İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə49/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   45   46   47   48   49   50   51   52   ...   66

Arzum budur: sən ol azad, şəhid olum yolunda mən,
Təki yaşa, Azərbaycan, Odlar yurdu, sən ey Vətən! (R.Abdullayev).
son şeirlərinin birində bir dənizçinin dilindən söylədiyi misralarda da Nazim Hikmətin
vətən uğrunda mübarizə əzmi öz əksini tapıb:
Musiqim tütək
Həyatım dəniz
Biz dəryada gəzəriz.
Bizə derlər Turqutoğlu
Yaqarız, yıqarız biz cahanı.
Ölüm qarşısında an bə an 
Vətən uğrunda edəriz fəryadi-can
Topumuzdan çıxan güllə
Edər hər tərəfi tarmar.
Vətən uğrunda edəriz fəryadi-cana
Mənim kimi çox kişilər var.
Radi fiş «Nazim Hikmət» kitabında yazır ki, Nazim dünyanı dolaşan zaman Münəvvərə
yazdığı ayrılıq ətri gələn məktublardan, həmin yazılardan güc alıb ömrü polis nəzarəti altında
ola-ola yaşayan, uşaq böyüdən qadının böyüklüyündən, məhəbbət və ayrılıqdan, vətən həs-
rətindən gözəl bir kitab yaratmaq olar. Həmin kitab böyük məhəbbətin tərənnümçüsünə, uzun
bir dövrün ifşasına çevrilər. (5, s. 307) Bu xüsusda qeyd etmək yerinə düşər ki, «Nazim Hik-
mət yaradıcılığında vətən sevgisi» aktual bir mövzudur. Bu mövzunun daha geniş planda
tədqiqi çox vacibdir. ona görə ki, əsl vətənpərvər şair elə məmləkətin dərdini-sərini çəkdiyi
üçün, onun hüriyyətini qoruduğu üçün bu qədər əzablı yollardan keçib. Ömrünün son gün-
lərinədək vətən həsrəti çəkən,  hər an vətənə dönəcəyi xəbərini  gözləyən   Nazim    Hikmət: 
Şeirlər yazıram     
çap olunmur,   
çap  olunacaq,  amma.
Bir xəbər gözləyirəm, müjdəli,
Bəlkə də öldüyüm gün gəldi,  
mütləqa  gələcək, amma...     (8, s.3-4)
dəyirdi.
o gün, o ilıq iyun  səhəri qapısını döyən  poçtalyonun zənginə tələsən Nazim  bəlkə də
bu xəbərin (vətənə dəvət xəbərinin) məhz həmin gün gələcəyinə”   ümid bağlamışdı. Bəlkə
hər gün olduğundan  daha çox həyəcanlanmış, sevinmişdi. sevinmiş və unutmuşdu ki, axı
həkimlər ona çox sevinməyi də   qadağan etmişlər. səhər poçtunu alıb eyni həyacanla otağına
dönmək istəyən, əsrimizin  bəlkə də ən böyük həsrət və ümid nəğməkarı,  təkrarsız poeziya
ustadı adi  döyüntü həddini  aşan  ürəyini tutub ömür sirdaşı yazı masasının  arxasına   qayıda
bilmişdi.  on iki il əvvəl də dumanlı  bir yaz səhərində  kiçik bir balıqçı qayığında yenə də
hər şeydən çox  sevdiyi “gözəl İstanbulundan” ayrılmağa məcbur olan Nazimin sinəsində
beləcə həsrət, dilində ümidli şerləri var idi. Böyük şair hər iki yaz səhərində bir an əvvəlki
ömrünə, bu   ömrün  sahilində  qalan  son   misralarına   dönə   bilmədi. Birində xəbər  gö-
AZƏRBAYCAN UNİVERSİTETİ
123

İPƏK YOLU 

2/2014


zləyən   ürəyi, o  birində  isə  sərt  qadağanlar qarşısını  kəsdi...”
Nəticə olaraq qeyd etməliyik ki, Nazim Hikmət, öz ifadəsi ilə su qatılmamış bir vətən-
pərvərdir. Keçdiyi enişli, yoxuşlu ömür yolunda düşüncələrində dəyişiklik olsa da, vətəninə,
ölkəsinə, torpağına, yurduna və millətinə olan bağlılığında zərrəcə dəyişiklik olmamışdır.
Başda İstanbul olmaqla ölkənin işğal hücumlarına məruz qaldığı illərdə belə, əsasən eşq
şeirləri deyən gənc şairlər sırasına qoşulmamış, şeirləri ilə ölkəsinin, millətinin dərdlərini
dilə gətirmiş və onların rifahını şeirlərinin əsas mövzusu etmişdir. Yazdığı bu səpgili şeirlərə
görə həsb edilmiş, 13 il həbsxanada qalmışdır. 
Azad edildikdən sonra azadlığı ölkəsində yaşaya bilməyən Nazim ssRİ-yə köçməyə
məcbur olmuş və qalan ömrünü vətən həsrəti ilə orada keçirmişdir.
vətən torpağına ayaq qoya bilmədiyi illərdə belə qələmə aldığı həsrət dolu misraları ülvi
hislərinin, səmimiyyətinin nəticəsi olaraq beynəlxalq arenada hüsn-rəğbət görmüşdür.
Ədəbiyyat:
1. Türk edebiyatı. Ahmed Kabaklı. i. Cilt. İstanbul, 1994.
2. İsmayılov Abuzər. Nazim Hikmət: həyat və yaradıcılıq salnaməsi. Bakı, 1990. 
3. Babayev Aqşin. Nazim Hikmət və Azərbaycan».- «Qobustan» curnalı, 1982, № 2.
4.Günəşi içənlərin türküsü: Nazim Hikmətin şeirləri, məqalələri. Azərbaycanda onun
haqqında yazılan şeirlər, poemalar, məqalələr. Bakı, 2002.
5.Radi fiş. Nazim Hikmət. Bakı, «Gənclik», 1985.
6.Babayev Aqşin. Nazim Hikmət. Bakı, İşıq, 1978.
7.Bakıya  gedirəm...Nazim  Hikmət  və Azərbaycan:  Şeirlər,  məqalələr\Tərtib  edəni:
R.Quliyev. «Ön söz» süleyman Rüstəmindir. Bakı, «Yazıçı», 1984.
8. “ Kommunist” 20 yanvar 1982-ci il,  № 16, səh 3-4)
9. Nazim Hikmət. seçilmiş əsərləri. İki cilddə. 1. cild, Azərbaycan Dövlət Nəş., Bakı,
1961.
10. Nazim Hikmət. seçilmiş əsərləri.Çaşıoğlu, Bakı, 2007
11. Nazım Hikmet. Bütün eserleri, 1. Cild, sofya, Narodna prosveta, 1966 
Abstract
PAtRIOtISM IN NAZIM HIKMEtS POEtRy
Husein OZKAN
Qafqaz University
Key words: freestyle poems, rhythm, love for motherland, land, prison of Bursa
This article analyres the ideas of Nazim Hikmet, great poet of XX century and friend of
azerbaijan about love and infinitive fight for freedom. it also deoicts his poetic ideas of love
for motherland and struggling to death on the way of freedom.

İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
124


Резюме
ПАТРИОТИЗм В ПОЭЗИИ НАЗым хИКмЕТА
__________________________________-
____________________________________________
Ключевые слова: свободный стих, такт, любовь к родине, государства, тюрьма
Бурсы
В статье представлено анализ идеи великого поэта XX столетье, близкого друга
Азербайджана, Назима Хикмата о родине и бесконечной борьбы за независимость
своего народа. Так же расследованытоскы поэта о родине и идеологические основы
смерти ради родины.
AZƏRBAYCAN UNİVERSİTETİ
125

İPƏK YOLU 

2/2014


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə