İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə45/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   41   42   43   44   45   46   47   48   ...   66

NAZİM HİKMƏtİN POEZİyASINDA vƏtƏN SEvGİSİ
Hüseyn ÖZKAN
Qafqaz Unıversiteti -Bakı/Azerbaycan
Rəyçi: 
Açar sözlər: sərbəst şeir, vəzn, vətən sevgisi, məmləkət, Bursa həbsxanası
Nazim Hikmət XX yüzilliyin böyük şairlərindəndir. Yeni şerin-sərbəst şeirin Türkiyədə
təməli Nazim Hikmət poeziyasında intişar tapdı. «sərbəst nəzm Nazim Hikmətlə başladı.
Bu biçimdə vəzn parçalanır, fəqət qafiyə sistemi, təbii misra söylənişi, misra gözəlliyi davam
edir» (1 s. 601, 602).
Nazim Hikmətin şeirlerini yazarken en çok kullandığı sərbəst nəzm bu gün yeni yetişən
nəsillərin malı oldu. Əruz, heca qiymətini itirdi. Bu gün ədəbiyyatda forma və məzmun
baxımından  ən  qiymətli  əsər  yazanlar  Nazimin  sənətindən,  düşüncələrindən,  fəlsəfi
görüşlərindən ilham alan şairlər və ədiblərdir. (2, s. 28).
sərbəst şeirin kamil, mükəmməl nümunələrini yaratmış Nazim Hikmət fikirlərini nəzərdə
tutulmuş ölçü daxilində inkişaf etdirir. Belə şeirlərdə o, misraları standart ölçüdən, vəznin
tələblərindən kənara çıxarırsa da, ahəngdəki tarazlıq saxlanılır. Əks halda şeirdə heç bir emo-
sional təsir ola bilməz. sərbəst şeirdə ən böyük hünər qazanmış Nazim Hikməti təkcə türkün
şairi yox, bütün bəşəriyyətin söz ustadı saymaq olar. Öz məmləkətindən sonra, heç bir torpaq
Nazim Hikmətə Azərbaycan qədər doğma, əziz olmamışdır. Azərbaycan onun üçün ikinci
vətən idi. Əsl vətənlə ikinci vətən onun sevdiyi varlıq idi. Bu səpkili şeirlərində ahəng taraz -
lığı qorunub saxlanılır, nitqdə ifadəsini tapan daxili həyəcan «püskürür», xüsusi vurğu altına
düşən  kəlmələr,  deyimlərin  daşıdığı  semantika  digər  söz  və  ifadələrdən  əsaslı  şəkildə
fərqlənir. vətən, məmləkət haqqında dərin fikirlər ayrı-ayrı misralara səpələnir, ahəngin
yaranmasını təmin edir. Nazim  Hikmət  yaşadığı illər ərzində bir dəfə də olsun   öz
mübarizəsindən dönməmiş,  heçbir qüvvə onun ürəyindən vətənə duyduğu məhəbbəti
söküp ata bilməmişdir. Bütün əsərlərində  insanları özgürlüyə,  ac-yalavaclıqdan qur-
tarmaq uğrunda mübarizəyə səsləmişdir. Bu amalla da çox gənc yaşlarından vətənində
təqiblərlə üzləşmiş, həbslərə atılmış və nəhayət  vətənindən  didərgin düşmüşdür.
Azərbaycanda Nazim Hikmətin araşdırıcılarından biri Aqşin Babayev şairin Azərbaycana
və azərbaycanlılara son dərəcə böyük rəğbət bəslədiyini bildirir və görüşlərinin birindəki
aşağıdakı düşüncəsini vurğulayır: «Canım, gözüm bakılılar! Bakıya gəldim, dünyalar mənim
oldu! İnanın həmişə sizi xatırlayıram! Bakı, Azərbaycan bilirsinizmi mənə nə qədər əzizdir?
Mənim gələcəyim və qocalığım da bilirsinizmi mənə nə qədər əzizdir» (3, s. 23).
Məmləkət, yurd haqqında səsi, həyəcanı misralarında duyulan Nazim Hikmətin vətən
sevgisi ümumən türk poeziyasının aparıcı mövzularından biridir. İnsanın sevdiyi, dərindən
hüsn-rəğbət bəslədiyi varlıqlardan biri də vətəndir. «vətən, vətəni sevmək nə demək!» sualı
əzəldən bədii təfəkkür sahiblərini daha çox düşündürmüş, bu məfhum haqqında bir-birindən

İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
112


gözəl fikirlər, hisslər meydana gəlmişdir.
XX  yüzilliyin  böyük  şairi  Nazim  Hikmət  poeziyasının  mayası  vətənlə,  məmləkətlə,
vətənin azadlığı ilə yoğrulub. vətən, yurd, məmləkət, torpaq onun şəxsi həyatından ayrılmaz,
dəmir  barmaqlıqlar  arxasından  boylanan  mücərrəd  varlıq  və  anlayışlardır.  Həbsxana
küncündə olanda da vətəni daha çox yada salır, bu sevginin uzunömürlülüyünə inanırdı.
Nazim Hikmət özünün ən gözəl sevgi şeirlərini vətənə də həsr etmişdir. Bir şair ləyaqəti
ilə vətənini, məmləkətini sevmiş, bütün varlığına yurdsevgili şeirləri hakim kəsilmişdir. 
vətən torpağı- kəndlər, qəsəbələr, dağlar: Ayı yuvası kəndlər, palçıq qəsəbələr, boz dağlar
aşdıq, Bəli, biz o diyarı belə dolaşdıq ( 9, s. 21).
Torpağa məhəbbət şıltaq, uşaq vaxtı divarlara dırmaşan, hündür ağaclara çıxan, ildırım
sürəti ilə velosipedlərini idarə edən çocuqlara həsr etdiyi «uşaqlara nəsihət» şeirində dərin
vətənpərvərlik hissi aşılaya bilir:
Sən öz cənnətini
Qara torpağın üstündə qur.
Coğrafiya kitabıyla susdur
Səni «xilqəti-Adəmlə» aldadanı...
Sən sadə torpağı tanı,
Torpağa inan,
Ayırma öz anandan torpaq ananı.
Torpağı sev
Ana qədər...(9, s.96).
«Torpak ana», «ana torpaq»- Üzərində gəzdiyimiz torpaq cənnətdir. vətən torpağıdır. Bu
torpaq şairin alın yazısıdır. Ana tək dəyərlidir. Torpağa laqeyd baxmaq olmaz. vətən, torpaq
eşqi- poeziyada qeyrət, namus rəmzi kimi tərənnüm olunur. vətənin bir parçası Nazim Hikmət
poeziyasında aparıcı istiqamətlərdən birini təşkil edir. Şair uşaqlara torpağı anadan ayırma-
mağı, onu ana qədər sevməyi nəsihət edir. Torpağa hörmət etmək, onunçün əsmək gərəkdir.
Şeirin tərbiyəvi əhəmiyyəti uşaqların vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində böyük
rolu ilə seçilir.
Nazim  Hikmətin  poeziyasında  tərənnüm  olunan  vətəninin  üzərini  soyuq  küləklər
bürümüşdü. Günəşin üzü tutqundur, göydə şimşəklər çaxır...vətən haqqında şairin arzuları,
diləkləri qovuşa bilmir.
«Dəvət» şeirində:
Dörd nala gəlib uzaq Asiyadan
Ağ dənizə bir qısrak başı kimi uzanan
Bu məmləkət bizim. (4, s.62)
«Məmədə son məktubum» şeirində də yenə torpağa inam, insana sevgi, məmləkətə məhəb-
bət hissi aşılanır:
Olmayır dünyaya doymaq, Məmədim,
Dünyaya doymaq...
Dünyada kirəkeş kimi deyil,
Öz doğma evin kimi yaşa...
AZƏRBAYCAN UNİVERSİTETİ
113

İPƏK YOLU 

2/2014


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə