İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə52/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   48   49   50   51   52   53   54   55   ...   66


İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
130
olur. Bura əsasən səsin titrəməsi, narahat olması, rəngin solması və ya qızarması da xildir.
Bütün bu əlamətlər həyəcanlı vəziyyəti bildirir və müxtəlif semantik qruplar yaradır.
Ədəbiyyat:
1. Hacıyeva Ə.H. Nidayi somatik frazeologiyanın yaranmasında emosiogen situasiyanın
rolu, BDu, Dil və Ədəbiyyat, №1(43).
2. Hacıyeva Ə.H. İngilis və Azərbaycan dillərində somatik frazeologizmin əsasları, Bakı,
2006.
3. Лук Н.Н. Эмоции и личность, М., 1982.
4. Лукьянова Н.А. Экспрессивная лексика разговорного употребления, Проблемы
семантики, Новосибирск, 1986.
5. McCarthy M. English idioms in use, Cambridge university Press 2002.
6. stevenson C.L. some pragmatic aspects of meaning, New Haven, 1974.
7. www.turkceciler.com/dersnotlari/anlaminagorecumleler.html 
8. www.ingilizcem.com.org/.../ingilizce-sifatlar-veturkce-anlamlari.html 
Abstract
SEMANtIC GROUPS OF EMOSEMy OF PHRASEOLOGICAL 
UNItS IN ENGLISH
Nigar MEMMEDOvA
Graduate student of Azerbaijan University
Reviewer: Ph.D. of philology, associate professor Rafiq shabanov
Key words: emotional phrases, semantic group, combination
This article studies the phraseological units and their linguistic functions. The main part
of this article is about emosemical phraseological units and their structures.
Резюме
СЕмАНТИЧЕСКИЕ ГРУППы  ЭмОСЕмИОТИЧЕСКИх  
ФРАЗЕОЛОГИЧЕСКИх СОЕДИНЕНИЙ В АНГЛИЙСКОм ЯЗыКЕ
Нигяр мАмЕДОВА
магистр Университета “Азербайджан”  
Отзыв: к.фил.н. доц. Рафиг Шабанов 
Ключевые слова: В статье рассматриваются семантицеские группы эмосемиоти-
ческих  фразеологических  соединение  в  англий  ском  языке. И так  те  изучается
структура  етих  соединение.


AZƏRBAYCAN UNİVERSİTETİ
131

İPƏK YOLU 

2/2014
BÜDCƏDƏNKƏNAR DÖvLƏt FONDLARI vƏ 
ONLARIN ƏSAS ASPEKtLƏRİ
Orxan HÜSEyNOv
Azərbaycan Universitetinin magistrantı
Rəyçi: i.e.d., prof. Ramil Əliyev
Açar sözlər: büdcə, fond, gəlir, transfer
Büdcədənkənar dövlət fondları dövlət tərəfindən hüquqi şəxs qismində təsis edilmiş və
dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondlarıdır.
Azərbaycanda iki büdcədənkənar dövlət fondu var: Dövlət Neft fondu və Dövlət sosial
Müdafiə fondu. Büdcədənkənar dövlət fondlarının bütün xərcləri (Dövlət Neft fondunun
əməliyyat xərcləri və beynəlxalq banklarda və digər maliyyə institutlarında vəsaitin yer-
ləşdirilməsi ilə bağlı xərclər istisna olmaqla) icmal büdcənin xərclərinə daxil edilir. onların
əsaslı xərcləri yalnız Dövlət İnvestisiya Proqramına daxil olan layihələrin maliyyələşdirilmə -
sinə yönəldilir. Büdcədənkənar dövlət fondları ölkədaxili kommersiya fəaliyyətinə sərmayələr
qoymur, kreditlər və borc zəmanətləri vermirlər. Büdcədənkənar dövlət fondlarının gəlir və
xərclərinə dair hesabat formaları və onların təqdim edilməsi dövriliyi Hesablama Palatasının
və büdcədənkənar dövlət fondlarının rəyi nəzərə alınmaqla, Nazirlər Kabineti tərəfindən
müəyyən  edilir.  Büdcədənkənar  dövlət  fondları  bu  hesabatları  Maliyyə  nazirliyinə  və
Hesablama Palatasına təqdim edirlər. Bu hesabatlar rübdə bir dəfə mətbuatda dərc etdirilmə-
lidir.
Bununla yanaşı büdcə təşkilatlarının büdcədənkənar əməliyyatları da mövcuddur. Büd-
cədənkənar əməliyyatlar büdcə təşkilatlarının qanuni şəkildə dövlət büdcəsindən və kənarda
əldə etdikləri gəlirləri və həyata keçirdikləri xərcləri üzrə maliyyə əməliyyatlarıdır. Dövlət
büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə
əməliyyatların  əlaqələndirilməsi  Maliyyə  Nazirliyi  və  büdcədənkənar  dövlət  fondları
tərəfindən birgə hazırlanmış və təsdiq olunmuş tədbirlər planı vasitəsilə həyata keçirilir.
Büdcədənkənar fondlardan olan DNf ilə dövlət büdcəsi arasında fiskal və qanunvericilik
baxımından müəyyən əlaqələr mövcuddur. Dövlət Neft fondu neftimizin satışından gələn
pulların toplandığı xüsusi dövlət qurumu və büdcədənkənar dövlət fondudur.
29 dekabr 1999-cu il tarixli 240 nömrəli Prezident fərmanı ilə Azərbaycan Respublikası
Dövlət Neft fondu təsis edilmişdir [4]. Neft fondunun Əsasnaməsi Azərbaycan Respublikası
Prezidentinin 29 dekabr 2000-ci il tarixli 434 nömrəli fərmanı ilə təsdiq edilmişdir [2]. Neft
ilə zəngin olan ölkələrdə neft fondlarının, suveren sərvət fondlarının və yaxud  digər bu kimi
qurumların təsis edilməsi bu dövlətlərdə neft sərvətlərinin nəsillər arasında bərabər bölgüsünə,
onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaradır. fondun əsas vəzifəsi
Azərbaycan Respublikası vətəndaşlarının bu günkü və gələcək nəsillərinin mənafeyi naminə
neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçi -
rilməsindən və fondun öz fəaliyyətindən əldə olunan valyuta və digər vəsaitin yığılmasını



İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
132
və səmərəli idarə olunmasını təmin etməkdir. Dövlət Neft fondu vəsaitlərini əsasən təminatlı
istiqrazlarda və digər qiymətli kağızlarda saxlayır. səhmlərin alınmasını yalnız beynəlxalq
bazarlarda yüksək reytinqli peşəkar menecerlər vasitəsilə həyata keçirir.  
ARDNf-nin gəlirləri aşağıdakı mənbələr hesabına formalaşır: 
• Azərbaycan  Dövlət  Neft  Şirkəti  və  ya  səlahiyyətli  dövlət  orqanı  ilə  sərmayəçilər
arasında bağlanmış, Azərbaycanda, o cümlədən Xəzər dənizinin Azərbaycana mənsub
olan bölməsində neftin və qazın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair
sazişlərin həyata keçirilməsindən əldə edilən gəlirlər; 
• fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər, o
cümlədən 
faiz 
gəlirləri, 
dividentlər, 
valyuta 
aktivlərinin 
yenidən
qiymətləndirilməsindən alınan gəlirlər və sair;
• qrantlar və digər təmənnasız yardımlar; qanunvericiliyə uyğun olaraq digər gəlirlər və
daxilolmalar.
Büdcələrarası münasibətlərdən danışarkən heç şübhəsiz ki, DsMf-nin rolu və əhəmiyyəti
haqqında danışmamaq mümkün deyil. Dövlət sosial Müdafiə fondu pensiyaları və sosial
müavinətləri ödəyən xüsusi dövlət qurumu və büdcədənkənar dövlət fondudur. sosial sığorta
və  pensiya  təminatının  maliyyələşdirilməsi  sahəsində  idarəetmənin  təkmilləşdirilməsi
məqsədilə Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 1992-ci il tarixli "Azərbaycan
Respublikası Dövlət sosial Müdafiə fondunun yaradılması haqqında" fərmanı ilə Dövlət
sosial Müdafiə fondu (DsMf) yaradıldı [3]. DsMf-yə Azərbaycan Respublikası ərazisində
dövlət pensiya təminatının, müavinət və ödəniş xərclərinin maliyyələşdirilməsi başlıca vəzifə
kimi həvalə olundu. Dövlət sosial Müdafiə fondu Azərbaycan Respublikasında məcburi
dövlət sosial sığortası, əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra
hakimiyyəti orqanıdır.
Bir çox hallarda büdcədənkənar fondların statusu ilə məqsədli büdcə fondlarını qarışdırır-
lar. Məqsədli büdcə fondları dövlət büdcəsi və yerli büdcələrin tərkibində konkret tədbirlərin
həyata keçirilməsi üçün formalaşan və istifadə edilən pul vəsaitidir. Azərbaycanın dövlət
büdcəsinin tərkibində ilk belə fond kimi “Avtomobil Yolları” məqsədli büdcə fondu mövcud-
dur. Məqsədli büdcə fondlarından başqa büdcənin tərkibində ehtiyat fondları və ya rezerv
fondları da olur. Dövlət büdcəsində və yerli büdcələrdə nəzərdə tutulmayan xərclər, habelə
dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün dövlət büdcəsinin, Prezidentin
və yerli büdcələrin məbləği müəyyən edilən ehtiyat fondları yaradıla bilər. Dövlət büdcəsinin
Ehtiyat fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 5 %-dən artıq olmamaqla,
əvvəlki ildə bu fondun xərcinin faktiki icrası nəzərə alınmaqla müəyyən edilir. Prezidentin
Ehtiyat fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2 %-dən çox olmamaqla
müəyyən edilir. Bu fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb
edən tədbirlərə yönəldilir. 
Azərbaycan  Respublikasının  Dövlət  sosial  Müdafiə  fondunun  “2013-cü  il  büdcəsi
haqqında” Azərbaycan Respublikası Qanun layihəsinin sığortaolunanların orta illik sayı,
orta aylıq əmək haqqı məbləği və müvafiq qaydada hesablanmış məcburi dövlət sosial sığorta


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə