İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə39/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   35   36   37   38   39   40   41   42   ...   66

dən asılı olaraq reallaşa bilər. «Deməli, ölkənin iqtisadiyyatının inkişafı, eləcə də əhalinin
gəlirlərinin artımı bilavasitə, qəbul olunmuş iqtisadi siyasətlərin düşünülmüş qaydada real-
laşdırılması yolu ilə həyata keçirilə bilər» [2 s., 398]. Bu sahəyə dair  yaradılmış strategiya
iqtisadi siyasətlə bağlı iki əsas vəzifənin yerinə yetirilməsini nəzərdə tutur. Birinci vəzifə,
makro-iqtisadi sabitliyə nail olmaq üçün fiskal və pul-kredit siyasətindən çevik istifadə olun -
masıdır. İkinci vəzifə, hökumət tərəfindən tarazlı iqtisadi artım üçün şəraitin yaradılmasından
ibarətdir. 
Eyni zamanda, uyğun dövlət orqanları yeni iş yerlərinin yaradılması və regional inkişafın
təmin edilməsi məqsədilə, tarazlı iqtisadi artıma nail olunmasını və qeyri-neft sektorunun
inkişafının həvəsləndirilməsini zəruri hesab edir. Yeni iş yerlərinin açılmasının stimullaşdırıl-
ması investisiya siyasəti, regional inkişafa dair proqramlar, özəlləşdirmə, maliyyə və bank
sektorunun inkişaf etdirilməsi kimi iqtisadi siyasətin müxtəlif aspektləri vasitəsilə həyata
keçirilir.
Qiymətlərin liberallaşması dövründə mal və xidmətlərin qiymətlərinin sürətlə dəyişməsi
başqa ölkələrdə olduğu kimi, vaxtilə Azərbaycanda da yoxsul ailələrə ziyan vurmuşdur. Buna
görə də, hökumətin yoxsulluğun azaldılması üzrə strategiyasının əsas məqsədlərindən biri,
makro-iqtisadi sabitliyin qorunub saxlanmasıdır ki, zənnimmizcə, bu da üç formada həyata
keçirilməlidir. 1-ci Azərbaycan Milli Bankının inflyasiyanın aşağı səviyyədə saxlanmasına
yönəldilmiş pul-kredit siyasəti yeni mühitə uyğunlaşdırılmış şəkildə davam etdirilməlidir. 2-
si  dövlət  xərcləri  orta  müddətli  perspektivdə  davamlı  və  inflyasiyaya  səbəb  olmayan
səviyyədə məhdudlaşdırılmalıdır. 3-cü dövlətin aparıcı iqtisadi və maliyyə orqanlarını insti-
tusional cəhətdən təkmilləşdirərək, maliyyə planlaşdırılmasının və nəzarətinin səmərəliliyi
artırılmalıdır. Bu vəzifələrin müvəffəqiyyətlə həll edilməsi adekvat maliyyə ehtiyatlarının və
maliyyə  siyasətinin  yürüdülməsini  tələb  edir.  İqtisadiyyatımızın  inkişafı  sahəsində  əldə
edilmiş nailiyyətlər iqtisadi siyasətin, o cümlədən, pul-kredit siyasətinin qarşısına yeni və -
zifələr qoyur. Bu baxımdan, Milli Bank makro-iqtisadi sabitliyin qorunub saxlanılmasına və
yoxsulluğun azaldılmasına yönəldilmiş pul-kredit siyasəti üzrə həyata keçirdiyi tədbirləri
davam etdirməlidir.
İnflyasiyanın aşağı səviyyədə saxlanılması və valyuta məzənnəsinin davamlılığının qorun-
ması məzənnə siyasətinin əsas məqsədlərindən biridir. Bundan əlavə, pul-kredit siyasətinin
son hədəf parametri olan inflyasiya sürətinin 2-3% səviyyəsində qorunub saxlanılması siyasəti
davam etdirilməli və bu məqsədlə pul-kredit siyasəti modeli daha da təkmilləşdirilməlidir [3,
s. 39].
Gəlirlərin artırılmasının və yoxsulluğun azaldılmasının mühüm şərtlərindən biri olan
sahibkarlığın inkişafı üçün daha geniş imkanlar yaratmaq məqsədilə, hökumət büdcə gəlirləri
siyasətində və müvafiq qurumlarda onlara güzəştli kreditlər vermək sahəsində islahatları
dərinləşdirməlidir.
Kənd yerlərində fermerçiliyin inkişafı, fermerlər assosiasiyalarının fəaliyyəti üçün zəruri
olan normativ əsasların yaradılması işi bilavasitə, yoxsulluğun azaldılması istiqamətində
aparılan tənzimləmə işlərinə də nümunə ola bilər. Bu cür assosiasiyalar avadanlıq və təcrübə
mübadiləsi sahəsində əməkdaşlıq etməklə fermerlərin güzəranlarının yaxşılaşdırılmasına
AZƏRBAYCAN UNİVERSİTETİ
97

İPƏK YOLU 

2/2014


köməklik edə bilər. 
Dövlət siyasətinin bir istiqaməti kimi, kiçik və orta sahibkarlığa  imtiyazlı kreditlər ayrıl-
ması, onların bir sıra vergilərdən azad olması və korrupsiyanın aradan qaldırılması yoxsul-
luğun aradan qaldırılması üçün mühüm metodlardan biri ola bilər.
sosial-iqtisadi sabitlik yoxsulluğun azaldılması üçün ilkin şərt olsa da, o problemin tam
həlli demək deyildir. Belə ki, məşğulluq və işgüzar fəaliyyət üçün imkanların mövcudluğu,
bu baxımdan, mühüm əhəmiyyət kəsb edir. 
Hazırda ölkəmizdə kiçik sahibkarlığın inkişafı bir çox cəhətdən vacibdir. Özəlləşdirmə
prosesində də bu daim nəzərə alınmalıdır. Həm də, özəlləşdirmə prosesində xarici investor-
ların iştirakını həvəsləndirmək üçün vaxtilə onların qarşısında müəyyən mənada «sədd» rolu
oynaması sərt opsion mexanizmi tam liberallaşdırılmışdır. Xarici investorlar tərəfindən op-
sionların yalnız çek özəlləşdirilməsində təqdim edilməsi və bütün digər hallarda opsionların
tələb olunmaması müəyyən edilmişdir. Eyni zamanda, müəyyən edilmişdir ki, xarici in-
vestorlar Azərbaycan Respublikası ərazisində əldə etdikləri xalis mənfəət hesabına özəl-
ləşdirmə  prosesində  opsionsuz    da  iştirak  edə  bilərlər.  Xarici  kapitalın  iştirakı
iqtisadiyyatımızı xeyli sürətləndirməyə kömək edər.
Özəlləşdirmə prosesindəki müsbət hallarla yanaşı müəyyən problemlər də müşahidə olu -
nur. Belə ki, özəlləşdirilmiş bir çox müəssisələr fəaliyyətini dayandırmış və ya qismən
fəaliyyət göstərir. Bunun səbəbləri özəlləşdirmə prosesində kəmiyyət göstəricilərinə üstünlük
verilməsi, habelə, təsərrüfat əlaqələrinin qırılması, bazarların itirilməsi və avadanlıqların
köhnəlməsi ilə bağlıdır.
İnkişafımızın bir mühüm şərti də xarici ticarətin, xüsusilə ixracatın inkişaf etdirilməsidir.
Bu isə milli iqtisadiyyatın inkişafını tələb edir. Hökumət, eyni zamanda, ixracın stimul-
laşdırılması məqsədilə bir sıra əlavə tədbirlərin həyata keçirilməsini nəzərdə tutmalıdır.
Hazırda yerli məhsulların marketinq imkanlarının genişləndirilməsi məqsədilə bazarlar
haqqında məlumat bazasının yaradılması, satış, sərgilərin təşkil edilməsi, sərgi mərkəzlərinin,
gömrük anbarlarının eləcə də, mümkün tərəfdaş ölkələrdə Azərbaycanın ticarət nümayəndə-
liklərinin yaradılması və İxracata Yardım fondunun təsis edilməsi çox faydalı olardı.
İdxalı azaltmaqla bərabər ixracatımızı inkişaf etdirmək üçün Ümumdünya Ticarət Təş -
kilatına üzvolma prosesinin davam etdirilməsi çox vacib şərtdir. Bu məqsədlə, ikitərəfli və
çoxtərəfli ticarət danışıqları davam etdiriləcəkdir. ÜTT-yə üzv olmaq Azərbaycana qaydalara
əsaslanan çoxtərəfli ticarət sistemində iştirak etməyə imkan verəcəkdir.
Maliyyə siyasəti, tənzimləmə və özəlləşdirmə iqtisadi artımın stimullaşdırılmasında isti-
fadə  olunan  üç  əsas  vasitədir.  Bu  vasitələrdən  investisiya  mühitinin  yaxşılaşdırılması,
sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olanların  kredit  əldə  etmək  imkanlarının  artırılması,
infrastruk turun, kiçik və orta sahibkarlığın, eləcə də regionların və kənd təsərrüfatının inkişaf
etdirilməsi, ətraf mühitin yaxşılaşdırılması, enerjinin əldə olunmasında və paylanmasında
islahatların həyata keçirilməsi və turizmin təşviq edilməsi kimi əsas istiqamətlərdə işin
yaxşılaşdırılmasında istifadə olunmalıdır.
Məhz bu şərtlər gəlirlərin tənzimlənməsi və yoxsulluğun azaldılmasına şərait yaradacaq.

İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
98


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə