İQTİsadiyyat və İdarəetmə faküLTƏSİ Bİznesin təŞKİLİ VƏ menecment kafedrasi təŞKİlati davraniş FƏNNİNDƏN


İşçi qruplar və komandaların işinin təşkili



Yüklə 59,15 Kb.
səhifə6/7
tarix27.12.2023
ölçüsü59,15 Kb.
#162163
1   2   3   4   5   6   7
Cəfərov Nicat. Təşkilati davranış

5. İşçi qruplar və komandaların işinin təşkili.


Müasir əmək kollektiv xarakter daşıyır, yəni insanlar, bir qayda olaraq, təkbaşına işləmirlər. Müasir işin kollektiv səciyyəsi və əsasən fərdi mükafatlandırma arasında dərin ziddiyyət mövcuddur. Bu amil təşkilat davranışına böyük təsir göstərir. Eyni zamanda ayrı-ayrı fəhlə və briqada, müəssisə və kollektivlərin maraqları arasında da ziddiyyət müşahidə olunur. Həmin ziddiyyətlər təbii xarakter daşıya, yaxud süni surətdə meydana çıxa bilər. Bundan əlavə, çox vaxt insanlar qrup halında toplaşarkən özlərini müstəqil apara bilmirlər. İdarəetmə prosesində menecer bütün bu incəlikləri nəzərə almalıdır.
İnsanlar bir sıra səbəblərə görə qruplar təşkil edirlər. Qrup təşkiletmənin klassik nəzəriyyəsi olan yaxınlıq nəzəriyyəsinə müvafiq şəkildə insanlar məkan, yaxud coğrafi yaxınlıq səbəbindən qruplarda birləşirlər.
Qrup həmfikirliyi (groupthink) yüksək dərəcədə həmrəy olan qrup və komitələrin disfunksiyası adlandırılır. Qrup həmfikirliyi intellektual effektivliyin, həqiqət və mənəvi keyfiyyətlərin qiymətləndirilməsinin aşağı enməsi kimi müəyyənləşdirilir. Bu vəziyyət qrup daxilində təzyiqin ortaya çıxması nəticəsində yaranır. Əslində qrup həmfikirliyi – qrup üzvlərini onun normalarına riayət etməyə və konsensusa gəlməyə məcbur etmək məqsədilə göstərilən təzyiqdir. Hər hansı bir qrup komanda adlandırılsa da, onunla ənənəvi işçi qrupu arasında fərqlər mövcuddur.
İşçi qruplar və komanda arasındakı spesifik fərqlər aşağıda sadalanır:
1. İşçi qrupun qüvvətli, gözəçarpan lideri vardır; komandada liderlik onun üzvləri arasında bərabər bölünmüşdür.
2. İşçi qrupda yalnız şəxsi məsuliyyət hökm sürür; komandada həm şəxsi, həm də qarşılıqlı məsuliyyət hissi mövcuddur.
3. İşçi qrupun təyinatı təşkilatın təyinatı ilə üs-üstə düşür; komandanın isə özünün xüsusi təyinatı mövcuddur.
4. İşçi qrupda fərdi fəaliyyət məhsulları istehsal edilir; komandada isə kollektiv fəaliyyət məhsulları.
5. İşçi qrup effektiv yığıncaq və iclaslar keçirir; komandada problemlərin operativ həlli üçün sərbəst görüşlər həvəsləndirilir.
6. İşçi qrupun məhsuldarlığını yalnız dolayısı yolla qiymətləndirmək olar(məsələn, bütün biznesin maliyyə fəaliyyəti üzrə); komandanın fəaliyyəti bilavasitə istehsal edilən kollektiv məhsul üzrə qiymətləndirilir.
7. İşçi qrup müzakirə edir, qərar qəbul edir və onu birlikdə yerinə yetirir.
Əsas ideya ondan ibarətdir ki, komanda, kollektiv sinergetik effekt (bütöv toplananın sadə məbləğindən çoxdur) sayəsində ənənəvi formal işçi qrup çərçivəsindən kənara çıxır.
Komanda istənilən məqsədə çatmaq üçün yaradıla bilər. Tipologiyalardan biri komandanın iki tipini qeyd edir. Onlar son dərəcədə böyük diqqət tələb edirlər. Birincisi – keyfiyyət dərnəyidir, ikincisi isə daha yeni hesab olunan muxtar, yaxud özünüidarəedən komandadır.
Özünüidarəedən komanda – müəyyən bir qrupdur və ona bəzi məsələlərdə tam muxtariyyət verilir; o, öz üzvlərinin davranışı və fəaliyyətinin nəticələrinə görə tam şəkildə məsuliyyət daşıyır.Özünüidarəedən komandaların əsas fərqi hakimiyyət səlahiyyətlərinin verilməsi və planlaşdırılmasından, idarəetmə, monitorinq və şəxsi fəaliyyət üzərində nəzarət məsələlərində öyrətməyi nəzərdə tutan kombinasiyalardan, müstəqillik və hərəkətlərin əhəmiyyətli dərəcədə sərbəstliyindən, idarəetmə funksiyasının yerinə yetirilməsi imkanından ibarətdir. Özünüidarəedən komandalar formal olaraq kompaniyanın (şirkətin) rəhbərliyi tərəfindən yaradılır. Bu zaman komanda fəaliyyətinin ümumi istiqaməti müəyyənləşdirilir. Bu komandalara rəhbər təyin edilmir.
Özünüidarəedən komanda müstəqil olaraq:
- öz işini planlaşdırır;
- hər biri işçinin vəzifəsini müəyyənləşdirir və razılaşdırır, tapşırığı yerinə yetirmək və qərarlar qəbul etmək üçün səlahiyyətlər verir, qrafikin tərtib edilməsi yolu ilə komanda əməkdaşlarının işini təşkil edir;
- komandaya daxil olan əməkdaşların işini, eləcə də təşkilatda funksional şöbələrlə birgə bütün komandanın fəaliyyətini koordinasiya edir;
- öz əməkdaşlarını tapşırıqların effektiv yerinə yetirilməsinə təhrik edir;
- yeni əməkdaşları işə qəbul edir;
- öz əməkdaşlarına uyğun peşələri öyrədir;
- onun fəaliyyətinə mane olan potensial və real problemləri aşkar və həll edir;
- tapşırığın yerinə yetirilməsi məqsədilə yeni yaradıcı üsullara dair hər bir əməkdaşın – komanda üzvünün təşəbbüsünü dəstəkləyir;
- keyfiyyət standartlarını nəzərə alır;
- işin əldə edilən nəticələrinə görə kollektiv məsuliyyət daşıyır.
Beləliklə, özünüidarə edən komandalar yalnız real işi deyil, həm də idarəetmə funksiyalarını yerinə yetirirlər [6].



Yüklə 59,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə