İqtisadi subyektlərin iqtisadi təhlükəsizliyi Fənnindən testlər



Yüklə 1,05 Mb.
səhifə10/10
tarix18.06.2018
ölçüsü1,05 Mb.
#49694
1   2   3   4   5   6   7   8   9   10

e) yığım fondu


625. Müəssisənin öz vəsaitinin mənbəyinə daxildir:

a)) hamısı

b) məqsədli maliyyələşdirmə

c) daxilolmalar

d) keçmiş bölünməmiş mənfəət

e) cari ildə bölünməmiş mənfəət


626. Müəssisənin iqtisadi vəziyyətini bu meyar müəyyən etmir:

a)) ekoloji vəziyyət

b) maliyyə sabitliyi

c) kredit qaytarma qabiliyyəti

d) alıçılıq qabiliyyəti

e) rentabelliyi


627. Müəssisənin maliyyə sabitliyi buna imkan verir

a)) hamısına

b) maliyyə vəsaitinin bölgüsünə

c) maliyyə vəsaitindən istifadəyə

d) mənfəətin artmasına

e)müəssisənin krediti vaxtında ödəmək qabiliyyətinə


628.  İqtisadi informasiyalar hansı formalarda ifadə edilir:

a)) dəyər və natural

b) fiziki və ictimai

c) dəyər və optimal

d) natural və optimal

e) sadə və mürəkkəb


 629. Funksional baxımdan təsnifləşdirilən informasiya nəyi əks etdirir:

a)) obyektin fəaliyyət məqsədini və məsələlərini

b) obyektin ölçüləri

c) obyektin fəaliyyətinin son məqsədini

d) obyektin inkişaf templərini

e) strateji məsələləri


630. Reklam nədir?

a)) mənəvi təsiretmənin bir formasıdır

b) yazılı ifadədir

c) araşdırmadır

d) icmaldır

e) yazıdır


631. İnformasiya təhlükəsizliyi deyəndə nə başa düşülür?

a)) xarici və daxili təhlükələrdən informasiyanın tam təhlükəsizliyi

b) informasiyanın avtomatlaşdırılmış idarəetmə sistemi

c) xarici və daxili təhlükələrdən informasiyanın avtomatlaşdırılmış idarəetmə sistemi

d) təşkilatın işçiləri

e) obyektin fəaliyyətinin son məqsədi


632. Məhsulun (xidmətin) alınmasının və ya satılmasının mükafatlandırılması üzrə qısamüddətli çəlbədici tədbirlər sistemi necə adlanır:

a)) satışın həvəsləndirilməsi

b) satışın optimallaşması

c) satışın kütləviliyi

d) rentabellik əmsalı

e) yenilik əmsalı


633. İdarəetmə qərarlarının qəbul edilməsi ilə bağlı qaydaları formalaşdıran amerikan alimi kimdir?

a)) Robinşteyn

b) Vaynşteyn

c) Eynşteyn

d) Robiko

e) Hansşteyn


634. İdarəetmə qərarlarının qəbul edilməsi nəyə tabe olmalıdır?

a)) mövcud qanun və qanunauyğunluqlara

b) tələb və təklif qanunlarına

c) fyuçers qanununa

d) maddə çəkisinin saxlanması qanununa

e) şarl qanununa


635. Sahibkarların öz fəaliyyətlərinin ən mühüm nəticələrinə nail olmasına təminat verən nədir?

a)) optimal qərarlar

b) müasir texnologiyanın

c) sərmayə qoyuluşu

d) investisiya

e) innovasiya


636. Bazar münasibətləri şəraitində hər bir sahibkar firma və müəssisə istehsal etdiyi və bazara çıxardığı məhsulun qiymətini necə müəyyən edir?

a)) sərbəst olaraq

b) göstəriş vasitəsilə

c) hökümət tərəfindən

d) vergi idarələri tərəfindən

e) bazarda alıcılar tərəfindən


637. Son zamanlar istehlak bazarında rəqabətin hansı amilləri geniş yayılmağa başlamışdır?

a)) qeyri qiymət

b) qeyri-müəyyən

c) qeyri-qanuni

d) qeyri-istehlak

e) qeyri-istehsal


638. Bir çox firmalar qiymət siyasətinin həyata keçirilməsində müəyyən qüsurlara yol verirlər ki, bu qusurlardan da biri budur:

a)) qiymətin əmələ gəlməsi istehsal xərcləri ilə həddindən artıq bağlı olur

b) qiymətin əmələ gəlməsi istehsal vasitələri ilə xeyli bağlı olur

c) qiymətin əmələ gəlməsi istehsal infrastrukturu ilə əlaqələndirilir

d) qiymətin əmələ gəlməsi istehlak-istehsal əlaqələri ilə bağlanır

e) qiymətin əmələ gəlməsi istehsal alətlərinin qiyməti ilə bağlanır


639. Bəzi sahibkarlar qiymət siyasətinin formalaşdırılmasında hansı qüsura yol verirlər?

a)) qiymət bazar şəraitinin dəyişməsi ilə zəif uyğunlaşdırılır

b) qiymət bazar şəraitinin dəyişməsi ilə güclü uyğunlaşdırılır

c) qiymət bazar münasibətlərinə uyğun qurulmur

d) qiymət bazar seqmentləri ilə uyğunlaşdırılmır

e) qiymət bazara çıxarılan məhsulun keyfiyyətinə uyğunlaşdırılmır


640. Müəssisə və firmalar bazara çıxardıqları hansı məhsulu yüksək qiymətə satırlar?

a)) yüksək keyfiyyətli

b) keyfiyyətli

c) orta keyfiyyətli

d) aşağı keyfiyyətli

e) Pis keyfiyyətli


641. Firmanın bazarda mövcudluğunun və fəaliyyətinin təmin edilməsi problemi prinsip etibarilə nəyin nəticəsində yaranır?

a)) rəqabət və ya alıcıların ehtiyacının dəyişməsi

b) rəqabət olmadan satıcının dəyişməsi

c) firmanın mövcudluğunun dəyişməsi

d) firmanın fəaliyyətinin dəyişməsi

e) firmanın rəqabətə davam gətirməməsi


642. Biznes fəaliyyətini davam etdirən zaman cox hallarda onların zəruri ehtiyatlarının azalması nəyə gətirib cixarır?

a)) qiymətin aşagı salınmasına

b) qiymətin artmasına

c) qiymətin dəyişməsinə

d) qiymətin diferensiallaşmasına

e) qiymətin əmələ gəlməsinə


643. Əmtəə dövriyyəsinin qiymətinin maksimum səviyyədə artırılmasına yönəldilən qiymət faktoru hansı hallarda tədbiq edilir?

a)) istehsal olunan məhsullara sərf edilən xərclərin strukturunu müəyyənləşdirmək çətin olsun

b) istehsal olunan məhsullara sərf olunan əmək məsrəfləri çox olsun

c) istehsal olunmayan məhsullara əvvəlcədən qiymətin qoyulması

d) istehsal olunan məhsulların keyfiyyətinin aşağı olması

e) istehsal olunan məhsulun səmərəliliyinin askar olunması


644. Müəssisə və firmalar öz nüfuzlarını möhkəmləndirmək məqsədilə məhsul istehsalına sərf edilən xərcləri kompensasiya etmək üçün nəyə əl atırlar?

a)) yüksək qiymətlər müəyyən edirlər

b) qiymətləri aşağı salırlar

c) diferensallaşdırırlar

d) qiymətlərə əlavələr edirlər

e) qiymətləri bazara uyğunlaşdırırlar


645. Tələbin müəyyən edilməsi və onun təhlil nəyin müəyyən edilməsində növbəti addımdır?

a)) qiymət siyasətinin

b) qiymət strategiyasının

c) qiymətin əmələ gəlməsinin

d) qiymətin artırılmasının

e) qiymətin müəyyən edilməsinin


646. Tələb yüksək olduqda firma öz məhsullarının qiymətində hansı dəyişikliklər edir?

a))qiyməti aşağı salır

b) qiyməti yuxarı qaldırır

c) qayməti sabitləşdirir

d) qiyməti stabilləşdirir

e) qiyməti dayişdirir.


647. Dəyişən xərclərin həcmi nədən asılı deyil?

a)) məhsul buraxılışındakı dəyişiliklərdən və dövriyədən

b) məhsul istehsalının satışından

c) məhsul istehsalındakı xərclərin həcmindən

d) məhsul istehsalının emalından

e) məhsul istehsalının daşınmasından


648. Dəyişən xərclərin həcmi nədən asılıdır?

a)) bilavasitə buraxılan məhsulun həcmindən

b) bilavasitə buraxılan məhsulların emalından

c) bilavasitə istehsal olunan məhsulun daşınmasından

d) bilavasitə emal edilən məhsulun keyfiyyətindən

e) bilavasitə məhsulun keyfiyyətindən


649. Müəssisə, firma və sahibkarlar səmərəli qiymət siyasətini təmin etmək üçün hansı xərcləri müəyyənləşdirməlidirlər?

a)) xərclərin quruluşunu istehsalın plan həcmi ilə müqayisə etməli və məhsul vahidinəorta istehsal xərclərini müəyyənləşdirməlidirlər

b) xərclərin strukturunu istehsalın faktiki həcmi ilə müqayisə etməli

c) məsrəflərin strukturunu istehsalın gözlənilən həcmi ilə müqayisə etməli

d) xərclərin strukturunu istehsalın cəmi ilə müqayisə etməklə

e) xərclərin həcmi istehsal olunan məhsulun həcminə bölməklə


650. Qiymətə əlavə edilən xərclər nəyə görə hesablanır?

a)) məhsul vahidinə görə

b) 1 hektara görə

c) 1 ha k/t-ı yararlı torpaq sahəsinə görə

d) əkin sahəsinə görə

e) məhsulun gəlitinə görə


651. İtginin növlərinə bu aid deyil

a)) ekoloji

b) maddi

c) əmək


d) kadr

e) maliyyə


652. İtginin növlərinə bu aid deyil

a)) ekoloji

b) informasiya

c) əmək


d) kadr

e) maddi
653. İtginin maddi növünə bunlar aiddir

a)) hamısı

b) əlavə məsrəflər

c) avadanliqlar itgiləri

d) əşya itgıləri

e) məhsul itgiləri
654. İtginin maddi növünə bunlar aiddir

a)) hamısı

b) xammal itgiləri

c) enerji itgisi

d) yanacaq itgisi

e) avadanlıq itgisi


655. Maliyyə itgisi bu formada meydana çıxır

a)) xammal itgisi

b) nəzərdə tutulmamış ödəmələr

c) cərimələr

d) əlavə vergilər

e) pul vəsaitinin itgisi


656. Maliyyə itgisi bu formada meydana çıxır

a)) enerji itgisi

b) qiymətli kağızların itgisi

c) alınan ərzaqın haqqının qaytarılmaması

d) borcun vaxtında qaytarılmaması

e) qiymətlərin aşağı düşməsi


657. Müəssisələrin müflisləşmə səviyyəsinə görə bu kateqoriyası yoxdur

a)) müəssisədə müflisləşmə ehtimalı ola bilməz

b) hazırkı şəraitdə müəssisədə müflisləşmə müvəqqəti olaraq yoxdur

c) hazırkı vəziyyətdə təhlükə müvəqqəti ehtimal olunur

d) hazırda müflisləşmə təhlükəsi müvəqqəti yüksəkdir

c) hazirda müflisləşmə müvəqqəti cox yüksəkdir


658. İqtisadi təhlükəsizliyin istiqamətlərinə bu aid deyil

a)) xarici-siyasət

b) maliyyə

c) intellektual

d) kadr

e) texnika


659. İqtisadi təhlükəsizliyin istiqamətlərinə bunlar aiddir

a)) hamısı

b) texnologiya

c) siyasi-hüquqi

d) ekoloji

e) informasiya


660. Korporativ resurslara aiddir

a)) hamısı

b) kapital resursu

c) işçi heyəti

d) informasiya

e) texnologiya


661. Korporativ resurslara aiddir

a)) qiymətli kagızlar

b) avadanlıq

c) texniki

d) hüquq resursu

e) texnologiya


662. Hüquq resursuna bu daxildir

a)) hamısı

b) patentdən istifadə norması

c) lisenziyadan istifadə norması

d) təbii resurslardan istifadə norması

e) ixrac norması


663. Hüquq resursuna bu daxildir

a)) hamısı

b) torpaqdan istifadə etmək hüququ

c) təbii resurslardan istifadə norması

d) ixrac norması

e) şəhər ərazisində tikinti aparmaq hüququ


664. Müəssisənin korporativ resurslardan daha səmərəli istifadəsində iqtsadi məqsədi budur

a)) hamısı

b) müəssisənin sabit maliyyəsini təmin etmək

c) müəssisənin hec kəsdən asılı olmamasını təmin etmək

d) müəssisəni texnoloji asılılıqdan xilas etmək

e) müəssisənin tenoloji potensialının rəqabət qabiliyyətini artırmaq


665. Müəssisənin korporativ resurslardan daha səmərəli istifadəsində iqtsadi məqsədi budur

a)) hamısı

b) menecmentin yüksək səmərliliyi

c) müəssisənin işçi heyətinin ixtisas səviyyəsini yüksəltmək

d) işçilərin intellektual potensialını artırmaq

e) müəssisənin ekoloji vəziyyətini yaxşılaşdırmaq


666. Müəssisənin korporativ resurslardan səmərəli istifadədə iqtsadi məqsədi budur

a)) hamısı

b) istehsal fəaliyyətini ətraf mühitin qorunmasına uyğun aparmaq

c) müəssisənin informasiya müdafiəsini təmin etmək

d) kommersiya sirrini saxlamaq

e) işçilərin intellektual potensialını artırmaq


667. Müəssisənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi istiqaməti budir

a)) hamısı

b) müəssisənin siyasi-hüquqi vəziyyəti

c) müəssisənin ekoloji vəziyyəti

d) müəssisənin informasiya vəziyyəti

e) müəssisənin gücünün vəziyyəti


668. Azərbaycanda sahibkarlığın formalaşması və inkişafına təhlükə törədən amil budur

a)) hamısı

b) vergi siistemlndəki mövcud nöqsan

c) gömrük işindəki çatışmamazlıqlar

d) əsassız aparılan yoxlamalar

e) rüşvət almaq məqsədi ilə yoxlamaların aparilması


669. Keçid iqtisadiyyatı zamanı sahibkarlığın fəaliyyətinə yersiz müdaxilələr etmişdir

a)) hamısı

b) vergi orqanları

c) gömruk orqanları

d) hüquq-mühafizə orqanları

e) sanitar –epidemioloji xidmət


670. Sahibkarlıq Şurasının funksiyalarina bu aid deyil:

a)) qiymətli kağızlar buraxmaq

b) sahibkarlığın inkişafı sahəsində məsələləri müzakirə etmək

c) normativ hüquqi aktları vaxtaşırı təhlil etmək

d) sahibkarlıga dövlət qayğısının artırılması

e) maliyyə təminatı ilə bağlı təkliflər hazırlamaq


671. Sahibkarlıq Şurasının funksiyalarina aiddir:

a)) hamısı

b) sahibkarlığın inkişafına mane olan problemlərin həlli ilə bağlı təkliflər hazırlamaq

c) sahibkarlıqda müasir informasiya texnologiyaların tətbiqinin genişləndirilməsinə kömək etmək

d) sahibkarların əlaqələrinin genişləndirilməsinə kömək etmək

e) beynəlxalq işgüzar əlaqələrin genişləndirilməsinə kömək etmək


672. Sahibkarlıq Şurasının funksiyalarina bu aid deyil

a)) yeni iş yerləri açmaq

b) sahibkarlıq subyektləri arasında kooperasiya əlaqələrinin inkişafının stimullaşdırılmasına dair təkliflər hazırlamaq

c) sahibkarlıq subyektləri üçün kadr hazırlığı sistemının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq

d) sahibkarlıgın inkişafına mane olan amilləri aradan qaldırmaq

e) maliyyə təminatı ilə bağlı təkliflər hazırlamaq


673. Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın Dövlət Proqramında bu bölmə də var.

a)) hamısı

b) kiçik və orta sahibkarlığın maliyyə və investisiya təminatı

c) kiçik və orta sahibkarlığa texniki kömək

d) kiçik və orta sahibkarlıqda texnoloji inkişafa kömək

e) kiçik və orta sahibkarlıqda struktur dəyişiliklərinə kömək


674.Rəqabətdə iqtisadi və informasiya metodlarina bunlar aiddir:

a)) bunların hamısı

b) məhsulun keyfiyyətini yaxşılaşdirmaq

c) reklam kompaniyasını yeniləmək

d) reklam xidmətini yaxşılaşdırmaq

e) əmtəənin və xidmətin bazara doğru hərəkətinin yeni taktikasını işləyib hazırlamaq


675. Bu amil rəqabət mübarizəsində iqtisadi subyektlərə aid deyil

a)) məktəb binaları

b) istehsal xərçləri

c) məhsulun qiyməti

d) məhsulun keyfiyyəti

e) xidmətin keyfiyyəti


676. Kriminal rəqabətin subyektlərinə bunlar daxildir

a)) hamısı

b) vicdansız partnyor

c) natəmiz xidmət firması

d) korrupsiyalaşmış məmur

e) vicdansız xüsusi şəxs


677. Kriminal rəqabətin təşkilatlarına aiddir

a)) hamısı

b) hüquqi şəxs

c) mafioz təşkilatlar

d) saxta təşkilatlar

e) beynəlxalq təşkilatlar


678. Cəmiyyətin müasir inkişaf dövrü insanla onu əhatə edən təbii mühit arasındakı ziddiyətlərin kəskinləşməsi nə ilə xarakterizə olunur?

a)) Fövqəladə hadisələrin artmasi tendensiyasi ilə

b) Fövqəladə hadisələrin azalmasi tendensiyasi ilə

c) Fövqəladə hadisələrin qarsisinin alinmasi tendensiyasi ilə

d) Fövqəladə hadisələrinin vurdugu ziyan ilə

e) Fövqəladə hadisələrə təsir edən amillərlə


679. Təhlükəsizliyin təminatı problemi üzrə elmi işlər hansı istiqamətləri əhatə edir?

a)) Sosial-iqtisadi sistemin inkişafını göstərən dinamik modellərin yaradılması, məqsədli funksiyanın tərtib edilməsi

b) Sosial-elmi, hərbi-iqtisadi sistemin inkişafını göstərən ekonomik modellərinin yaradılması

c) Texnogen, təbii, partlayış, yanğın sisteminin inkişafını göstərən dinamik modellərin yaradılması

d) Sosial, texnogen, siyasi, hərbi, ekoloji xarakterli amillərinin təsiri nəticəsində baş verən sahələri

e) Təbii, texnogen və ya digər amillər nəticəsində insanların, heyvanların və bitkilərin zədələnməsi və məhv olması, obyektlərin, maddi sərvətlərin dağıdılması məsələləri


680. Fövqəladə hadisələrinin qabaqlanması üzrə siyasətin birinci istiqamətə hansı məsələlər aid edilir?

a)) Fövqəladə hadisə mənbələrinin yaratdığı risklərin edentifikasyası, risklərin idarə edilməsi, fövqəladə hadisə mənbələrinin monitorinqi və s.

b) Fövqəladə hadisə mənbələrinin monitoronqi, proqnozu, nəticələrinin aradan qaldırılması,planların işlənməsi

c) Fövqəladə hadisələrin törətdiyi risklərin idarə edilməsi, onların qarşısının alınması, əhalinin maarifləndirilməsi, nəticələrinin qiymətləndirilməsi

d) Fövqəladə hadisə və onun nəticələrinin aradan qaldırılması üzrə oporativ planlarının işlənib hazırlanması,əhalinin maarifləndirilməsi

e) Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üçün səmərəli texnologiyalar və texniki vasitələrinin işlənib hazırlanması


681. Fövqəladə hadisələrin qarşısının alınması üzrə siyasətin ikinci istiqamətinə aşağıdakılardan hansı məsələ aid deyil?

a)) Fövqəladə hadisə mənbələrin yaratdığı riskin yüksəldilməsinə yönəldilən siyasət

b) Fövqəladə hadisələrin insanlara və ərazilərə təsirinin nəticələrinin zəiflədilməsinə yönəldilən siyasət

c) Fövqəladə hadisə və onun nəticələrinin aradan qaldırılması üzrə operativ fəaliyyət planının işlənilməsi

d) Fövqəladə hadisə və onun nəticələrinin zəiflədilməsi tədbirləri burada əhalinin məlumat və bilik səviyyəsinin yüksəldilməsi

e) Fövqəladə hadisə mənbələrinin yaratdığı “ Qalıq” riskler üzrə monitorinq sisteminin yaradılması, fövqəladə hadisənin proqnozlaşdırılması və qiymətləndirilməsi


682. Həyat fəaliyyətinin təhlükəsizliyinin funksiyalarını reallaşdırarkən nəzərə alınan sanitarya gigiyena tələblərinə aşağıdakılardan hansı aid deyil?

a)) Bir neqativ təsir ikinci, üçüncü və s. dəfə ardıcıl surətdə təkrar olunan təsirlər silsiləsi törədə bilər

b) Zərərli amillərin yol verilən təsiri haqqında anlayış

c) Yol verilən texnogen təhlükə və təbii zədələyici amillərin təhlükəsi anlayışları

d) Zərərli amillərin adi və toplanış təsirləri haqqında anlayış

e) Zərərli amillərin təsir müddətinə nisbətən mühafizə vasitələrinin tətbiqi müddətinin üstünlüyü haqqında əsasnamə


683. Həyat fəaliyyətinin təhlükəsizliyində ekoloji mühafizəsinin reallaşdırılması üçün hansı üsullardan istifadə olunur?

a)) Neqativ təsirin mənbəyini təkmilləşdirməklə təsiri tonunu azlatmaq, təsir zonasını insanlar olan zonadan və ya təbii zonalardan ekran vasitəsi ilə təcrid etmək

b) Neqativ təsirlərin, meydana çıxmasına təkan verən səbəblərin, təbii prosəslərin habelə insanların icazəsiz yalnış fəaliyyəti

c) Təhlükənin inteqral, yəni ayrılmaz tam bir halda qiymətləndirilməsi

d) Ekoloji sistemlərinin dayanıqlığı, ekosistemlərə göstərə biləcək təsirlərin yol verilən kəmiyyətlərdən artıq olması

e) Təbii və texnogen xarakterli fövqəladə hadisə nəticələrinin aradan qaldırılması üçün nəzərdə tutulan idarəetmə orqanlarının fəaliyyətə hazırlığının təmin edilməsi


684. Əhalinin təhlükəsizliyinin təmin edilməsinə necə nail olunur?

a)) Əhalinin təhlükəsizliyinin təmin edilməsinə vahid dövlət siyasətini həyata keçirməklə

b) Əhalinin təhlükəsizliyinin təmin edilməsinə neqativ təsir mənbələrinin təkmilləşdirməklə nail olunur

c) Əhalinin təhlükəsizliyinin təmin edilməsinə fövqəladə hadisə mənbələrinin monitorinqi keçirməklə nail olunur

d) Əhalinin təhlükəsizliyinin təmin edilməsinə ekoloji sistemini yaratmaqla nail olunur

e) Əhalinin təhlükəsizliyinin təmin edilməsinə sosial iqtisadi sistemini yaratmaqla nail olunur


685. Fövqəladə hal nəyə deyilir?

a)) Texnogen təbii və ya digər fəlakətlər, epidomiya, epizotiya, epitotiya, habelə müasir qırğın vasitələrinin işlədilməsi nəticəsində müəyyən ərazidə insan təlafatina, xeyli maddi itkilərə, ətraf mühitə zərər dəyməsinə səbəb olan və əhalinin normal həyat fəaliyyətini pozan hadisələrə

b) Texnogen, təbii, hərbi və siyasi xarakterli amillər nəticəsində obyektlərin işinin dayanması, avadanlıqların bir hissənin dağılması və adamların zədələnməsinə səbəb olan hadisələrə deyilir

c) Texnogen, təbii, ekoloji, zəlzələlər, daşqınlar nəticəsində avadanlıqların qurğuların dağılması istehsalın pozulması, maddi itgilərin baş verməsi və insanların zədələnməsinə səbəb olan hadisələrinə deyilir

d) Texnogen, ekoloji fəlakətlər, qəzalar , partlayışlar, yanğınlar nəticəsində insanların tələfatına, ətraf mühitə zərər dəyməsinə səbəb olan hadisələrə deyilir

e) Ekoloji hadisələr, müasir qırğın silahlarının işlədilməsi, iqlim dəyişiklikləri, qlobal istiləşmələr nəticəsində müəyyən ərazidə insanların təlafatına, xeylimiqdarda itgilərə, insanların sağlamlığına zərər dəyməsinə səbəb olan hadisələrə deyilir


686. Fövqəladə hallar baş verməsinə görə necə təsnif olunur?

a)) Təbii, texnogen, ekoloji, hərbi, sosial-siyasi xarakteri

b) Texnogen, sülh,yanğın, nəqliyyat, hərbi, kriminal xarakterli

c) Ekoloji, təbii, zəlzələlər, daşqınlar, partlayışlar, siyasi xarakterli

d) Təbii, ekoloji, texnogen, qəza, partlayış, zəhərlənmələr, sosial-siyasi xarakterli

e) Sülh, sosial-siyasi, hərbi, texnogen, təbii ekoloji, kimyəvi, fiziki xarakterli


687. Fövqəladə hallar miqyasına görə necə təsnif olunur?

a)) Qismən, obyekt, yerli, regional, qlobal miqyaslı

b) Qismən obyekt, yerli, rayon, regional, respublika, avtonom, yerüstü miqyaslı

c) Lokal, sahə, obyekt, rayon, yerli, təbii, qlobal miqyaslı

d) Obyekt, yerli, sahə, rayon, regional, dünya, ekoloji, xarakterli

e) Qismən, obyekt, regional, texnogen, qlobal xarakterli


688. Risk nəyə deyilir?

a)) Hər hansı əməl, yaxud hadisə zamanı baş verə biləcək arzuolunmaz nəticəyə deyilir

b) Şəxsiyyətin, cəmiyyətin və dövlətin həyati əhəmiyyətli mənafelərinin daxili və xarici hədə-qorxulardan və təhlükələrdən müdafiə olunma nəticəsinə deyilir

c) Hər hansı proses zamanı istehsalatın pozulması nəticəsində yaranan hadisəyə deyilir

d) Hər hansı iş yaxud proses zamanı işçilərin təhlükə ilə qarşılaşma hadisəsinə deyilir

e) Hər hansı iş zamanı şəxsiyyətin, cəmiyyətin təhlükələrindən müdafiə tədbirlərinin işlənib hazırlanmasına deyilir


689. Riskin qiymətləndirilməsi nəyə deyilir?

a)) Risk ehtimalının və onun dərəcəsinin hansı şərtlərdən aslı olduğunu müəyyən edən meyarlara deyilir

b) Riskin qabaqcadan müəyyən edib onun zəiflədilməsi üçün tədbirlərinin görülməsi prosesinə deyilir

c) Riski müvafiq amillər üzrə qiymətləndirilməsi əsasında idarə edilməsinə deyilir

d) Risk ehtimalının və obyektin müəyyən təhlükəli təsirlərə məruz qalmağa meyilliyinə deyilir

e) Risk obyektin təhlükələrindən təsirlərindən mühafizə dərəcəsinə deyilir


690. Riskin dərəcəsi necə qiymətləndirilir?

a)) Riskin dərəcəsi arzuolunmaz nəticələrin baş verməsi ehtimalına və ya itkilər gözlənilən miqyasına görə qiymətləndirilir

b) Riskin dərəcəsi obyektdə baş vermiş qəzanın xarakterinə görə və nəticələrinin aradan qaldırılması ilə qiymətləndirilir

c) Riskin dərəcəsi arzuolunmaz nəticələrin sosial psixoloji amilləri ilə qiymətləndirilir

d) Riskin dərəcəsi zərərli və zədələyici təsirlərin gerçəkləşməsi, reallaşması ilə qiymətləndirilir

e) Riskin dərəcəsi əhalinin həyat şəraitinin və təsərüfat fəaliyyətinin sürətlə pozulması ilə qiymətləndirilir


691. Təbii xarakterli fövqəladə halların təsnifatına aşağıdakılardan hansı aiddir?

a)) Metroloji, aqrometroloji, hidroloji, kortəbii yanğınlar, insanların, heyvanların geoloji və bitkilərin yoluxucu xəstəlikləri, geoloji və geofiziki

b) Metroloji,hidrodinamik, nəqliyyat-komunal qəzalar, yoluxucu xəstəliklər, zəlzələlər, torpaq sürüşmələri

c) Hidroloji, daşqınlar, sel axınları partlayışlar, güclü təsirli zəhərli maddələrin yayılması

d) Aqrometroloji, su mənbələrinin çirklənməsi , radioaktiv çirklənmələr, su basmalar, tufan, qasırğalar

e) Metroloji, yanğınlar, yoluxucu xəstəliklər, qar uçqunları, qəzalar, radioaktiv çirklənmələr


692. Texnologen xarakterli fövqəladə halların təsnifatına aşağıdakılardan hansı aiddir?

a)) Yanğınlar, qəzalar, partlayışlar, güclü təsirli zəhərli və radioaktiv maddələrin yayılması

b) Yanğınlar, nəqliyyat qəzalar, hidroloji, geoloji hadisələr, radioaktiv çirklənmələr

c) İstehsalat qəzaları, komunal enerji şəbəkələrində qəzalar metroloji, geofiziki hadisələr

d) Nəqliyyat qəzaları, su anbarlarının dağılması, hidrodinamik hadisələr, sellər, daşqınlar, zəhərlənmələr

e) Yerin, atmosferin, hidrosferin və litosferin vəziyyətinin deyişməsi


693. Riskin idarə edilməsi nəyə deyilir?

a)) Riski qabaqcadan müəyyən edib onun zəiflədilməsi üçün tədbirlərin görülməsi prosesinə deyilir

b) Təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün nəzərdə tutulan idarəetme orqanları qüvvə və vasitələrinin fəaliyyətinin hazırlığına deyilir

c) Beynəlxalq humanitar tədbirlərinin təşkili və həyata keçirilməsi sisteminin yaradılmasına deyilir

d) Riski qabaqcadan müəyyən edib onun qarşısının alınması üçün tədbirlərinin görülməməsinə deyilir

e) Fövqəladə hadisə mənbələrinin yaratdığı qalıq risklər üzrə monitorinqin aparılmasına deyilir


694.Təbii fəlakət nədir?

a)) fövqəladə təbii hadisələrdirki, onların nəticəsində əhalinin həyat şəraitinin, təsərüfat fəaliyyətinin sürətlə pozulması, maddi sərvətlərin məhv olması baş verir

b) fövqəladə təbiət hadisələridirki, onların nəticəsində xeyli əhalinin və iqtisadiyyat obyektlərinin normal fəaliyyəti pozulsun, ətraf mühitin radioaktiv çirklənməsi, işıq şüalanması və maddi sərvətlərin məhv olması baş verir

c) fövqəladə qəzalar, fəlakət və partlayışlardırki, onların nəticəsində əhalinin həyat şəraitinin və təsərrüfat fəaliyyətinin sürətlə pozulması və maddi sərvətlərinin məhv olması baş verir

d) fövqəladə təbiət hadisələridirki, onların nəticəsində xeyli əhalinin və iqtisadiyyat obyektlərinin normal fəaliyyəti pozulur, maddi sərvətləri məhv olur, müharibələr baş verir və insanların zədələnməsi, ölməsi baş vərir

e) fövqəladə qəzalardırki, onlar nəticəsində iqtisadi obyektlərində iş dayanır, istehsalat pozulur avadanlıqların dağılması, insanların zədələnməsi və ölməsi baş verir


695. Təhlükəli obyekt nəyə deylir?

a)) Fəaliyyəti müəyyən şəraitdə, ətrafdakı əhali və ətraf mühit üçün təhlükə törədə biləcək müəsisəyə deyilir

b) Qəza nəticəsində insanların, tufanların və bitkilərin zədələnməsi, ətraf mühitin kimyəvi maddələrlə zəhərlənməsi baş verən hadisəyə deyilir

c) İnsan təlafatına, adamların xəsarət almasına, maddi sərvətlərin məhvinə və Ətraf mühitə zərər dəyməsinə səbəb olan kimyəvi, radioaktiv hadisəyə deyilir

d) Kimyəvi, radioaktiv maddələr saxlanılan anbar və ya müəsisələrdə baş verə biləcək qəzaya deyilir

e) Zədələnmiş ərazidə havadakı zəhərli maddələrin miqdarı yol verilən həddən artıq olarkən insanlara, heyvanlara və bitkilərə zərərli təsir göstərə biləcək kimyəvi birləşmələrə deyilir


696.Təlükəsizlik nədir?

a)) Şəxsiyyətin, cəmiyyətin və dövlətin həyati əhəmiyyətli mənafelərinin daxili və xarici hədə-qorxudan və təhlükələrdən müdafiə olunmuş vəziyyətidir

b) Şəxsiyyətin, cəmiyyətin dövlətin dünya birliyinin müxtəlif xarakterli riskləri və zərərli amillərinin araşdırılmasıdır

c) Texnosferanın vəziyyətini nəzərə almaqla onun yeni yaradılan və ya bərpa edilən ünsürlərinin ekoloji təhlükələri üzrə ilkin göstəricilərinin formalaşmasıdır

d) Neqativ təsirlərin meydana çıxmasına təkan verən səbəblərin, amillərin formalaşmasıdır

e) Fövqəladə hadisələrin monitorinq və proqnozlaşdırılması sisteminin yaradılmasıdır


697. “İnsan-texnosfera” və “texnosfera-təbii mühit” sistemində mühafizə edilən obyektlər hansılardır?

a)) İnsan və biosfera

b) Texnosfera və litosfera

c) İnsan və litorosfera

d) Radiasiya kimyəvi təhlükəli obyektlər

e) Ozon qatı və parnik effektliyi


698. Neqativ amillər təsir müddətinə görə necə təsnif olunur?

a)) Fasiləsiz, qısa müddətli, birdən birə

b) Davamlı, davamsız

c) Məişət, region və rayon

d) Fasiləsiz, qısamüddətli, qismən

e) Bioloji, kimyəvi, radioaktiv


699. Neqativ amillərin insanlara və biosferaya təsirlərinin nəticələri nədən asılıdır?

a)) Kəmiyyətindən, əhəmiyyətindən, təsir müddətindən

b) Kəmiyyətindən, konsentrasiyasından, qatılığından

c) Aşkar oluna bilən müddətdən, təsir müddətindən, texnika sistemindən

d) Yayılma zonasından, texniki vəziyyətindən

e) Energetik göstərilərindən, enerji daşıyıcıların


700. Aşağıdakılardan hansı problem sosial proqresin nəticəsi kimi meydana çıxan qlobal probləmlərə aid deyil?

a)) Müasir sivilizasiyada təbii hadisələrin artması, iqlim dəyişikliklərinin baş verməsi

b) Müasir sivilizasiyada və onun zərif nöqtələrində ziddiyətlərin yaranması

c) Müasir sivilizasiyanın inkişafına qarşı təhlükənin yaranması



d) Hər bir insanın, dövlətin, bütövlükdə bəşəriyyətin həyati maraqlarına toxunulması

e) Siyasi, idealoji, milli və başqa social, iqtisadi asılı olaraq ölkələrin, dövlətlərin və xalqların birgə əmakdaşlığının pozulması
Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə