İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə59/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   55   56   57   58   59   60   61   62   ...   66

AZƏRBAYCAN UNİVERSİTETİ
147

İPƏK YOLU 

2/2014
first foot o adama deyilir ki, yeni il günü birinci olaraq hansısa ailəyə qədəm basır. Həmin
adam ailə üçün ən vacib adam hesab edilir, çünki ingilis inamına görə sonrakı on iki ayın
necə şən keçməsi birinci adamın qədəm basmasından, onun ayağının sayalı olmasından çox
asılıdır. first foot sahibi tamamilə ailəyə təsadüfən təşrif gətirən və ya qəsdən ailəyə xoş
arzularla "first foot" olmaq arzusunu həyata keçirmək məqsədi ilə gələn bir adam ola bilər.
Şotlandiyada və İngiltərədə first foot yanvar ayının 1-ci günü keçirilən ən güclü şənlik-
lərdən biridir. "first foot"un gəlişi yanvar ayının 1-i gecəyarısı başlayan andan ta səhərə
qədər gözlənilir. Yeni il girən kimi otaqdan heç kəs bayıra çıxmır və ya süfrədən heç nə
yığışdırılmır. Hamı "first foot"un gəlişini gözləyir. onu giriş qapısında (ön qapıda) təntənə
ilə qarşılayırlar. Gələn first foot özü ilə birlikdə ev sahibinə hədiyyə olaraq yaşayış simvolu
olan yaşıl bitki, bolluq rəmzi olan ərzaq və ya var-dövlət rəmzi olan pul və digər simvolik
hədiyyələr gətirir. Gələn adam xüsusi diqqət və hörmətlə qarşılanır, ona çoxlu şərab və spirtli
içki, ləziz yeməklər təkilf olunur, çünki inanırlar ki, o, həmişə ailəyə xoşbəxtlik və səadət
gətirmişdir. 
first foot mərasimi ya ev-ev gəzən bir dəstə gəncdən ibarət olur, ya da bu iş ailəyə yaxın
olan və həmin ailəyə Yeni il gətirən adam olmaq arzusu ilə yaşayan, yaxın qohum və ya
tanışlardan biri tərəfindən həyata keçirilir. Bəzən də bir küçədə yaşayan eyni adam küçədəki
evlərə  bir-bir  növbə  ilə  girir  və  həmin  küçənin  bütün  sakinlərinə  xoşbəxtlik  gətirmək
arzusunda olduğunu bildirir, hamı üçün eyni bir adamın "first foot" olmasının daha uğurlu
olmasını ucadan deyir. Əgər "first foot" hansı bir ailənin qapını döyməyirsə və ya "first
foot"un ailəyə qədəm basmayacağı ehtimal olunursa, onda ailə üzvlərindən kişi cinsindən
olan bir nəfər bayıra çıxır və yenidən mənzilə daxil olur və o, "first foot" kimi bütün
ənənələrə əməl olunmaqla qarşılanır.
Əsl xoşbəxtlik gətirən adam olmaq üçün first foot sağlam və güclü olmalıdır. first foot
olan adamın ayağının altı düz olmamalı, o, gənc və gözəl görkəmli olmalıdır. o, çəpgöz,
axsaq olmamalıdır və qara geyinməməlidir. Adətən qarabuğdayı və qara saçlı adamın gəlişi
xoşbəxtlik rəmzi hesab edilir. first foot kimi qapını döyən adam sarışın da ola bilər. Lakin
qırmızı saçlı first foot heç yerdə xoş qarşılanmır. İngiltərənin bəzi əyalətlərində subay adam,
digərlərində evli adama üstünlük verilir. 
İrlandiyalı first foot hər iki cinsdən olan adam ola bilər. Lakin yenə də üstünlük kişiyə
verilir. Bəzi əyalətlərdə qadın cinsindən olana üstünlük verilir.
Bəzi adamlar Yeni il gecəsi gecələrin birində olduğu kimi sakitcə gedib yatırlar. Digərləri
isə Yeni ili seyr etməyi planlaşdırır, lakin qeyd etmə mərasimi bir-birinə bənzəmir, çünki
bayramın qeyd edilməsi onu qeyd edənlərin yeri, vərdişləri, ailənin şəraiti, büdcəsi şəxsi
zövqləri nəzərə alınmaqla yerinə yetirilir.
Nəticə: Bu nəticəyə gəlmək olur ki, ingilis həyat tərzinə xas olan mərasim, cəmiyyət və
bayramları bildirən leksik təbəqə olduqca rəngarəngdir və onlar məhz ingilislərin həyatı ilə
bağlı özünəməxsus realilər hesab olunur.
Ədəbiyyat:
1. Nestle İ. A. Two million years of the food industry. switzerland, 1991.



İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
148
2. Вайсбурд М. Л. Реалии как элементы страноведения - Русскиий язык зарубежом.
1972, №2
3. Великобритания. Лингвострановедческий словарь. М., 1978
4. Колерс П. Менжязыковые словесные ассоциации. М., 1972
Abstract
WORDS AND EXPRESSIONS REFLECtING  ENGLISH LIFE StyLE
Ruhana AHMADOvA 
Master of Azerbaijan University
Reviewer: doctor of philology, asc. professor Chingiz Garasharli
Key words: English life style, expression, ceremonies, traditions, culture, games, soci-
eties, food, culinary 
Culture and language are known to be closely connected, therefore languages contain a
great number of words semantically peculiar for a given nation. The article deals with the
culturally  specific  lexicon  characteristic  of  the  life  style  and  traditions  of  the  English
people.
Резюме
СЛОВА И ВыРАЖЕНИЯ ОТРАЖАЮЩИЕ 
АНГЛИЙСКОГО ОБРАЗА ЖИЗНИ
Руханa АхмЕДОВA
магистр Университета "Азербайджан"
Отзыв: д. фил. н. доцент Чингиз Карашарлы
Ключевые слова: английский образ жизни, выражения, церемония, традиции,
культура, игры, общество, пища, кулинария были описаны 
Кулътура и язык являются тесно связанными в резулътате чего в языке имеются бо-
лышое количество слов, которые семантически харектерны для кулътуры конкретного
народа. В статъе изучается специфическая лексика, которая в кулътурном отношении
характерна для образа жизни и традициям английского народ.


AZƏRBAYCAN UNİVERSİTETİ
149

İPƏK YOLU 

2/2014
REy BREDBERİNİN “MARS XRONİKALARI” ƏSƏRİNDƏ 
ANtİUtOPİyA ELEMENtLƏRİ 
Lalə MƏMMƏDOvA
Azərbaycan Universitetinin magistrantı
Rəyçi:  fil.e.fəl.doktoru, Ülviyyə Əliyeva
Açar sözlər: Mars, antiutopiya, yer planeti, fantaziya
R.Bredberinin ayn-ayrı işlərinin tədqiqi olmasaydı, XX əsr ingilis dilli ədəbiyyatda anti -
utopiya problematikası belə geniş işıqlandırılmazdı. onun əsərlərinin tədqiqi bir tərəfdən an-
tiutopiya  janrını  daha  yaxşı  dərk  etməyə  kömək  edirsə,  digər  tərəfdən  XX  əsrin  ikinci
yarısında Amerikan ədəbiyyatında baş verən dəyişiklikləri görməyə kömək edir. Bunlar da
öz növbəsində mövzunun aktuallığına səbəb olur. Öz yaradıcılığında antiutopiya janrından
istifadə  edərək  hal-hazırki Amerikada  mövcud  olan  problemləri  gələcəkdə  göstərməklə
həqiqəti oxuculara çatdırır. Böyük Britaniya və ABŞ yazıçılarının diqqətlərində olan əsas
problemlər: elm və texnika qarşısında qorxu, totalitar dövlətin rolu, kütləvi cəmiyyətin təsiri,
müasir sivilizasiyanın deqradasiyası, yeni müharibənin təhlükəsi, ekoloji fəlakət R.Bredberini
də narahat edir və bu onun əsərlərində öz əkslərini tapır [2.49].
R.Bredberini ən tanımış fantastik yazıçı adlandıranda yazıçı etiraz edir. o özünü “nağıl
danışan, uzaq görən” adlandırmasına üstünlük verir. Realizmi və romantizmi məharətlə
uzlaşdıraraq əsil bədii ahəng yaradan R.Bredberi səkkiz yüzdən çox əsərin müəllifidir. “onun
bütün yaradıcılığı humanizm prinsipləri əsasında qurulmuşdur. Əsərlərində insan və kainat,
insan və cəmiyyət, insan və texnika kimi aktual problemlərə toxunan yazıçı insanın mənəvi
əzablarını, psixoloji sarsıntılarının real mənzərəsini böyük ustalıqla yarada bilirdi. R.Bred-
berinin əsərlərini oxuduqca onun yaratdığı fantastik dünya və bu dünyanın bir qədər qəribə
sakinləri-həqiqi “mən”i ilə özgələşmiş “mən”i arasında çaşıb qalan, ictimai-siyasi proseslərin
ümidsizlik girdabında çırpınan, ümumi axına qarşı çıxaraq dünyanı dəyişməyə çalışan maraqlı
insan taleləri oxucunu heyrətə gətirirdi. İnsan təxəyyülünün və fantaziyasının nəhayətsiz hü-
dudları R.Bredberi yaradıcılığının aparıcı mövzusunu təşkil edirdi. Yazıçı deyirdi ki, həyatda
hər şey arzudan yaranır, elmi fantastika isə elmin və arzunun qeyri-adi sintezi hesab edilir”
[2.42].
R.Bredberiyə görə insan mövcudluğu dramatikdir. Dünyaya gələn uşaq doğulduğu andan
ölümlü olduğunu bilə-bilə ölümsüzlüyün sirlərini axtarır. Əgər insan qürurunu yenərək ətrafa
baxsa  ona qarşı çıxır, özünü hökmdar hesab edir. Qürurlu insan ölümə məhkum düşmən yox,
dost görər, xeyirlə şər arasında düzgün seçim edər. Qaranlıq və işıq, alov və su, müharibə və
sülh “farenqeyitlə 451” romanında aydın təsvir olunur. “Mars xronikaları”nda yer kürəsindən
gələn insanlar marslıları məhv edir, özləri marslılara çevrilirlər. Texnika və insanın mövcud-
luğu, konflikti, bir - birini sevmələri və rədd etmələri onun bir çox hekayələrində özünü
göstərir. Bura misal olaraq onun bir hekayəsində robot nənə uşaqlara məhəbbət bəsləyir, digər


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə