İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə60/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   56   57   58   59   60   61   62   63   ...   66


İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
150
hekayəsində isə mexaniki otağın əllərindən çıxacağından qorxan bacı, qardaş valideynlərini
o otağa salaraq heyvanlara yedizdirirlər.
İnsan həmişə öz arzusundan kiçikdir. Maşın, robot insan arzularından yarandığı üçün,
onları özünə hopdurduğu üçün onlardan da çoxdur. İnsanların onları hansı məqsədlə yarat-
malarından asılı olaraq maşınlar yaxşı və pis olur. 
Bir  yığın  metaldan  ibarət  olan  avtomobillər  kişilərin  ruhuna  hakim  kəsilərək  onları
dağıdıcı hakimiyyətin hərisi edir. Məgər avtomobil yaradanlar bunu istəyirdilər?
sadə halda televizora baxan insan ətrafdakı hər şeyi unudur və orada baş verən hadisələrə
qapılır. İnsanlar texnikanın dağıdıcı və ziyanverici olduğunu bilsələr də ondan ayrıla bilmir-
lər. onlar ömürlərinin qısa olduğunu və bu ömürlərinin çox hissəsini televizora baxmağa və
yatmağa sərf etməklə texnikanın tərkib hissəsinə çevrilirlər. Bununla da batdıqca özləri ilə
yer kürəsini, dünyanı da məhv edirlər.
Necə oldu ki, R.Bredberi bu modeli seçdi? Rey Duqlas Bredberi 1920-ci ildə İlinoys
ştatının kiçik uoniqan şəhərində anadan olmuşdur. onun atası Leonard spoldinqin əcdadları
1630-cu ildə İngiltərədən Amerikaya köçmüşdülər. Reyin ədəbi istedadını ulu nənəsi Meri
Bredberi XiX əsrin sonu və XX əsrin əvvəllərində İlinoys ştatında qəzet naşiri olan babasının
jurnalistika sahəsindəki fəaliyyəti ilə izah edirdilər. Yazıçının atası isə ədəbiyyat aləmindən
tamamilə  uzaq  bir  sahədə  yerli  elektrostansiyada  elektrik  işləmişdir.  Reyin  milliyyəti
isveçrəli olan anası Ester Mari Moberq isə incəsənəti və ədəbiyyatı çox sevirdi. oğlunda
kiçik yaşlarında mütaliəyə böyük həvəs oyadan bu qadın həm də əsil kino həvəskarı olmuş-
dur. Balaca Reyinə ikinci adı ona anasının sevimli aktyoru, səssiz kino ulduzu Duqlas fer-
benksin şərəfinə vermişdi. Bredberinin uşaqlığı böyük ailənin mehriban mühitində, qayğıkeş,
həssas insanların əhatəsində keçmişdir. Elə o vaxtdan da Rey yaxın və doğma adamların
həmrəyliyini, bir araya gəlməsini dünyanın sərvəti hesab edir. R.Bredberinin uşaqlığı ilə
bağlı isti və xoş xatirələri, yazda yaşıl rəngə boyanaraq sanki xoşbəxtlikdən ətrafa nur saçan
uoniqanın parlaq əbədi obrazı sonralar onun bir çox əsərlərinin, xüsusilə də avtobioqrafik
“Zəncirotu arağı” romanının əsas mövzusudur [4.245].
Yaradıcılığın kökləri həmişə uşaqlığa gedir. R.Bredberi nəinki uşaqlığın ilk illərini, hətta
ilk həftələrini də xatırlayır. “Böyüdükdən sonra Rey deyir - mən özüm haqqında hekayə
yazdım. “Balaca qatil”də ağlı başında olan və dünyaya gətirdiklərinə görə valideynlərinə
nifrət edən uşaq surəti yaradılır. uşaqlıq illərinin mənəvi qidası olan kitablar, kino və sirklə
bağlı təəssüratları hələ kiçik yaşlarında bütün parlaq və qeyri-adi şeylərə yüksək həssaslıqla
yanaşan  gələcək  yazıçının  daxili  aləminin,  formalaşmasında,  yaradıcılıq  istiqamətinin
müəyyənləşməsində başlıca rol oynamışdır.
Kitabın sehrli təsirinə o, 1925-ci ildə xalasının ona “biri var idi, biri yox idi” jurnalının
verməsi ilə məruz qalır. sonra xalası Reyə L.frenk Baunun  möcüzələr dünyasını oxuyur,
anası isə Edqar Allan Ponun hekayələri ilə tanış edir. Daha sonra  Tarzanı və Con Karterin
Marsdakı macəralarını oxuyur.
Erkən avtobioqrafik esselərində o yazır: “Mənim ilkin xatirələrimdə, mən gecə yarı oya -
nıb pilləkənlə qalxanda orada məni gözləyən bəd heybəti görürəm. Mən qışqırıb anamın


AZƏRBAYCAN UNİVERSİTETİ
151

İPƏK YOLU 

2/2014
yanına qaçıram, sonra anamla çıxanda, o gizlənir. Anam heç bir dəfədə olsa onu görmədi...”
[4.237].
Bir yazıçı kimi Rey Bredberi çətin, lakın  maraqlı yol keçmişdi. onun “Bill Rocersin
xatirəsinə” şeri ilk dəfə 1936-cı ilin avqustunda yerli “uoniqan” qəzetində dərc edildi. “1937-
ci il üzrə tələbə şerlərinin ontologiyası” məcmuəsində onun “ölümün səsi” şeri yer aldı. İlk
qələm təcrübələrindən ruhlanan R.Bredberi getdikcə özünü daha çox bu yorucu, lakin şərəfli
işə həsr edirdi.
Rey Bredberi yazır “Mənim daim mübarizə apardığım şey ölümdür. Hər yeni hekayəmdə,
povestimdə, pyesimdə... mən onunla mübarizə aparıram. Ölüm! Mən onunla özümdən sonra
qalacaq uşaqlarımla, kitablarımla, yaradıcılığımla mübarizə aparacağam” [4.247].
Qırxıncı illərin ortalarında Rey Bredberi artıq müəyyən təcrübəyə malik tanınmış yazıçılar-
dan sayılırdı. Yazıçının novellaları yalnız populyar “pulp magazines”lərdə deyil, həmçinin
“Kolers” (Colliers), “Çarm” (Charm), “New Yorker” kimi nüfuzlu jurnallarda çap olunurdu.
onun yaradıcılığında Marsla bağlı ilk həvəsi isə E.R Benouz oyatmışdı. sonralar R.Bredberi
etiraf edirdi. “Edqar Roys Benoz olmasaydı, “Mars xronikaları” heç vaxt yaranmayacaqdı
[4.269].
Rey Bredberi 1950-ci ildə “Mars xronikaları”nı, 1951-ci ildə “Yanğınsöndürənlər” mikro
povestini yazır ki, bu da 1953-cü ildə “farenqeytlə 451” romanının yazılmasına səbəb olur.
onun yaradıcılığının əsas hərəkətverici gücü insana sevgi və bu şərəfli adı daşımaqda ona
mane olan hər bir şərə qarşı nifrətdir. Bu bölünməz “sevgi və nifrət” xəbərdarlıq romanları
arasında məşhur olam “farenqeytlə 451” əsərini yazmaqda ona kömək oldu. Əsəri oxuyarkən
bir vaxtlar insanları düşündürdüyünə görə kitabların yandırılması hadisələri oxucunun gözü
önündə bir daha canlanır. Romanın əsas qəhrəmanı Qay Monteq yanğın söndürəndir, amma
o yanğın söndürmür, onu yandırır. Həqiqətən də tarixdə bu cür hadisələr olub: insanları xilas
etməyə, xoşbəxt etməyə yaradılan şeylər qəfildən onlara qarşı çevrilərək, onları əzməyə,
hədələməyə və öldürməyə başlayıb.
Əsərdə müəllif tərəfindən yaradılan cəmiyyət ilk öncə insanların ruhlarını, hisslərini, daha
sonra isə cismani olaraq öldürür. Mildred və onun rəfiqələri kimi insanlar bu cəmiyyətin
əsasını təşkil edir. Bununla belə bu tipli insanlarla bərabər, ruhlarını və hisslərini tam itir-
məmiş  insanları  da  göstərməklə  Rey  Bredberiyə  ümid  verir.  Özünü  kitablarla  yandıran
qadının dediyi sözlər əsərin əsas ideyasına çevrilir. “Biz bu gün İngiltərədə elə şam yandıra-
cağıq ki, onu heç vaxt söndürmək olmayacaq”. Bu əsər nəinki, insanların gözünü açdı, həm
də onlara qaranlıqda işıq oldu.
Romanda insan taleyi fəlsəfi və simvolik baxımdan təsvir edilir. “Hə - kitab sevərlər deyir,
- biz - bəşəriyyətin yaddaşıyıq, biz sonunda qalib gələcəyik! Nə vaxtsa biz dünyada ən böyük
buldozer yaradaraq ən böyük qəbir qazacağıq və müharibəni orada həmişəlik basdıracağıq”
[4.270].
İnsanların gələcək azadlığını təmin edəcək texnika ilə insanlar azadlıqdan qaçırlar. Ro-
manda bir çox təsiredici, qəlbi riqqətə gətirən parçalar olsa da, sonunda işıqlı ümid yeri var.
Bunun səbəbi isə R. Bredberinin optimist ruhlu insan olmasıdır. o, insanların nəinki sağ qala-


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə