İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə48/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   44   45   46   47   48   49   50   51   ...   66

şeirində də güclü səslənir:
Vətənə dönmək istəyirəm,
Dənizə dönmək istəyirəm
Mavi aynasında suların
Boy verib görünmək istəyirəm.
Dənizə dönmək istəyirəm. (5,s. 286)
ondört  ile  yaqın  həbs  həyatından  sonra  yəni  hakimiyətə  gelen  Menderes  höküməti
tərəfindən əf qanunu çıkarılaraq azadlığa buraqılan Nazim Hikmət bəzi səbəblərdən ötrü
vatanından kaçmak mecburiyetinde qalır. Bundan sonraki qalan ömrünü Moskvada vətən
həsrəti içərisində kəçirməyə başlayır. İdeyasının qurbanı olan Nazim Hikmətin vətən nisgilli,
vətən  həsrətli ağrıları əslində heç vaxt onu tərk etmədi, onu izlədi, sarışın qıvrım tellərini
vaxtsız ağartdı. 
Məmləkətim, məmləkətim, məmləkətim,
Saçlarımın ağında
Ürəyimin infarktında
Alnımın qırışlarındasan, məmləkətim
Məmləkətim, məmləkətim!  (10, s.220)
deyən şairin  amma nə səhəri açılırdı, nə vətənə yolları görünürdü....”
Yənə bir başka şeirinde Moskva pəncərələrinin birindən dünyaya seyrederken, əslında
dışarıda mavi bulutlar, ağ güllər  ve daha başka gözel şeylerin bile məmləkətini və vətənini
düşünmektən  alıkoyamadığını,  bu  gözelliklerin,  Türkiyəyə  olan  hasrət  duygusunu
dindirəmədiyini  ifadə ədir.
Mavi  bulutlar keçir, qızıl qübbələrin 
üzərindən,
Qırmızı bacaların,
Ağ qüllələrin üzərindən mavi bulutlar
keçir.
Baxıram, moskva pəncərələrinin birindən,
Səni düşünürəm, məmləkətim.
Məmləkətim, Türkiyəm, səni düşünürəm. (10, s.159)
Bu şeirində xalqını, vətənini atəşin bir eşqlə sevən, onun arzularının ağrısını ürəyində
hiss edir. Bu şeir, öz canından əziz sevdiyi doğma  vətənindən  didərgin  düşmüş,  lakin  onu
heç  vaxt  yaddan  çıxarmayan, bir şairin səsidir.
ABŞ-ın mənafeyi naminə on altı min əsgəri ölümə göndərmiş Menderes höküməti Nazim
Hikməti xalq düşməni elan edir (6, s.54)
«Nazim Hikmət Vətən xaini olaraq qalır»
Bir Ankara qəzetində çıxdı bunlar.
Düz üç sütun, çığır-bağır sala-sala.
Nazimsə dedi: «Biz amerikan imperalizminin
yarımmüstəmləkəsiyik».

İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
120


Bəli, vətən xainiyəm, siz vətənpərvərsiniz,
siz yurdsevərsiniz.
Əgər Vətən-malikanələrinizsə,
Kassalarınızın və çek biletlərinizin
içindəkilərsə vətən,
Vətən şose boylarınca kədərlənməksə 
açlıqdan,
Vətən soyuqda it kimi titrəmək,
Qızdırmadan solub getməksə,
Fabriklərinizdə al qanımızı içməksə,
vətən,
Vətən yumruqlarısa ağalarınızın.
Vətən polis zopasısa,
Vətən amerikan bazaları, bombalarısa,
Bəli, mən Vətən xainiyəm,
Üç sütunda üç arşın hərflərlə
yazın:
«Nazim Hikmət Vətən xaini
olaraq qalır». (5,s.296)
Bu ittiham-şeir Nazim Hikmətin vətən nədir? sualına ən tutarlı cavabıdır. «vətən xaini»
vətəni necə də sevir, imperializm qüvvələrinə öz kinayəli, ironik etirazını bildirir, öz qəzəbini
hayqırır, bildirir. Yalançı, saxta vətənpərvərlər, məmləkətin düşmənləri bu misralardan ibrət
götürdü, Nazim Hikmət qələbə qazandı. «Üsyankarlığı ilə, mübarizliyi ilə» (7, s.45) Xalq
onun vətən xaini olub-olmadığını müəyyənləşdirdi. Şairin xalqına poetik xitabı görünür, necə
də mənalı səslənir:
Qardaşlarım,
Heç vaxt məni tək başına buraxmadınız
Həm təkcə məni deyil,
Məmləkətimi və xalqımı da
Sizinkiləri mənim sevdiyim qədər.
Siz də mənimkiləri sevdiyiniz üçün
Sağ olun, qardaşlarım, təşəkkür edirəm. (5, s.298)
Ailəsinin sevgi dolu hisslərini ifadə edəndə Nazim Hikmət sözün həqiqi mənasında məm-
ləkətə, vətənə işarə edir. oğlunu, həyat yoldaşını məmləkətlə birgə düşünür. Məsələn, aşağı-
dakı misralara diqqət yetirək:
Doğulduğun şəhər mənə indi bir qardaşlıq
evidir.
Amma qardaş evində də öz ocağın
Yada düşür.
Mühacirlik, gülüm, ölümdən 
betər imiş.
AZƏRBAYCAN UNİVERSİTETİ
121

İPƏK YOLU 

2/2014


Ağaclar durur, köhnə skamyalar ölmüşdür,
«Park-Boris» «Hürriyət parkı» olmuşdur.
Ancaq səni düşündüm şabalıd ağacı 
altında
Ancaq səni, yəni Memeti.
Ancaq səninlə Memeti, yəni məmləkəti. (5, s.305)
Bütün həyatı boyu öz vətənini azad görməyi arzulayan, ona insan ümidi dolu poeziyasın-
dan çələng görmək diləyən, amma doğma məmləkətə bir də qayıdıb dəfn edə bilmədiyi o
ana məzarında diz çökə bilməyən, ana torpağında tək bir qovaq ağacı əkə bilməyən dünyada
tanınan böyük şairin vidası, «vəsiyyət»i:
Yük maşınınına üzüaçıq qoyacaqlar məni
Yerli adətə görə.
Həyətimizin günəşi, qarı,
Yağışı yağacaq alnıma
...Mən, bilmədiyiniz qədər
Bəxtiyar yaşadım bu həyətdə.
Həyətdaşlarım,
Sizə uzun ömür arzulayıram. (5,s.321)
Heydərpaşa vağzalı...saat on beş. 1941-ci ilin baharı. Piləkənlərin üstündə günəş, yorğun-
luq və təlaş.- adlıq cümlələri ilə başlanan «İnsan mənzərələri» poemasında da vətən dialoq
parçalarında, mükalimələrdə, replikalarda mənalandırılır:
Elə müharibəsiz də çox gözəl yaşayır insan...»
Əvvəlcə bir az qorxaraq,
Sonra qətiyyətlə etiraz etdi Pərixan:
«Yaxşı, amma, ana, bəs vətən?
Düşmən vətəni çığnarsa?
Xanım müəllimə dedi ki:
«Vətənin hər qarışını qanımızla suvarırıq.
Türk ölər, amma baş əyməz»
«İndi qadınlar da əsgərliyə gedir.
Müharibə ancaq kişilər üçün deyil  (9, s.448).
Mətninə diqqət edilsə, «vətənin hər qarışını qanımızla suvarırıq» kəlamının müəllifi
Nazim Hikmət əgər lazım gələrsə özü öz qanı ilə vətənin hər qarışını suvarar. Maraqlıdır,
bu yenilik, yeni fikir Azərbaycan şairlərinin də şeirləri ayaq açdı, həmin fikri öz adına çıxan
şairlərdə tapıldı.
Poeziya çələngində vətən sevgili şeirlərin böyük toplusu Azərbaycanda da yaranır. Belə
şeirlər Azərbaycanın dostunu- Nazim Hikməti yada salır:
Bu gün, Vətən, sənin üçün həyatımdan keçərəm mən.
Öpüb sənin torpağını, gözlərimə çəkərəm mən.
Səni azad etmək üçün son qanımı tökərəm mən,

İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
122


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə