İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə55/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   51   52   53   54   55   56   57   58   ...   66

AZƏRBAYCAN UNİVERSİTETİ
139

İPƏK YOLU 

2/2014
gün keçmişi qaytarmağın mümkünsüzlüyünü dərk edən Qanin şəhəri tərk edərək çıxıb gedir.
1968-ci ildə isə v.Nabokov yazırdı: “Hansısa bir yazıçının mənə göstərdiyi təsirə gəlincə,
deməliyəm ki, nə dirilərdən, nə də ölülərdən konkret olaraq heç kim mənə heç bir təsir
göstərməyib. Mən heç zaman heç bir ədəbi cərəyan və təmayülün nümayəndəsi olmamışam.
Mənim mənsub olduğum yaradıcılıq fəzası hər cür təsnifatlardan uzaqdır” (1,54).
1940-cı ilin may ayında faşistlər fransaya basqın edən zaman v.Nabokov ailəsi (arvadı
və oğlu) ilə birlikdə Parisi tərk edərək Amerika Birləşmiş Ştatlarına köçür. Amerikada
v.Nabokov çoxdan arzusunda olduğu müəllimlik işinə düzələ bilir. 1941-1948-ci illərdə
Massaçuset ştatındakı uelsley kollecində, 1951-1952-ci illərdə isə Harvard universitetində
rus dili və ədəbiyyatından mühazirələr oxuyur. sonralar isə Nyu-York ştatındakı Kornel uni-
versitetində  həm  də  xarici  ölkələr  ədəbiyyatından  dərs  deyir.  Artıq  ölümündən  sonra
v.Nabokovun ədəbiyyat üzrə mühazirələri üç kitab şəklində nəşr olundu: “Rus ədəbiyyatı
üzrə  mühazirələr”,  “Xarici  ədəbiyyat  üzrə  mühazirələr”  və  “Don-Kixot  haqqında  mü-
hazirələr”. Bu kitablar v.Nabokovun ədəbi irsinin ən maraqlı tərkib hissələrindən biridir. 
Burada onun ədəbiyyat və ümumən sənət haqqında ənənəvi münasibətdən bir çox məqam-
larda fərqlənən orijinal baxışları öz ifadəsini tapmışdır. İlk növbədə onu qeyd etmək lazımdır
ki, v.Nabokov ədəbiyyatı hər şeydən əvvəl ideyalar daşıyıcısı yox, dil hadisəsi hesab edirdi.
o, oxucuları ədəbi əsərləri idrakdan daha çox duyğuları ilə qavramağa çağırır, yazıçının
yaradıcı  təxəyyüldən  bəhrələndiyi  kimi,  oxucunun  da  əsəri  dərk  etmək  üçün  yaradıcı
düşüncəyə əsaslanmalı olduğunu xüsusi vurğulayırdı. v.Nabokov bir yazıçı kimi də əsər-
lərində zahirən əhəmiyyətsiz görünən xırda detallara böyük önəm verir və tələbələrinə də
oxucu kimi bədii əsərlərdə bu cür detallara xüsusi diqqət yetirməyi tövsiyə edirdi.
v.Nabokovun pedaqoji fəaliyyətinin bir nəticəsi də o oldu ki, onun Amerikada yazdığı
ilk əsəri roman yox, ədəbiyyatşünaslıq araşdırmaları sahəsinə aid olan “Nikolay Qoqol”
kitabı  oldu.  Bu  kitabda  o,  klassik  rus  yazıçısı  N.Qoqolun  ənənəvi  olaraq  realizm  nü-
mayəndəsi kimi dəyərləndirilməsi fıkri ilə razılaşmayaraq, onun yaradıcılığında fantasmo-
qoriya  və  qrotesk  elementlərinə  əsaslanan  yaradıcı  təxəyyülün  real  həyat  hadisələrinin
inikasından daha üstün olduğu fikrini irəli sürür. o vaxta qədər Amerika ədəbi mühitinə,
demək olar ki, tanış olmayan rus yazıçısı haqqındakı bu orijinal əsər Amerikanın ədəbi və
elmi dairələrində v.Nabokovun nüfuzunun yüksəlməsinə səbəb oldu və onun pedaqoji və
tədqiqatçı karyerasının inkişafına təkan verdi.
v.Nabokovun ən mühüm əsəri, ona dünya şöhrəti gətirmiş “Lolita” romanı idi. Əsərin
qəhrəmanı və təhkiyəçisi yeniyetmə qızlara maraq göstərən intellektual və incə stilist Qum-
bert adlı avropalı bir yazıçıdır. Amerikaya gəldikdən sonra o, ev sahibəsi ilə evlənir və onun
yeniyetmə qızı Lolitaya (Dolores Geyzə) aşiq olur. Tezliklə, arvadı avtomobil qəzasında
həlak olur və Qumbert qızlığı Lolita ilə ikilikdə qalır. onlar əvvəlcə Amerika üzrə səyahətə
çıxır, sonra isə balaca bir şəhərdə məskunlaşaraq birlikdə yaşamağa başlayırlar. Günlərin
bir günü Lolita başqa bir adama qoşularaq Qumbertin yanından qaçır. Qumbert onu “yoldan
çıxaranın” kim olduğunu yalnız bir neçə ildən sonra öyrənə bilir və həmin adamı öldürür.
Həbs olunduqdan sonra Qumbert həbsxanada bu vaxtacan keçirdiyi həyat tərzinin yan-
lışlıqlarını anlayır və tövbə yolunu tutur. Təsadüfi deyil ki, v.Nabokov özü romanın ikinci



İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
140
adını “Dul kişinin etirafı” qoymuşdur.
v.Nabokov “Lolita” romanını özünün ən yaxşı əsəri hesab edirdi. Burada v.Nabokovun
yazıçı üslubu, bədii təsvir və dil ustalığı özünün ən yüksək səviyyəsinə qalxır. Əsərin əsas
ideyası pozğun ehtirasın zaman keçdikcə həqiqi məhəbbətə çevrilməsi, insanın rəzillikdən
saflığa doğru yüksəlməsi prosesi və yüksək duyğularla bayağılığın konflikti üzərində qurul-
muşdur.
Bu roman yazıçıya böyük yaradıcılıq uğuru qalmaqallı da olsa, böyük şöhrət gətirdi və
onu maliyyə asılılığından birdəfəlik xilas etdi. “Lolita” Amerikanın ədəbi dairələrində və
bütün dünyada ədəbi tənqid tərəfindən maraqla qarşılandı və çox yüksək qiymətləndirildi.
Hərçənd ki, Amerika nəşriyyatları əvvəlcə bu romanı pornoqrafık və əxlaqsız məzmunda it-
tiham edərək, onun çapından imtina etmişdilər. Bununla belə, qeyd etmək lazımdır ki, roman
məzmunca orta yaşlı kişi Qumbertlə yeniyetmə qız Lolitanın bəzən çox açıq-açıq təsvir
edilmiş sevgi macəralarından bəhs etsə də, dərin rəmzi məna daşıyır və heç bir əxlaqsızlıq
ideyasını təlqin etmir.
Hətta roman 1955-ci ildə Parisdə, 1958-ci ildə ABŞ-da, 1959-cu ildə isə Britaniyada nəşr
edildikdən sonra da ilk əvvəl bəzi tənqidçilər tərəfindən cinsi pozğunluğun tərənnümü kimi
qiymətləndirildi. Təsadüfi deyil ki, belə bir münasibətin mümkünlüyünü gözləyən v.Nabokov
hətta əvvəlcə əsəri anonim çap etdirmək istəmişdi.
Əsərdə  qəhrəmanların  rəftar  və  xarakterinin  timsalında  müəllifin  mövqeyinin
qiymətləndirməsinin  çox  qəliz  və  mürəkkəb  olduğunu  anlayan  və  bunu  nəzərə  alan
v.Nabokov romanın müxtəlif dillərə tərcüməsi zamanı bu ideyaların təhrif oluna biləcəyindən
çox ehtiyatlanırdı. Buna görə də “Lolita”nı rus dilinə özü tərcümə etmək qərarına gəlir. Əsərin
rus dilinə tərcüməsi, daha dəqiq desək, rus variantı 1967-ci ildə Nyu-Yorkun “ferda” nəşriy -
yatında işıq üzü gördü.
Həqiqətən  də,  yazıçı  romanı  sadəcə  olaraq  tərcümə  etməmiş,  rus  klassik  nəsrinin  və
özünün rusdilli romanlarının ənənəsinə uyğun olaraq yüksək üslubi tərzdə yenidən işlən-
mişdi.
v.Nabokov “Lolita” romanında əxlaqsız pedofilin sərgüzəştlərini deyil, həqiqi sevgi dramı
yaşamış, bir insanın faciəvi etiraflarını əks etdirməsini belə bir fakt da sübut edir ki, müəllif
bu əsəri öz həyat yoldaşına ithaf etmişdir.
Müəllifin  bildirdiyinə  görə,  Qumbertin  etiraf  xarakterli  hekayəti  oxuculara  artıq  o,
dünyadan köçdükdən sonra təqdim olunur. v.Nabokovun özü kimi onun qəhrəmanı da xarak-
tercə  ictimai  davranış  normaları  ilə  o  qədər  də  hesablaşmayan  bir  adamdır. v.Nabokov
“Lolita” romanında Qumbertin dili ilə özünün cəmiyyətdə və insan həyatında qəbul olunmuş
mənəviyyat və əxlaq normaları ilə o qədər də səsləşməyən məhəbbət konsepsiyasını əks et-
dirir. Bu konsepsiyanın formalaşması XiX əsr rus ədəbi-fəlsəfi təfəkkürünün klassik ənənələri
ilə XX əsr Amerika praktik düşüncə tərzinin sintezi əsasında baş vermişdi. Burada məhəbbət
duyğusu insanın mənəvi dünyası ilə fiziki həyat enerjisinin vəhdətində götürülür. Ədəbiy -
yatşünas v.P.Şestakovun tamamilə haqlı olaraq qeyd etdiyi kimi, “Qərb filosoflarından fərqli
olaraq, rus mütəfəkkirləri cinsi həyat məsələlərini yalnız insanm fizioloji enerjisi ilə deyil,
həm də ruhi mədəniyyət, mənəvi dəyərlər sahəsi ilə bağlayırdılar., (2,64).


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə