İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə54/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   50   51   52   53   54   55   56   57   ...   66


İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
136
2. Cinayət törədilən vaxt məlum olan faktlarla, sonradan ortaya çıxan faktlar arasında mü-
vazinət olmalıdır.
İstintaq aparılan müddətdə qəhrəmanların hamısının xarakteri açılmalı, psixologiyaları
verilməlidir ki, oxucunun özü də istintaq aparan şəxslə bərabər hadisələrin gedişatında iştirak
etsin, öz şəxsi versiyalarını düşünə bilsin. Əgər yazıçı bütün bu incəliklərə dəqiq riayət edə
bilirsə, onda əsər çox maraqlı, dolğun yüksək səviyyəli alınar.
Ötən əsrin ortalarından etibarən zamanın tələbinə uyğun olaraq detektiv janrının daha bir
neçə növü formalaşdı ki, bu da onun bir ədəbiyyat faktı olaraq tənəzzülə uğramasının qarşısını
aldı. Bu zaman Qərb detektiv yazıçılarının ikinci nəsli meydana gəldi. Bununla da detektiv
janr ikinci həyatını yaşamağa başladı. Bu dövrdə yazılan detektiv əsərlərdə dinamika artdı,
hadisələr kiçik, dar məkandan çıxıb daha geniş miqyası əhatə etməyə başladı, qəhrəmanların
sayı çoxaldı.
Həmin dövrlərdə Yan fleminq elə indinin özünə qədər dəbdən düşməyən casus Ceyms
Bond haqqında silsilə romanlarla casus detektivinin, Erl stenli Qardner vəkil Peri Meyson
personajı ilə məhkəmə detektivinin, Karter Braun hazırcavab, məzəli xəfiyyə Danni Boyden
obrazını yaratmaqla ironik, yumoristik detektiv üslubunun əsasını qoydu. Yan fleminq, Erl
stenli Qardnerin, Ceyms Hedli Çeyzin, Karter Braunun, Reks stautun detektiv romanları öz
dövrünün bir çox sosial problemlərini, Qərb cəmiyyətinin bütün təbəqələrində hökm sürən
ab-havanı, insanların psixologiyasını çox gözəl açmaqla bərabər, araşdırdıqları problemlərin
lap kökünə qədər getməyi bacarırdılar, bu da onları öz dövrlərinin ən bacarıqlı detektiv usta-
ları kimi şöhrətləndirmişdir.
Ötən əsrin səksəninci illərindən başlayaraq isə dünya detektiv ədəbiyyatı öz inkişafının
üçüncü mərhələsinə qədəm qoydu ki, bu zaman yazıçılar daha çox detektivi başqa janrlarla
sintez etməyə və bunun nəticəsində yeni ədəbi janrlar almağa cəhd edirdilər.
Detektiv  janrı  dünya  ədəbiyyatında  da  geniş  istifadə  olunmuşdur.  fransız  detektiv
yazıçılara Kristine Adamo, Mauris Leblank, Arnold Galopin, ingilis detektiv yazıçılarına
Aqata Kristi, Edvard Marston, viktor Headley və başqalarını misal göstərmək olar.
Ədəbiyyat:
1. f. W. Bateson, Harrison T. Metreon. English and American literature, 3rd edition 1979.
2. Kathryn vanspanckeren. outline of American literature.
3. Abelthina R. Dr. fleija, A. Misane. English and American literature. Riga, 1976.
4. www.kayzen.az 
5. en.wikipedia.org/wiki/Edqar Allan Poe 
Abstract
DEtECtIvE FICtION AND ItS FEAtURES
tamara MAMMADOvA
Graduade student of Azerbaijan University
Reviewer:  


AZƏRBAYCAN UNİVERSİTETİ
137

İPƏK YOLU 

2/2014
Key words: detective fiction, types of detective fiction, its delegates
This article is about detective fiction. This article deals with the emergence of the detective
fiction and its features. Detective fiction is used by many writers. in English li terature Agatha
Christie was one of the best detective writer.
Detective fiction is a branch of crime fiction that centers upon the investigation of a crime,
usually murder by a detective, either professional or amateur.  Detective fiction is the most
popular form of both mystery fiction and hardboiled crime fiction. 
Резюме
ДЕТЕКТИВНАЯ  ФАНТАСТИКА И ЕГО ОСОБЕННОСТИ
Тамара мАммЕДОВА
магистр Университета “Азербайджан”
Отзыв:   
Ключевые слова: детективная фантастика, типы детективного жанра, его предста-
вители
В данной статье рассматриваются проблемы возникновения детективного  жанра
выявляются его художественные особенности. Особо подчеркивается роль Э. По в
создании данного жанра, кратко рассматривается его эволюция. Особенно подчерки-
вается, что данный жанр нашел широкое распространение в мировой литературе.



İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
138
AMERİKA yAZIÇISI v.NABОKOvUN yARADICILIQ
XÜSUSİyyƏtLƏRİ
Günel ƏLİyEvA
Azərbaycan Universitetinin magistrantı
Rəyçi: fil.e.fəl.doktoru, Ülviyyə Əliyeva
Açar sözlər: Nabоkov, mənəvi problem, navator ideyalar
vladimir vladimiroviç Nabokov 1899-cu il aprelin 10-da sankt- Peterburqda köklü zadə-
gan ailəsində anadan olmuşdur. onun babası Dmitri Nikolayeviş Nabokov Rusiya impera-
torları ii Aleksandr və iii Aleksandrın hökumətlərində ədliyyə naziri vəzifəsini tutaraq ölkədə
hüquq  və  qanunçuluq  işlərinin  nizamlanmasında  önəmli  rol  oynamışdır. Yazıçının  atası
vladimir Dmitriyeviç Nabokov isə hüquq təhsili aldıqdan sonra gənclik çağlarından siyasi
fəaliyyətə qoşularaq kadetlər partiyasının liderlərindən olmuş, 1917-ci ilin fevral inqilabından,
çar hakimiyyəti devrildikdən sonra təşkil edilən Müvəqqəti hökumətdə ədliyyə naziri vəz-
ifəsini tutmuşdur. v.Nabokovun anası Yelena İvanovna (qızlıq familiyası Ruka vişnikova)
varlı tacir ailəsinə mənsub idi.
o, mükəmməl təhsil almışdı. uşaqlıqdan liberal dünyagörüşü və Qərb mədəni dəyərlərinə
rəğbət ruhunda tərbiyə olunan v.Nabokov xaraktercə məğrur, hər cürə fikir despotizminə
qarşı barışmaz bir insan kimi formalaşmışdı. Ancaq ata və babasından fərqli olaraq o, heç
zaman siyasi fəaliyyətə maraq göstərməmişdi.
1911-1916-cı  illərdə  Peterburqdakı  Teneşev  məktəbində  təhsil  alan  v.Nabokovun
yaradıcılıq debütü 1916-cı ildə nəşr edilmiş “Şeirlər” toplusu oldu. Bolşeviklər hakimiyyətə
gəldikdən sonra Nabokovlar ailəsi Krıma köçməyə məcbur oldu - atası burada qurulmuş Krım
Respublikasının ədliyyə naziri vəzifəsinə təyin olunmuşdu. Qızıl ordu Krımı tutduqda ailə
buranı da tərk edərək mühacirət etməyə məcbur oldu. Beləliklə, vladimir Nabokov 1919-cu
ilin 28 martında, iyirmi yaşında ikən Rusiyanı həmişəlik tərk etdi.
1926-cı ildə v.Nabokovun iri həcmli ilk nəsr əsəri - “Maşenka” romanı v.sirin imzası ilə
çap olunur. (Yeri gəlmişkən qeyd edək ki, v.Nabokovun yaradıcılığının Avropa dövrünə aid
nəsr əsərlərinin çoxu məhz bu imza ilə çap edilmişdir).
Rus mühaciri Qanin adlı surətin dilindən yazılmış bu əsər qəhrəmanın Rusiyada keçən
gənclik illərindən bəhs edir və vətən haqqında nostalji hisslərini əks etdirir. Bu roman mövzu
və ideya baxımından v.Nabokovun sonrakı rusdilli nəsr yaradıcılığı üçün bir başlanğıc nöqtəsi
rolunu oynadı. Burada v.Nabokov insan üçün vətən itkisinin Adəmin cənnətdən qovulmasına
bərabər bir faciə olduğu qənaətinə gəlir. Bu əsərin süjetində v.Nabokov özünün gənclik il-
lərinə məxsus bir sıra avtobioqrafik detallardan da istifadə etmişdir. 
Əsərin baş qəhrəmanı Qanin Berlində, rus pansionatında yaşayır. Alfyorov adlı qonşusu
ona arvadı Maşenkanın tezliklə Rusiyadan Berlinə gələcəyini söyləyir və onun fotoşəklini
göstərir.  Şəkildən  Qanin  özünün  gənclik  sevgilisi  Maşenkanı  tanıyır.  o,  bütün  həftəni
Maşenka ilə görüşü gözləyir və bu görüşün xəyalları ilə yaşayır. Lakin Maşenka Berlinə gələn


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə