İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə38/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   34   35   36   37   38   39   40   41   ...   66


İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
94
• sənaye müəssisələrinin, texniki-texnoloji yeniləşdirilməsi tədbirlərinin müəssisələrarası
əlaqələndirilməsini,  səmərəliliyinin  müəyyən  edilməsini,  beynəlxalq  təcrübənin
öyrənilməsini və tətbiqinin idarəolunmasını təmin edən vahid mərkəzin yaradılması;
• İnnovasiya yönümlü yeni texnika və texnologiyanın istehsalata tətbiqində aşağıdakı
prinsiplər rəhbər tutulmalıdır: sistemlilik, səmərəlilik, iqtisadi səmərə əsasında könüllü
iştirak, prioritetlik, tədqiqat və layihənin bütün mərhələlərində idarəetmənin vacibliyi,
risklərin minumuma endirilməsi prinsipləri nəzərə alınmalıdır;
• İnnovasiya texnologiyalarının formalaşması və inkişafının iqtisadi mexanizminin re-
allaşdırılması: innovasiya texnologiyaları bazarının  dövlət tənzimlənməsi (maliyyə-
kredit mexanizmi, vergi mexanizmi, hüquqi qanunvericilik); innovasiya texnologiyaları
bazarının təşkilati-iqtisadi mexanizmi və qiymət əmələgəlmə.
Beləliklə, aparılan təhlil əsasında qeyd etmək lazımdır ki, ölkənin sənaye müəssisələrində
və  onun  aparıcı  sahəsi  olan  Neft-Qaz  Kompleksi  müəssisələrində  texniki-texnoloji  ye-
niləşdirilmənin tətbiqi istiqamətində Dövlət Proqramları və İş Planları çərçivəsində zəruri və
səmərəli işlər yerinə yetirilir və yuxarıda təklif olunan tədbirlərin həyata keçirilməsi sahədə
innovasiya yönümlü texnologiyaların tətbiqi istiqamətlərinin müəyyən edilməsində və tətbiq
olunmasında əhəmiyyətli ola bilər.
Ədəbiyyat:
1. Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər)
üzrə Dövlət Proqramı”. Azərbaycan Respublikası Prezidentinin 14.02.05 tarixli, 635 saylı
sərəncamı. Bakı. 2005-ci il və “Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin
inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”ın hesabatı, 2006-2012.
2. 2005-2012-ci illər üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin illik hesabatları,
Bakı- 2012.
3.  N.A.Əliyev,  M.A.Məmmədov.  Azərbaycanın  yanacaq-enerji  kompleksi-inkişaf
mərhələləri və perspektivləri. Bakı, 2008, 176 səh.
Abstract
DIRECtIONS OF  INNOvAtION-ORIENtED tECHNICAL AND
tECHNOLOGy INDUStRIAL ENtERPRISES
Prof., doctor of economics sciences Mahabbat MAMMADOv
graduate student Shabnam ISMAyILOvA
__________Fidan MAMMADOvA
Reviewer: Ph.D of economics, vugar Nazarov
Key words: innovation, new techniques and technologies, industry associations, govern-
ment programs, projects, plan events.
The article studies  the oil and gas industry in the country and in new innovative techniques
and technologies, its leading industrial enterprises of and the importance of government pro-


AZƏRBAYCAN UNİVERSİTETİ
95

İPƏK YOLU 

2/2014
grams and projects as a result of the implementation of the measures envisaged in the re-
structuring of industrial enterprises and the creation of new enterprises in detail. Develop-
ment of industrial enterprises in the country's oil and gas industry has been investigated in
detail the role and importance in the implementation of innovative measures. in the article,
we have been implemented coordinate and accelerate the introduction of innovative new
techniques and technologies.
Резюме
НАПРАВЛЕНИЯ ВНЕДРЕНИЯ ИННОВАцИОННОЙ ТЕхНИКИ И 
ТЕхНОЛОГИЙ НА ПРОмыШЛЕННых ПРЕДПРИЯТИЯх
Д.э.н. проф.  M                мамедов
магистр Шабнам ИСмАИЛОВА
Фидан мАмЕДОВ
Отзыв:  к. э. н. Вугар Назаров
Ключевые слова: инновация, новая техника и технологии, промышленные пред-
приятия, государственная программа, проекты, план мероприятий.
В статье  рассмотрено значение государственной программы и проектов,  направ-
ленных на внедрение инновационной техники и технологии на промышленных пред-
приятиях и нефтегазавой промышленности, которая является их ведущей отраслью.
Также всестороннее проанализирована роль предприятий нефтегазавой промышлен-
ности в проведении инновационных мероприятий в стране. 
В статье подготовлены предложения по ускорению внедрения на промышленных
предприятиях инновационной новой техники и технологий.


AZƏRBAyCANDA ƏHALİ GƏLİRLƏRİNİN tƏNZİMLƏNMƏSİ vƏ
yOXSULLUĞUN AZALDILMASI ÜZRƏ DÖvLƏtİN İQtİSADİ
StRAtEGİyASI
Nuridə ƏMİRASLANOvA
Azərbaycan Universitetinin “Ümumi iqtisadiyyat”
kafedrasının müəllimi, i.e.n. 
Rəyçi: i.e.n. səkinə Hacıyeva 
Açar  sözlər:  əhali  gəlirləri,  gəlirlərin  bölgüsü,  yoxsulluq,  gəlirlərin  tənzimlənməsi,
əhalinin həyat səviyyəsi
Bütün iqtisadçılar qeyd edirlər ki, keçmiş ssRİ məkanında 90-cı illərdən başlayaraq keçid
dövrünün ən kəskin problemlərindən biri əhalinin həyat səviyyəsinin sürətlə aşağı düşməsi
və yoxsulluğun geniş miqyas almasıdır [1 s., 61-72]. 
Yoxsulluq, ölkədə əsaslandırılmış normalar üzrə minimum yaşayış vasitələri olmayan
cəmiyyətin müəyyən hissəsinin iqtisadi vəziyyətidir. Ümumiyyətlə, yoxsulluq elə bir haldır
ki, hər hansı bir fərdin və ya ailənin ən zəruri, əsas tələbatları onların ödənilməsi üçün lazım
olan (malik olduqları) vəsaitdən çoxdur.
Əgər, əhalinin gəlirlərinin 50%-dən çoxu ərzaq məhsullarının alınmasına sərf edilirsə, bu
yoxsulluq hesab edilir. Dövlət özü üçün daha yaxşı həyat təmin edə bilməyənlərin heç olmasa
yaşayış minimumu səviyyəsini saxlamağa və yoxsulluq həddindən artıq aşağı səviyyədə
yaşayanların sayını azaltmağa çalışmalıdır. Əks halda, yoxsulluğun səviyyəsinin artması
sosial partlayışlara və cəmiyyətin həyatında qeyri-sabitliyə gətirib çıxarda bilər. 
Yoxsulluğun aradan qaldırılması və gəlirlərin tənzimlənməsi problemi  dövlət tərəfindən
bir sıra tədbirlər qrupunun qəbul edilməsini tələb edir. Bunları ümumi şəkildə belə qrup -
laşdırmaq olar:
1) ölkənin iqtisadi cəhətdən inkişaf etdirilməsi, işsizlərin işlə təmin edilməsi, kiçik
sahibkarlığın inkişaf etdirilməsi və ona dövlət tərəfindən himayə edilərək, güzəştlər edilməsi;
2) ölkədə gəlirlərin bölüşdürülməsi və yenidən bölüşdürülməsi prosesində desil və kvin -
til qrupları arasında kəskin fərqlər əmələ gəlməsinə yol verməmək, mövcud fərqləri isə azalt-
maq;
3) işsizlərə,  qaçqınlara,  məcburi  köçkünlərə  və  digər  yoxsul  təbəqələrə  müəyyən
yardımlar göstərilməsi, yaşayış şəraiti üçün güzəştlər edilməsi;
4) bu  göstərilən  tədbirlərin  həyata  keçirilə  bilməsi  və  ölkənin  optimal  düzgün  is-
tiqamətdə daha sürətlə inkişaf edə bilməsi, bunun üçün vəsait və vaxt (dövr) itgisini azaltmaq
üçün  dövlətin  tənzimləyici  və  istiqamətverici  rolunu  artırmaq,  xüsusilə  inhisarçılığın
qarşısını almaq.
onu da qeyd edək ki, yoxsulluğun azaldılması və gəlirlərin tənzimlənməsi problemlərinin
tam həlli beynəlxalq təşkilatların köməyinə yox, əsasən dövlətin yürütdüyü iqtisadi siyasət-

İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
96


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə