İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə62/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   58   59   60   61   62   63   64   65   66


İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
154
Abstract
ANtI-UtOPIAN ELEMENtS IN “MARtIAN CHRONICLES” 
By RAy BRADBURy
Lala MEMMEDOvA
Graduate student of Azerbaijan University
Reviewer: Ph.D. of Philology, ulviyya Aliyeva
Key words: Mars, anti-utopia, Earth, fantasy
Anti-utopian elements exist in “Martian Chronicles” by Ray Bradbury. in one hand the
study of his works promotes better understanding of anti-utopian genre and in the other hand
it helps us to observe the changes that occur on the American literature at the second half of
the twentieth century.
Резюме
ЭПЕмЕНТы АНТИУТОПИИ В ПРОИЗВЕДЕНИИ РЕЯ БРЕДБЕРИНА
«хРОНИКИ мАРСА»
Лала мАммАДОВА
магистр Университета “Азербайджан”
Отзыв: к.э.н., Ульвия Алиева
Ключевые слова: Марс, антиутопия, планета Земля, фантазия
В произведении Р.Бредберина проявляются элементы антиутопии.
Его произведения с одной стороны помогают исследовать изменения происходящие
в литературе Америки во второй половине ХХ века, и помогает увидеть происходящие
в нем изменения.


AZƏRBAYCAN UNİVERSİTETİ
155

İPƏK YOLU 

2/2014
yUSİF SƏMƏDOĞLUNUN HEKAyƏLƏRİNDƏ 
İNSAN PSİXOLOGİyASI PROBLEMLƏRİ
Fidan CUMAyEvA
Azərbaycan Universitetinin magistrantı
Açar sözlər: Hekayələr, Astana, simurq quşu
Rəyçi: filologiya elmləri doktoru, professor Kamran Əliyev
Hekayələr, ssenarilər, publisistik məqalələr və roman müəllifi olan Y. səmədoğlunun
yaradıcılığında sənətə bağlılıq, ictimai nöqsanların, insan şüurundakı mühafizəkarlığın fəal
yazıçı mövqeyindən tənqidi güclüdür.
onun istər “46-ci ilin oyunları”, “foto-fantaziya” kimi ilk qələm təcrübələri, istərsə də
sonralar yazdığı “Yeddi oğul istərəm”, “səmt küləyi” adlı kinossenariləri, “İncə dərəsində
yaz çağı”, “Astana”, “Bayati-Şiraz” hekayələri nəsrimizin, ədəbiyyatımızın son 20-25 illik
mənzərəsində aydın nəzərə çarpır.
Mövzuları, əsərlərinin quruluşu, mənzərə və obraz yaratma ustalığı, hadisələrin obyektiv
mənalandırılması, vətənpərvərlik və insana məhəbbət hisslərinin təsvir orijinallığı etibarilə
diqqəti cəlb edən bu hekayələr Y. səmədoğlunun dil və üslub xüsusiyyətləri, fərdi yaradıcılıq
keyfiyyətləri ilə seçilən bir nasir kimi yetişdiyini sübut edir.
Y. səmədoğlunu “Qətl günü” romanına doğru aparan, onun nəsrini şərtləndirən mühüm
keyfiyyətlərdən biri fikrin rəmzi-bədii ümumiləşdirmələrlə təsviridir. “46-cı ilin oyunları”,
“Qartal”, “Qalaktika”, “Astana” hekayələri bu cəhətdən daha səciyyəvidir.
Bəşəriyyətin taleyi ilə bağlı çox mühüm məsələləri yazıçı sadə bir dildə, uşaq təfəkkürünə
uyğun şəkildə, rəmzi-bədii yolla əks etdirə bilmişdir. “46-cı ilin oyunları” hekayəsini oxu -
duqda, elə bil, uşaq oyuncaqları içərisində əsl bomba ilə qarşılaşırsan. Bu hekayədə müəllif
bəhs etdiyi son dərəcə ciddi problemi məharətlə uşaq oyunu tamaşasında əks etdirə bilmişdir.
Təsvir edilən “atom oyunu” üç oğulun ölümü, ananın dəli, ailənin yeganə qızının radioaktiv
şüalardan kor olması ilə nəticələnir. uşaq təfəkkürü “oyun”un bütün real nəticələrini qeyd
edir. Yazıçı rəmzi müqayisələrlə atom silahına, bəşəriyyəti məhvə aparan atom müharibəsinə
və belə bir silahın kəşf olunduğu ana nifrət yaradır. Təsadüfi deyildir ki, hekayə, atom
silahının dünyaya göz açdığı il nəzərə alınaraq, “46-cı ilin oyunları” adlandırılmışdır.
fikrin rəmzi-məcazi ifadəsi cəhətdən “Qalaktika” hekayəsini xüsusi qeyd etmək olar.
“Qalaktika” söhbəti yazıçını astronomik mə’nada deyil, rəmzi-psixoloji mə’nada maraq-
landırır və əsərin ideyası bu sözün məcazilik imkanları ilə açılır.
Rəmzin  gücü,  rəmzi  ümumiləşdirmə  “Qartal”  hekayəsində  də  özünü  göstərir.  Bu
hekayədə rəmz insanın, insan olanın yüksək aləminin, əlçatmaz ucalığının, qara qüvvələrlə
çarpışmanın, hər kəsin öz məkanında hərəkətinin təsviri istiqamətinə yönəldilmişdir.
Y. səmədoğlu hadisə və xarakterlərin bədii-psixoloji təhlilinə xüsusi diqqət yetirir, hər
bir obrazın iç dünyasını, psixoloji aləmini lazımi keyfiyyətdə əks etdirmək üçün insanın



İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
156
xarakterindən, hadisələrin mahiyyətindən doğan təbii cizgilər tapır. obrazların nitqi onların
daxili aləmini, arzu və istəklərini, məhəbbət və nifrətini, mənfi və müsbət olmaqla fərqlənən
bütün və hər cür mə’nəvi keyfiyyətlərini üzə çıxaran mühüm vasitə kimi diqqətlə işlənilir.
Psixologizmin dərinliyi yazıçının təsvir və təhkiyə dilini, dialoqlarını səciyyələndirən ən
mühüm fərdi əlamətlərdəndir. Bəzən yazıçı bu cəhətə bədii dildə aşkar işarələr edir, psixoloji
cəhətin insan mövqeyinin müəyyənləşməsində mühüm rolunun təsviri zəruriliyini bədii yolla
xüsusi qeyd edir. “Qalaktika” hekayəsində yad qalakatikaya düşmə və onun nəticələrinin
xəstə tərəfindən insan psixologiyası ilə bağlı izahı, “simurq quşu” hekayəsində caninin
hərəkətlərini növbətçinin “Bilmirəm, bunu psixoloqlardan soruş” deyə izah etməsi də göstərir
ki, situasiya və şərait əsas tutulmaqla, insanın psixoloji aləmi düzgün nəzərə alınır və düzgün
qiymətləndirilir.
Hekayələrin bir qismi ailə-məişət, sevgi macəraları üzərində qurulmuşdur. Lakin bu cür
hekayələrdə  də  ictimai  motivlər  fərdi-psixoloji  hallarla  möhkəm  bağlıdır.  “soyuq  daş”
hekayəsində obrazların mənəvi keyfiyyətləri incə detallarla verilir, buna görə də hadisələrin
gedişi ilə əlaqədar uzun təhkiyə və dialoqlara ehtiyac qalmır. Bu hekayədə də Y. səmədoğlu
yaradıcılığına xas olan rəmzi vasitələrin rolu böyükdür: soyuq daş, qara duman, qara bulud,
qara xəbər. Qızın etibarsızlığı və soyuq daşa çevrilən ürəyi, oğlanın öz məhəbbəti ilə vidalaş-
maqda olduğunu duyan qəlbi lirik tonda, usta yazıçı duyumu ilə ifadə edilmişdir. Hekayənin
sosial-etik təsir gücü psixoloji momentlərin rəmzi vasitələrlə yüksək harmonik əlaqəsindən
doğur.
“saat  işləyir”,  “foto-fantaziya”,  “simurq  quşu”  hekayələrində  ictimai  təzadlar  daha
qüvvətli ifadə olunmuşdur. “saat işləyir” hekayəsində daim təzadlarla irəliləyən bu aləmdə
oğlunun vaxtsız ölümündən kədər və göz yaşları içərisində çırpınan ananın — Gülsabah ar-
vadın dərdli ürəyi ilə 24 yaşlı gəlinin daha şiddətlə alovlanan məhəbbətlə dolu ürəyi qarşı-
qarşıya durur.
Y. səmədoğlunun hekayələrində xislət və yaranış etibarilə xeyirxah və bədxah doğulan-
ların üz-üzə durduğunu görürük. Ədəbiyyatın bu qədim mövzusunu müəllif “simurq quşu”
hekayəsində özünəməxsus şəkildə həll etmişdir. Ömrü boyu insanlara fədakarlıqla xidmət
edən, xeyirxahlıq yolunda simurğ quşuna çevrilən, lakin son məqamda cinayətə əl atan - na-
musu ləkələnmiş hamilə qızını öz əlləri ilə baltalayan qoca dustaq ölüm ayağında da xeyir -
xahlıq və alicənablıq kimi yüksək əməllərdən əl çəkmir, günahsız həbsxana yoldaşını gənc
dustağın - caninin qanlı pəncəsindən xilas edir. Beləliklə, müəllif bu epizodla yaranış, tərbiyə
məsələlərini ön plana çəkir, cani doğulanlarla ətraf mühitin cinayətə sürüklədiyi adamların
fərqini göstərir.
Y. səmədoğlunun bədii üslubunda ssenarist-yazıçı qələminin gücü müşahidə olunur. Zən-
gin təbiət lövhələri, təbii mənzərələr, obrazların zahiri-cismani keyfiyyətləri, hərəkət və
davranışı, geyim və danışıq tərzi, daxili-mənəvi aləmi elə ustalıqla, səbr və təmkinlə, elə canlı
bədiilik vasitələri ilə təsvir edilir ki, elə bil, bunları bilavasitə özün müşahidə edirsən.
Y. səmədoğlu nəsrində yazıçı duyumu, psixoloji vəziyyətlərin real və canlı təsviri yüksək
təsir bağışlayır. Hekayələrində lirizm əksərən kədərli, tragik hallarla birləşir. Gülsabah arvadın


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə