İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə58/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   54   55   56   57   58   59   60   61   ...   66

AZƏRBAYCAN UNİVERSİTETİ
145

İPƏK YOLU 

2/2014
Dekabr ayının 25-də milad günü adamlar kilsəyə gedir və digər günlərlə müqayisədə
orada daha çox insan olur. İbadət rəngarəng olur, buraya "Hark the herald angels sing" və
"o come all ye faithful" kilsə himnləri daxildir. 
Kilsədən qayıtdıqdan sonra ana mətbəxə gedir ki, bir gün qabaq içi doldurulmuş hind
toyuğunu sobaya qoysun. Elə bu vaxt ailənin digər üzvləri yolka ağacının ətrafına toplaşır.
Yolka ağacları adətən pəncərənin qabağına qoyulur, axşamlar pəncərənin qabağındakı yolka
ağaclarının bərq vuran çil-çıraqları şəhəri daha da füsunkar göstərir. Ana xörəkləri hazır-
ladıqdan sonra əsas mərhələ hədiyyələrin açılması ilə başlanır. Hədiyyələr yolka ağacına
bağlanmışdır.  Hər  kəs  öz  büküb  bağladığı  hədiyyəni  gizli  saxlayır.  Hədiyyə  açıldıqda,
qiymətindən asılı olmayaraq, ən əziz bir şey kimi qiymətləndirilir, hədiyyəni verənə min-
nətdarlıq edilir [4, s,121].
Bu həyəcanlı anlar hədiyyələrin açılması başa çatdıqdan sonra ailə üzvləri yeməyin gəti -
rilməsini uzun müddət gözləməli olurlar. Bəzi adamlar öz iştahlarını açmaq üçün şəhərə gə -
zintiyə çıxır (ya tək, ya da uşaqları ilə birlikdə), ya evdə qalır və yaxud da milad içkisi içmək
üçün öz dostlarının yanına gedir. 
orucluğun ortasındakı bazar günü "Mothering sunday" adlanır. Artıq iki əsrdir ki, bu
ildönümü hər il qeyd edilir. Bu elə bir gündür ki, hər bir ailənin birliyini, ailə üzvlərinin ana
ətrafında birləşməsini təmin edir. uzaqda və yaxında olan oğlanlar və qızlar ata evlərinə baş
çəkir və bütün yaşda olan övladlar öz analarına hədiyyələr verirlər [2, s, 86].
Rəsmi şəkildə həmin gün qulluqçulara məzuniyyət verilir və həmçinin onlara hədiyyələr
verilir ki, öz analarını "Mothering sunday" münasibəti ilə təbrik etsinlər.  onlar özləri ilə
hədiyyə kimi gül və hamar kökələr götürürlər, çünki həmin hədiyyələr, analar günü üçün
hələ də dəbdədir. 
Bəzən bütöv bir ailə səhər çağı kilsəyə gedir, qayıtdıqdan sonra  süfrə başına yığılır, hamar
kökə, düyü pudinqi, qızardılmış quzu əti yeyir, pivə və ya evdə çəkilmiş şərab içirlər. Lakin
XiX və XX əsrin sonlarına yaxın bu ənənənin qeyd edilməsində bir qədər təmtərağın azal-
ması müşahidə edilmişdir.
son 20 ildə "Analar günü" yeni vüsətlə canlanmağa başlamışdır. Buna əsasən həmin
günün polimersiyalaşması səbəb olmuşdur. Analar günü ərəfəsində bütün dükanlar öz vit-
rinlərində analara verilə biləcək hədiyyələrin daha geniş çeşiddə nümayiş etdirilməsi ilə
məşğul olur və bu canlanma Analar gününün öz şöhrətini qaytarmağa şərait yaratmışdır. 
İngiltərədə "Analar günü"nün yenidən populyarlaşmasına ikinci bir səbəb o olmuşdur ki,
ii Dünya müharibəsi zamanı bu bayramı İngiltərədə keçirilən "Mothering sunday" ilə səhv
salmışlar və bu bu bayramı analar günü kimi qeyd etmiş, bununla da "Mothering sunday"
adət-ənənəsi kilsənin qeydiyyatında olmuş və müqəddəs gün kimi daim qeyd edilməkdədir.
All fool's Day - Ümumi səfehlər günü  
Aprel ayının birinci günü İngiltərədə Ümumsəfehlər günü (All fool's Day) və ya səfehlər
günü (Aprel fool Day) qeyd olunur. Bəzi şimal rayonlarında həmin gün Hoddy Day (səfehlər
günü) adlandırılır. Ölkənin müxtəlif  yerlərində həmin gün başqa adlar altında adlandırıla
bilər, lakin bir şey ümumidir ki, aprel ayının birində gecə yarıdan tutmuş günortaya qədər
olan vaxtda aprel atmacaları - gülməcələri həyata keçirilir. 



İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
146
Həmin gün uşaqlar daha fəal olur. onlar həm öz yaşıdları ilə, həm qadınlarla, həm də yaşlı
kişilərlə zarafat edə bilər. onlar ən çox geyimlə bağlı zarafat edir, qarşılarındakı adamı səfeh
yerinə qoymağa çalışırlar. Əsasən "sizin ayaqqabınızın qaytanı" açılıb, "qalstukunuz əyri
durur", "paltarınızda nəsə qaydasında deyil" deyərək, qarşıdakı adamı inandırmağı çalışır,
onlara inanan adamları səfeh hesab edir və onlara gülürlər [3, s, 187].
1 Aprel - səfehlər gününün yaranma tarixi 1698-ci ildə təsadüf edir. Həmin il aprel 2-də
"Drake's News-letter" (17-ci əsrin qəzeti) məlumat verilmişdir ki, Tower of  London-da şir-
lərin çimizdirilməsinə tamaşa etsinlər" və bu məlumatı oxuyan sadəlövh insanlar Tower of
Londona gəlmişlər ki, "onlar da şirlərin çimizdirilməsinə" tamaşa etsinlər. 
Bundan sonra 1860-cı ildə təxminən buna yaxın aldatma (səfehləmə) həyata keçirilmiş və
elə o vaxtdan başlayaraq hər il aprelin biri "səfehlər günü" kimi qeyd edilməyə başlamışdır.
səfehlər günündə edilən səfehləmələr içərisində ən çox yadda qalanı kimisə baş tutması
mümkün olmayan bir işin dalınca göndərməkdir. Tutaq ki, göyərçin südü gətirmək və  ya
düz qarmaq almağa getmək. səfeh adam bu işin dalınca gedir və özünü gülünc vəziyyətdə
qoyduğu halda ətrafdakılara gülüş və sevinc bəxş edir.
səfehlər günü yuxarıda qeyd etdiyimiz kimi yalnız aprelin birində günortaya qədər davam
edir. Əgər günortadan sonra kimsə kimi isə aldatmağa cəhd edirsə, onda həmin adama deyir-
lər:
Aprel fool's past.
You are the biggest fool at last və ya: April noddyes past and gone. 
You are the fool and i am none.
Christmas Celebrations (Milad bayramı).
Milad bayramının keçirilməsi hər il dekabr ayının 25-nə təsadüf edir. Bu bayram bəzi ta -
rixçilərin qeyd etdiyinə görə xristianlığın İngiltərədə yayılmasından əvvəl də, yəni bütpərəst-
lik dövründə də qeyd edilmişdir. Bu fikir müxtəlifliyinə baxmayaraq, həmin günün dini
bayram olmasını heç kəs inkar etmir. 1644-cü ildə Parlament bu bayramı qadağan etmişdi.
Lakin tezliklə 1660-cı ildə ikinci Çarlz hakimiyyətə qayıtdıqdan sonra yenidən milad bayramı
bərpa olunmuş, həmin ildən başlayaraq müntəzəm olaraq milad bayramı qeyd edilməkdədir.
Milad bayramında əsas qeyd edilməli cəhət adamların milad hədiyyələrini bir-birinə xüsusi
təm-təraqla təqdim etməsidir. Müxtəlif hədiyyələrin təkcə uşaqlar deyil, ailələr, müəssisədə
çalışan işçilər, dostlar, tanışlar bir-birinə təqdim edir, ən xoş arzularını bildirir. Bəzən də elə
olur ki, bir ailəyə külli miqdarda hədiyyə gəlir və onların bir çoxusu lazımsız əşyalardır.
Bununla belə bu hədiyyələri qəbul edir və bununla fəxr edirlər.
Milad bayramından çox-çox qabaq, hətta bir neçə ay qabaq, milad xərcləri üçün pul qənaət
edilib saxlanılır ki, həmin günə sərf edilsin. Bu işdə milad klubları milli müəssisələrə çevrilir-
lər. Evdar qadınlar hər həftə müəyyən miqdarda pul köçürürlər ki, milad vaxtı "bird"lə təmin
olunsunlar ("bird" dedikdə hind toyuğu və ya qaz nəzərdə tutulur). onların ərləri isə rəngarəng
içkilərlə təmin olunmaq qayğısı ilə yaşayır. onlar belə klublara pul köçürürlər ki, süfrə bol,
təmtəraqlı, əsl istirahət guşəsi olsun. 
Milad ərəfəsini ingilislər first foot adlandırır.
first foot xoşbəxtlik gətirən bir mərhələ kimi qəbul edilir. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə