İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə32/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   28   29   30   31   32   33   34   35   ...   66


İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
80
səhm, qiymətli kağızlar şəklində); dövlətlərə, sənaye və ticarət korporasiyalarına, bank və
digər maliyyə institutlarına borc kapitalının orta və uzunmüddətli beynəlxalq kreditləri və
iqtisadi yardım (əvəzsiz və ya güzəştli kreditlər) formasında həyata keçirilir.
Beynəlxalq kapital hərəkətinin təsnifatında onun sahibkarlıq və ya borc formasında aparıl-
masına xüsusi diqqət verilir. sahibkarlıq formasında kapital ixracı sahibkarlar tərəfindən
xaricdə öz filiallarını yaratmaq, hüquqi cəhətdən müstəqil törəmə müəssisələri təşkil etmək,
milli və xarici kapitalın iştirakı ilə müştərək müəssisə yaratmaq yolu ilə həyata keçirilir.
Müasir şəraitdə kapital ixracının mühüm xüsusiyyətlərindən biri də dövlətlərin beynəlxalq
təşkilatları tərəfindən kapital ixracının artmasıdır. Bu işdə beynəlxalq kredit təşkilatları
mühüm rol oynayırlar. Beynəlxalq kredit təşkilatları kommersiya şərtlərinə əsasən fəaliyyət
göstərirlər.
Eyni zamanda hərbi-siyasi aspektlər, güclü dövlət dəstəyi, transmilli korporasiyaların
hökmranlığının güclənməsi, kapitalın tez bir zamanda hər hansı ölkəyə miqrasiyasına səbəb
olan periodik maliyyə-valyuta böhranları kapital ixracının digər xarakterik xüsusiyyətləridir.
Qeyd etmək lazımdır ki, beynəlxalq iqtisadi münasibətlərdə aparıcı yer tutan kapitalın
beynəlxalq hərəkəti dünya iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərir. Bu təsir ilk
növbədə özünü onda göstərir ki, kapital miqrasiyası dünya iqtisadiyyatının inkişafına yardım
edir. Xarici investisiya axını əksər qəbul edən ölkələrə istehsal kapitalı çatışmazlığını aradan
qaldırmağa kömək edir, iqtisadi artım tempini yüksəldir. Kapitalın beynəlxalq hərəkəti
ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmini artırır, beynəlxalq ticarətin inkişafına
təkan verir [4,səh.175].
Beynəlxalq kapital hərəkəti ilə bağlı neoklassik nəzəriyyə qəti şəkildə XX əsrin ilk onil-
liyində E.Hekşer, B.olin, P.Nurkse və K.İverson tərəfindən formalaşdırılmışdır. Eli Hekşer
öz  konsepsiyası  daxilində  və  son  faydalılıq  nəzəriyyəsinə  əsaslanaraq  istehsal  amilləri
qiymətlərində beynəlxalq tarazlığa doğru meyil haqqında tezisi irəli sürmüşdür. Bu meyil
həm qiymət və həm də miqdar nisbəti müxtəlif ölkələrdə müxtəlif olan istehsalın beynəlxalq
hərəkəti vasitəsilə özünə yol açır. 
Bertli olin göstərmişdir ki, istehsal amillərinin beynəlxalq hərəkəti tələblə bağlı olub,
məhsuldarlıq həddi aşağı olan ölkələrdən gedir, yüksək olan ölkələrə isə gəlir. ona görə ka -
pital üçün məhsuldarlıq həddi hər şeydən əvvəl faiz dərəcəsi ilə müəyyən edilir. onun
fikrincə, kapitalın beynəlxalq hərəkətinə gömrük maneələri, firmaların öz kapital qoyu-
luşlarının  coğrafi  diversifikasiyasını  artırmağa  çalışması,  ölkələr  arasında  siyasi  fikir
ayrılıqları, xarici investisiyalarda böyük riskin mövcudluğu və başqa bu kimi amillər təsir
göstərir.
K.İverson  kapitalın  beynəlxalq  hərəkətini  real  və  tənzimlənən  hissələrə  bölürdü.  o,
göstərdi ki, kapitalın məhsuldarlıq həddi aşağı olan ölkədən yüksək olan ölkəyə aparılması
hər iki ölkədə istehsal amillərinin daha səmərəli istifadə olunduğunu göstərir. onun fikrincə,
müxtəlif növ kapitalların beynəlxalq mobillik dərəcəsi müxtəlif olur və məhz buna görə də
eyni ölkə kapitalın həm ixracatçısı, həm də idxalatçısı ola bilər.
Dünya ölkələri arasındakı beynəlxalq iqtisadi əlaqələrin formalarından biri də qızıl-val -


AZƏRBAYCAN UNİVERSİTETİ
81

İPƏK YOLU 

2/2014
yuta ehtiyatlarının beynəlxalq hərəkəti vasitəsilə həyata keçirilməsidir. Buna müxtəlif ölkələr
arasında valyuta münasibətləri, valyuta bazarının iştirakçıları arasında valyuta əməliyyatları,
milli valyuta bazarının inkişafı və tənzimlənməsi, eləcə də beynəlxalq valyuta bazarının
əməliyyatlarında iştirak, valyuta məhdudiyyətlərinin həyata keçirilməsi və valyuta klirinq -
lərinin istifadə olunması daxildir. Beynəlxalq valyuta münasibətləri-dünya pulunun fəaliyyəti
və ölkələr arasında müxtəlif təsərrüfat əlaqələrinə xidmət göstərilməsi ilə əlaqədar olan iqti-
sadi münasibətlərdir.
Bu münasibətlər özündə ölkələr, onların fiziki və hüquqi şəxsləri arasında iqtisadi, siyasi,
elmi-texniki  və  mədəni  əlaqələr  nəticəsində  yaranan  pul  tələbi  və  öhdəlikləri  ilə  bağlı
ödəmələrin tənzimlənməsini ifadə edir. Ölkələr arasında valyuta münasibətləri dünya təsər-
rüfat sistemi çərçivəsində, beynəlxalq xidmətlər formasında, əmtəə və kapital ixracı əsasında
yaranır.  valyuta  münasibətləri  beynəlxalq  hesablaşmalar,  ödəmələr,  valyuta  mübadiləsi
kurslarının müəyyən edilməsi mexanizmi vasitəsilə reallaşır [5, s.245].
XX əsrin ikinci yarısından etibarən beynəlxalq iqtisadi münasibətlərin ənənəvi formaları
olan mal mübadiləsi əməliyyatları, kapitalın və işçi qüvvəsinin beynəlxalq hərəkəti ilə bərabər
texnologiyaların beynəlxalq ticarəti də yaranmağa və inkişaf etməyə başlamışdır. Elmi-texniki
biliklər  üzrə  ticarətin  mahiyyəti  elmi  və  praktiki  dəyərləri  olan  elmi-texniki  fəaliyyətin
nəticələrini alış-veriş əsasında xarici kontragentə (firmaya, şirkətə) satmaqdan ibarətdir.
Təcrübədə bu əməliyyat “beynəlxalq texnologiya mübadiləsi” adını almışdır.
Xarici iqtisadi əlaqələr sahəsində bu formanın yaranmasının əsas şərtləri işləmələrin və
yeni texnologiyaların istifadəsinə olan tələbatın artması ilə bağlıdır. Amerikan iqtisadçısı
Maykl  Poznerin  fikrinə  görə,  yeni  texnologiyanın  yaradılması  ölkəyə  məhsulun  bu
texnologiyaya əsaslanan istehsalı və ixracı üzərində müvəqqəti monopoliya yaratmağa imkan
verir. Nəticədə  ölkə texnologiya (bilik ) kimi  istehsal faktoru sahəsində nisbi üstünlüyə
malik olur.
Texnologiyaların beynəlxalq ticarəti geniş mənada – ölkələr arasında istənilən elmi-texniki
biliklərin və istehsal təcrübəsi mübadiləsi kimi, dar mənada konkret texnoloji proseslərin
təkrar istehsalına aid elmi – texniki bilik və təcrübələrin ötürülməsi kimi başa düşülür. Geniş
mənada texnoloji mübadilə elmi- texniki nəşrlər, sərgi, yarmarka, simpoziumların keçirilməsi;
mütəxəssislərin miqrasiyası, elm və texnika sahəsində əməkdaşlıq üzrə beynəlxalq təşkilat-
ların fəaliyyətini özündə birləşdirir.
Dar mənada isə texnoloji mübadilə kommersiya formasında elmi-texniki informasiyanın
istifadə edilməsi hüquqlarının (patent, nou-hau, qeydiyyatdan keçmiş əmtəə nişanları və s.)
beynəlxalq saziş şərtləri əsasında ötürülməsi (transferi), yeni elmi-texniki tədqiqatlar əsasında
maşın  və  avadanlıqların  yaradılması,  yüksək  ixtisaslı  işçi  qüvvəsinin  hazırlanması  is-
tiqamətində həyata keçirilir.
Texnologiyaların xarici iqtisadi əlaqələr sisteminə ötürülməsinin əsas forması lisenziya
razılaşmalarıdır. onlar patentləşdirilmiş kəşflərə, “nou-hau”lara olan lisenziyalara bölünürlər.
Xüsusi bir forma olan beynəlxalq injinirinq isə istehsal, kommersiya və elmi-texniki xarakterli
xidmətlərin göstərilməsi ilə əlaqədar fəaliyyətdir. Beynəlxalq injinirinq – ixtisaslaşdırılmış
mühəndis  məsləhət  firmaları,    sənaye  və  tikinti  kompaniyaları  tərəfindən  göstərilən


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə