İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə61/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   58   59   60   61   62   63   64   65   66


İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
152
cağına, hətta əzbərlədikləri kitablar ilə yeni dünya yaradaraq xoşbəxt olacaqlarına inanırdı.
Gələcəkdə yeni dünyalar kəşf etməklə insanlar fərqliliyi və azadlığı qoruyub saxlaya biləcək-
lərinə ümid bəsləyirdi.
Yeni dünyanı kəşf edərək orada insanların macəralarını R.Bredberi “Mars xronikaları”nda
göstərir. Lakin Bredberinin Marsı tamamilə fərqli idi. Burada fantastik fonda əsil insan
faciələri yaşanmaqda idi. Böyük nigarançılıqla, gərginlik içində qaçılmaz sonluğun - yer
sivilizasiyasının məhvinin gözlənilməsi “Mars xronikasına” daxil olan hekayələrin əsas
əhval-ruhiyyəsini təşkil edirdi. Əsərdə cərəyan edən hadisələr zamanın üç anının-nüvə
silahının  törətdiyi  fəlakət  ərəfəsinin,  fəlakət  anının  və  fəlakətdən  sonrakı  durumun
mənzərəsini yaradırdı.
“Mars xronikası”nın (The Martian Chronicles, 1950) böyük uğurundan ruhlanan R.Bred-
beri yorulmadan yaradıcılıq axtarışlarını davam etdirirdi. onun gərgin və səmərəli zəhməti
sayəsində “Şəkillərdəki adam” (The İlliustrated Man, 1951), “Günəşin qızıl almaları” (The
Golden Apples of the sun, 1953), “Payız ölkəsi”(The october Country, 1956), “Melanxoliya
üçün dərman” (A Medicine for Melancholy, 1959) kimi bir-birindən maraqlı əsərlər yarandı.
Bu əsərlərində R.Bredberi oxucu üçün tanış olan mövzuları, obrazları və vəziyyətləri də -
yişərək müxtəlif şəkillərdə təsvir edir, lakin qətiyyən təkrarçılığa yol vermirdi.
60-70-ci illərdə yazıçının yuxarıda qeyd olunan nüfuzlu əsərləri sırasına “sevinc me -
xanizmi” (The Machineries of Joy, 1964), “Elektrik cazibəsini vəsf edirəm!” (i sing the Body
Electric!, 1969), “Gecəyarısından xeyli keçmiş” (Long After Midnight, 1976) kitabları da
əlavə olundu. 1980-ci ildə isə onun 900 səhifəlik “Rey Bredberinin hekayələri” (The stories
of Rey Bradbury) avtoantologiyası çapdan çıxdı.
R.Bredberi insan varlığının psixoloji nüanslarına, böyüməkdə olan şəxsiyyətin daxili
aləminin açılmasına xüsusi maraq göstərmişdir. Bütün bunlar onun avtobioqrafik “Zəncirotu
arağı” (Dandelion Wine) romanında daha qabarıq nəzərə çarpırdı. Yazıçı bu əsərində balaca
uşağın daxili aləminin təsvirindən çox, onun gözü ilə gördüyü dünyanın bədii obrazını yarat-
mağa cəhd göstərmişdir. uşaq gözlərinə al-əlvan boyalarda görünən, dəniz kimi coşub-
çağlayan, sirli-sehrli dünya əslində öz qəddar və sərt orijinalından nə qədər fərqlənirdi!
uşaqlarda asanlıqla  “yaxşı” və “pis” qütblərə ayırdıqları anlayışlar, hadisələr haqqında
böyüklər zaman-zaman baş sındırmış, yaşadıqları cəmiyyəti cürbəcür qarmaqarışıq qanunlar,
prinsiplər çərçivəsinə salmışdılar. Böyüklərin hər şeyin sanki əvvəlcədən müəyyənləşmiş
kodlaşmış dünyasını uşaq təfəkkürü birdən-birə anlayıb qavraya bilmirdi. ona görə də onun
bu böyük və mürəkkəb dünyaya yolu fantaziyalar, xəyallar aləmindən keçib gedirdi.
R.Bredberinin əsərlərində insanın böyüməsinə, inkişafına münasibətdə qəribə yanaşma
tərzi  mövcuddur.  Bredberinin  “insanı”  tədricən,  yavaş-yavaş  deyil,  hansısa  təkanların
hesabına böyüyür, inkişaf edirdi. İlk təkanın hesabına o, sağ olduğunu, yer üzündə yaşadığını
başa düşürdü. Növbəti təkan ona dünyanın necə maraqlı qurulmasını anladırdı. onun üçün
hər şey-kibrit qutusuna doldurmaq istədiyi qar dənəcikləri, qəribə, sehrli aləmi xatırladan
arı pətəyi, nəhəng yarpağa bənzətdiyi göy qübbəsi böyük məna kəsb edərək heyrət doğu-
rurdu. “Zəncirotu arağı” isə bu insan üçün qəfildən yaxalanaraq şüşəyə doldurulmuş yay
fəslinin bədii, fantastik obrazını təcəssüm etdirirdi.


AZƏRBAYCAN UNİVERSİTETİ
153

İPƏK YOLU 

2/2014
“R.Bredberi nədən yazırsa yazsın, İnsan problemi onun yaradıcılığının əsas qayəsi olaraq
qalırdı. İnsanın daxili aləminin zənginliyi, fərdi təzahürünün rəngarəngliyi yazıçını elmi-
texniki tərəqqinin nailiyyətlərindən çox maraqlandırırdı. Amerikalı nasir əsərlərində təsvir
etdiyi insanlarla yalnız elmin, texnikanın inkişaf tarixini deyil, bütünlüklə cəmiyyətin tarixini
sınağa çəkir, onun mənalı, yaxud mənasız olması məsələsinə cavab tapmağa çalışırdı” [1.44].
R.Bredberi yaşadığı dünyanın, xüsusilə də Amerika burjua cəmiyyətinin müəyyən norma
və inkişaf qanunlarına qarşı çıxaraq, etirazını bu və ya digər formada əsərlərində əks etdirirdi.
Yazıçının  yaradıcılığında  xüsusi  mərhələ  təşkil  edən  “Mars  xronikaları”  əsərində  o,  öz
mövqeyini  iki  istiqamətdə  açıqlamağa  cəhd  göstərmişdir.  Bredberi  bir  tərəfdən  Marsın
Yerlilərin müstəmləkəsinə çevrilməsindən narahatlığını ifadə edir, digər tərəfdən isə ABŞ
tarixinin mürəkkəb, ziddiyyətli səhifələrindən birinə nəzər salaraq Amerikanın ağrılı prob-
lemlərindən olan “hindu məsələsi”nə öz tənqidi münasibətini və etirazını bildirirdi [2.76].
Digər Amerika fantastik yazıçılarından R.Bredberini fərqləndirən cəhətlərindən ən birincisi
onun insan varlığını yaradıcılığının fövqündə saxlaması, insanın atom və maşın əsrinin quluna
çevrilmədiyini, elmi-texniki tərəqqinin fonunda kiçilmədiyini, əksinə idrakının qüdrətinə və
yalnız ali şüura xas olan düşünmək qabiliyyətinə görə hər şeydən yüksəkdə dayandığını dönə-
dönə vurğulaması hesab olunurdu. Məhz insanın mənəvi, psixoloji problemlərini daha çox
əks etdirdiyinə görə yazıçının əsərlərini klassik dünya ədəbiyyatının ən gözəl nümunələri ilə
müqayisə edirdilər.
Texnikanın sürətli inkişafı, avtomatlaşma, qloballaşmaya doğru meyil etmə, gözlənilməz
dəyişikliklər və böhran vəziyyətlər XX əsrdə dünya sənətini və kütləvi incəsənəti insan si -
vilizasiyasının inkişaf forması kimi tədqiq etməyə şərait yaratdı.
Belə ki, antiutopiyanın tərkib hissəsi olan kütləvi mədəniyyət adı altında ilk öncə key-
fiyyətsiz və əyləncə xarakteri daşıyan sənət nəzərdə tutulur. “Kütləvilik” termini dedikdə
tədqiqatçının estetik və mənəvi dəyərlər yox, yaradılan sənət əsərlərinin ruhi və maddi tərəfi
diqqətini çəkir. Kütləvi mədəniyyət dedikdə hər bir milli ənənəyə uyğun mədəniyyəti deyil,
bütün mədəniyyətlərin xüsusiyyətini özündə birləşdirən universal yaradıcılıq nəzərdə tutulur
[3. 27].
Bu zaman belə fakt ortaya çıxır ki, dünya mədəniyyətlərinin bir arada birləşməsi, milli
mədəniyyətlərin ortadan çıxmasına səbəb olur ki, bu da insanların inkişafına təsir edir. Bun-
ların araşdırılması isə bir çox müasir ölkələrin keçmiş, indiki və qismən də gələcək mədəni
inkişafını dərk etməkdə kömək edir.
Ədəbiyyat:
1.  Xəlilova  H.Ə.  R.  Bredberinin  fantastik  əsərlərində  humanist  ideyalar.  filologiya
məsələləri. iii , Bakı , s. 44-49.
2. Мендельсон М. О. “Американская сатирическая проза XX века” М. Наука.1980.
300с.
3. Erika Hoagland. Reema sarwal “science fiction, imperialism and the third world” Mc-
farland and Co., 2010-120p.
4. Рей  Брэдбери “o скитаниях вечных и о Земли” M., Пpaвда, 1987, 656стp.


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə