texnologiyaların tətbiqi
istiqamətində Tədbirlər Planının hazırlanması və onun maliyyə təminatının müəyyən edilməsi
yeni texnologiyaların daimi səmərəli yeniləşdirilməsini zəruri edər. 
Xüsusi olaraq qeyd etmək lazımdır ki, ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafında
müstəsna əhəmiyyətə malik olan yanacaq-enerji kompleksinin inkişaf istiqamətləri yeni Neft
strategiyasında müəyyən edilmiş və onun həyata keçirilməsində mühüm rola malik olan
“Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə
Dövlət  Proqramı”nda  neftqazçıxarma  sənaye  müəssisələrində  innovasiya  yönümlü  yeni
texnika-texnologiyanın tətbiqi üzrə çox mühüm işlər həyata keçirilir. Belə ki, neftqazçıxarma
sənayesinin müasir vəziyyəti və perspektiv inkişafının tədqiqi göstərir ki, bu sahənin sürətli
inkişafının təmin edilməsi son nəticədə ölkə sənayesinin beynəlxalq standartlara müvafiq
yenidən qurulmasında və yeni sənaye müəssisələrinin yaradılmasında xüsusi əhəmiyyətə ma-
likdir [1].
Qeyd  etmək  lazımdır  ki, Azərbaycanın  neftqazçıxarma  sahəsinin  inkişafında  ölkənin
yanacaq-enerji kompleksinin ən vacib tərkib hissəsi olan neft-qaz hasilatı və emalı sahələrinin
prioritet istiqamətlərinin inkişafına yönəldilmiş “Azərbaycan Respublikasının yanacaq-enerji
kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş təd-
birlərin, o cümlədən innovasiya yönümlü texnologiyaları üzrə tədbirlərin müəyyən edilmiş
icra müddətinə müvafiq həyata keçirilməsi öz növbəsində ümumilikdə ölkə iqtisadiyyatının
sahələrinin dinamik inkişafını təmin etmişdir.  


AZƏRBAYCAN UNİVERSİTETİ
93

İPƏK YOLU 

2/2014
Yuxarıda  qeyd  edilən  istiqamətlər  üzrə  sənaye  müəssisələrinin  iqtisadiyyatın  bütün
sahələrinin  inkişafında  müstəsna  və  həlledici  əhəmiyyətə  malik  olan  yanacaq-enerji
kompleksində məqsədyönlü islahatların aparılması, Xəzər dənizinin Azərbaycan sektorunun
karbohidrogen yataqlarının işlənməsini təmin edən Əsrin müqaviləsinin bağlanılması və
bunun  nəticəsində  böyük  həcmdə  xarici  investisiyanın  cəlb  edilməsi  bütün  sahələrinin
yenidən qurulmasını və əsasən də neft-qaz sənaye müəssisələrinin texniki-texnoloji ye-
niləşdirilməsini təmin etmişdir. Həyata keçirilən bu tədbirlərin məntiqi nəticəsi olaraq Neft-
Qaz hasilatı sahəsinin yenidənqurulması və inkişafını təmin etmək məqsədilə ölkə prezidenti
İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yanacaq-
enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan
tədbirlərin  həyata  keçirilməsi  sənaye  müəssisələrində  innovasiya  yönümlü  texnika  və
texnologiyanın tətbiq edilməsində xüsusi əhəmiyyətə malik olmuşdur. Bunlar ilə yanaşı
nəzərə  almaq  lazımdır  ki,  “Azərbaycan  Respublikasının  yanacaq-enerji  kompleksinin
inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar ARDNŞ hazırladığı
İş Planında Neft və Qaz sənayesində geologiya, geofizika və geoloji kəşfiyyat, Neft və Qaz
yataqlarının  işlənilməsi,  Neft  və  Qaz  hasilatı,  Neft  emalı  və  Yanacaq-Energetika
Kompleksinin idarə olunmasına istiqamətləndirilmiş innovasiya yönümlü çox zəruri tədbir-
lərin yerinə yetirilməsi nəzərdə tutulmuş və hal-hazırda bu tədbirlərin həyata keçirilməsi
icra müddətinə müvafiq təmin edilərək sahənin beynəlxalq standartlar səviyyəsində yenidən
qurulmasını və müasir sənaye müəssisələrinin yaradılmasını təmin etmişdir.
Qeyd etmək lazımdır ki, ölkənin neft-qaz sektorunun dünya standartlarına tələblərinə mü-
vafiq inkişaf etdirilməsini təmin etmək məqsədilə ARDNŞ-də mütəmadi olaraq innovasiya
yönümlü texnika-texnologiyanı özündə əks etdirən çox mühüm və əhəmiyyətli Proqramlar,
İş və Tədbirlər Planı hazırlanır və onların həyata keçirilməsi təmin edilir. Belə ki, yanacaq-
enerji kompleksinin perspektiv inkişafını təmin etmək məqsədilə 2011-ci ildə şirkətdə çox
mühüm  əhəmiyyətə  malik  olan  “ARDNŞ-nin  2025-ci  ilə  kimi  strateji  inkişafına  dair
Kompleks  Planı”  hazırlanmış  və  bu  Planda  şirkətin  fəaliyyət  sahələri,  o  cümlədən
neftqazçıxarma  müəssisələrinin  texniki-texnoloji  yeniləşdirilməsi  sahələrinin  daha  da
genişlədirərək inkişaf etdirilməsində vacib və zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulur. Xüsusi olaraq nəzərə almaq lazımdır ki, ölkə iqtisadiyyatının davamlı inkişaf is-
tiqamətlərini müəyyən edən “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında
yuxarıda qeyd olunan Kompleks Planda əks olunan şirkətin prioritet strateji məsələləri olan
neftqazçıxarma, neft emalı, neft-kimya sənayesinin modernləşdirilməsi və inkişaf tədbirləri
öz əksini tapmışdır [2].
Yuxarıda qeyd olunanlara və Neft-Qaz Kompleksi müəssisələrində texniki-texnoloji ye-
niləşdirmənin  tədqiqatı  istiqamətində  aparılan  təhlil  nəticəsində  bu  sahədə  innovasiya
yönümlü texnologiyanın tətbiqinin səmərəliliyini daha da artırmaq məqsədilə aşağıda qeyd
olunan təkliflərin həyata keçirilməsi məqsədə müvafiqdir:
• Ölkənin sənaye müəssisələrində innovasiyalı iqtisadiyyatın mərhələlərlə qurulmasını,
onun  əlaqələndirilməsini  və  həyata  keçirilməsini  təmin  edən  “sahə  üzrə  inno-
vasiyaların  müəyyənləşdirilməsi  və  həyata  keçirilməsinin  Kompleks  Tədbirlər
Planı”nın hazırlanması;


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə