İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə40/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   36   37   38   39   40   41   42   43   ...   66

Yoxsulluq çoxölçülü bir anlayış olduğundan, onun yalnız bir yanaşma vasitəsilə həll edilməsi
qeyri-mümkündür. Bu sahədə mövcud olan strategiyalar indiyə kimi tarazlı artıma mane
olmuş problemlərin həllinə istiqamətlənmişdir. Məsələn, Bakıdan kənarda kiçik sahibkarlığın
inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, kredit  əldə etmək imkanlarının yaradılması
və infrastrukturun inkişaf etdirilməsi həyata keçirilməlidir. Kənd yerlərində fermerlərin kredit
əldə etmək imkanlarının genişləndirilməsi, infrastrukturun yaxşılaşdırılması, regionların və
kənd təsərrüfatının inkişaf etdirilməsi son dərəcə vacibdir. 
Gəlirlərin tənzimlənməsi və yoxsulluğun aradan qaldırılması probleminə dair müxtəlif
mütəxəssislərin və dövlət orqanlarının rəyini aşağıdakı kimi yekunlaşdıra bilərik.
Gəlirlərin tənzimlənməsi məsələsi yoxsulluğun azaldılması və son nəticədə aradan qaldırıl-
ması probleminin başlıca cəhətidir. Məhz lazımi həcmdə gəlirlərin olması hazırda az imkanlı
olan əhali təbəqələrinin həyat səviyyəsini normal dərəcəyə qədər yüksəltməyə, yoxsulluğun
azaldılmasına şərait yaradar.
Gəlirlərin artırılması və tənzimlənməsi isə hər şeydən əvvəl, maddi istehsal sahəsinin
inkişaf etdirilməsini, gəlirlərin bölüşdürülməsi sahəsində desil qrupları  arasındakı fərqlərin
azaldılmasını tələb edir.
Maddi istehsal sahələrinin inkişafı aşağıda qeyd olunan əsas istiqamətlərdə getməlidir:
1) əhalinin istehlakını malların xaricdən idxal edilməsi hesabına yox, xırda və orta
sahibkarlığa hər cür şərait yaratmaq əsasında ödəmək lazımdır. İdxalı kəskin surətdə azaltmaq,
milli iqtisadiyyatı dirçəldə bilən sahələrdə kiçik və orta sahibkarlığı inkişaf etdirmək;
2) müəssisələrin  əsas  fondlarını  bərpa  etməklə,  onları  tezliklə  modernləşdirmək  və
müasir tələblər səviyyəsinə qaldırmaq;
3) əsas aparıcı iqtisadi sahələrə birinci dərəcəli diqqət yetirmək, onları daha tez və sürətlə
inkişaf etdirərək, onların digər sahələri də irəli aparmasına nail olmaq. Bunun üçün neft fon-
dundan və dünya neft bazarındakı müasir əlverişli konyukturadan istifadə etmək;
4) dəyərlərin və gəlirlərin ədalətli bölüşdürülməsinə nail olmaq məqsədilə, dövlətin
aparıcı  və  tənzimləyici  rolunu  artırmaq.  Əhalinin  ən  yoxsul  təbəqələrinin  güzəranını
dözüləcək bir vəziyyətdə saxlamaq üçün isə dövlətin rolu, yardımı olmalıdır.
Yoxsulluq problemi heç də bircəhətli, dar çərçivədə meydana gələn təsadüfi hal deyil,
bütün iqtisadi zəmində inkişaf edən sosial hadisədir. ona görə də, yoxsulluğun azaldılması
dövlətin  hərtərəfli,  diqqətlə  hazırlanmış,  ardıcıl  olaraq  həyata  keçirilən  düzgün  siyasəti
sayəsində mümkün ola bilər.
Ədəbiyyat:
1. samedzade Z. Etapı bolseqo puti, Bakı: Nurlar, 2004, 502 səh.
2. ovçarova L.N., Truntsev E.B., Korcaqina İ.İ. “Bednost: qde poroq?” voprosı ekonomiki,
68 str. 
3. Bobkov.v «Respublika Kazaxstan: problema preodoleniə bednosti» // Çelovek i trud.
2009, N10.
AZƏRBAYCAN UNİVERSİTETİ
99

İPƏK YOLU 

2/2014


Abstract
GOvERNMENt StRAtEGy ON REGULAtION OF  
POPULAtIONS  INCOMES AND REDUCtION OF POvERty
Nurida AMIRASLANOvA 
Ph.D. of economics, teacher of Azerbaijan University
Reviewer: Ph.D. of economics. acs. prof. sakina Hajiyeva
Key words: population income, income distribution, poverty, revenue management, liv-
ing standarts, soft loons
Existence of a difference between the countries in a standard of living of the population
and in a level of incomes is contacted with level of development of national economy. 
Natural feature of connection between poverty and incomes of the population is showed;
with this purpose necessity of development of strategy of struggle against poverty is noted
in the article.  
Reduction of poverty and regulation of incomes not only by means of the international
organizations can be realized, and basically by economic strategy spent by the state. 
Резюме
СТРАТЕГИЯ ГОСУДАРСТВО ПО РЕГУЛИРОВАНИЮ ДОхОДОВ 
НАСЕЛЕНИЯ И СОКРАЩЕНИЮ БЕДНОСТИ
Нурида АмИРАСЛАНОВА 
Преподаватель кафедры  «Общая экономика» 
Университета “Азербайджан”, к.е.н.
Отзыв: к.э.н. Сакина Гаджиева
Ключевые слова: доходы населения, распределение доходов, бедность, сокраше-
ние бедности, регулирование доходов, уровень жизни населения. 
Показано закономерность связи между нишетой и доходами населения. Доказано
необходимость разработки стратегии борьбы с нишетой. Отмечается, что уменьщение
различных форм доходов происходит на основе удорожания условий жизни. Умень-
щение нишеты и регулирование доходов может быть реализовано не только с помо-
шью международных организаций, но и проводимой государством экономической
стратегии.

İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
100


AZƏRBAYCAN UNİVERSİTETİ
101

İPƏK YOLU 

2/2014
tƏBİƏtDƏ MÖvCUD OLAN RƏNG ÇALARLARININ DİLDƏ
DİSKREt KAtEQORİyALARLA İFADƏSİ
Xavər ƏLİyEvA
Dillər Kafedrasının baş müəllimi
Rəyçi: dos. fəzilə Zakirova
Açar sözlər: rəng, qara rəng, çalarlar, rəngləmək
söz nə zaman, nə münasibətlə, nə cür əmələ gəlir-gəlsin fərqi yoxdur, onun ifadə etdiyi
əşya, əlamət, kəmiyyət və sairə ilə səs kompleksi arasında heç bir üzvü əlaqə yoxdur. Belə
bir əlaqə olsaydı, dilimizdə mövcud bir səs kompleksi ilə müxtəlif əşyanı ifadə edə bilmək,
bir sözün müxtəlif məna çalarlığını verə bilmək, müxtəlif səs tərkibi ilə bir-birinə yaxın mə-
naları bildirmək xüsusiyyəti də ola bilməzdi. Rəng adları çox az söz kateqoriyalarındandır
ki, onlar semantik sahələr və lüğətin sistemliliyini tədqiq etmək üçün yarayan materiallardan
hesab olunur. 
Bildiyimiz kimi, ədəbi dil ümumxalq dilinin ən yüksək mərhələsidir. Ümumbəşər dilinin
inkişaf yolları eyni zamanda ayrı-ayrı xalqların dilinə, həmçinin ingilis və azərbaycan dil-
lərinə də aiddir. Ümumiyyətlə, müxtəlif sistemli dillərdə və eləcə də ümumi dilçilikdə rəng
bildirən sözlərin semantik təhlili, onların müxtəlif səviyyələrdə tədqiqi böyük əhəmiyyətə
malikdir. Rəng bildirən sözlərin leksik-semantik araşdırmaları dilçilikdə həmişə maraq
doğurmuş və aparılan elmi-tədqiqat işləri müxtəlif dillərin qanunauyğunluqlarının müəyyən-
ləşdirilməsinə imkan yaratmışdır [1, səh. 119]. 
İlkin tədqiqatlar göstərmişdir ki, ingilis dilində rəng adları kateqoriyası azərbaycan dilinə
nisbətən çox az işlənmiş, azərbaycan dilində isə tutduğu mövqe daha böyük və daha aktu-
aldır. 
Leksik mənaya malik olan sözlər qrammatik məna kəsb etdikdə, qrammatik formaya
yiyələnir. Qrammatik məna və qrammatik forma daşıyan hər hansı bir söz isə mütləq sin-
taktik rola malik olmalıdır. 
Qrammatik mənanın həm morfoloji ifadə vasitələri, həm də sintaktik ifadə vasitələri
vardır. 
Qrammatik mənanın morfoloji ifadə vasitələrinə sözlərin və vurğuların dəyişməsi, lakin
qrammatik mənanın sintaktik ifadə vasitələrinə isə sözlərin bir-birinə yanaşması və sözlərin
sırası daxildir. Dildə olan sözlər qrammatik cəhətdən hər zaman eyni dərəcədə olmur. Hər
bir nitq hissəsinə daxil olan söz qrupu xarakter və vəzifə etibarı ilə bir-birindən fərqlənir.
Buna görə də dildə olan sözlər iki qrupa ayrılır. Birinci qrupa daxil olan sözlər öz müstəqil-
liyini saxlayır, cümlənin bir üzvünün əmələ gəlməsində iştirak edir, söz yaradıcılığında aktiv
olur. Belə nitq hissələrinə müstəqil nitq hissələri deyilir. Müstəqil nitq hissələrindən biri də
sifət –  adjective-dir. Azərbaycan dilində olduğu kimi, ingilis dilində də şəxs və ya əşyanın
əlamətini, keyfiyyətini və sairə bildirən sözlərə sifət deyilir. Məsələn: ağ – white, qırmızı –
red, sarı – yellow,  böyük – big və sairə. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə