İQTİsadiyyat və İdarəetmə faküLTƏSİ Bİznesin təŞKİLİ VƏ menecment kafedrasi təŞKİlati davraniş FƏNNİNDƏN



Yüklə 59,15 Kb.
səhifə2/7
tarix27.12.2023
ölçüsü59,15 Kb.
#162163
1   2   3   4   5   6   7
Cəfərov Nicat. Təşkilati davranış

1.Davranışın öyrənilməsi


Davranışın öyrənilməsi insanın hərəkətlərini əks etdirən təcrübə və ətrafdakıların bu hərəkətlərə reaksiyası əsasında insan davranışının müəyyən bir zaman çərçivəsi daxilində kifayət qədər dayanıqlı, sabit, dəyişməyən bir proses kimi qiymətləndirilməsindən ibarətdir.
Öyrənmə həm şəxsi, həm də digər insanların təcrübəsi üzərində qurula bilər. Əvvəla, iş yoldaşlarınızın davranışının nəticələrini təhlil etmək kifayətdir ki, onların hərəkətlərinin müvafiq olub-olmaması haqqında nəticə çıxara biləsiniz.
İkincisi, davranışda dəyişikliklər nisbətən daimi xarakter daşımalıdır. Müvəqqəti dəyişikliklər reflektor səviyyədə baş verə bilər və onlar bir o qədər də böyük maraq kəsb etmirlər. Məsələn, davranışda bəzi dəyişikliklər yorğunluq və ya qeyri-adi şəraitlə əlaqədar yarana bilər.
Üçüncüsü, öyrənmə insan davranışının dəyişməsində əks olunur. İnsanın fikirlərində və ya meyillərində baş verən dəyişikliklər davranışın dəyişməsi ilə müşayiət olunmursa, bunu öyrənmə adlandırmaq qeyri-mümkündür.
Davranışın dəyişmə prosesini izah edən üç nəzəriyyə mövcuddur.
Bixevioristik və koqnitiv yanaşmalar, eləcə də inkişaf etməkdə olan sosial öyrənmə nəzəriyyəsi daha geniş yayılmışdır. Bu üç nəzəriyyənin dərk edilməsi təşkilati davranış öyrənilməsi üçün vacibdir.
Daha çox ənənəvi və tədqiqatlar vasitəsilə əsaslandırılmış nəzəriyyə psixologiyanın bixevioristik məktəbinə aiddir. Rus fizioloqu İvan Pavlov və amerikalı Con B.Uotson kimi klassik bixevioristlər öyrənmə prosesini assosiasiya və ya stimul - S və ona olan reaksiya - R arasında əlaqə ilə bağlayırdılar. Operant (latın sözü operatio - hərəkət) bixevioristlər və xüsusilə də geniş tanınmış amerikan psixoloqu B.F.Skinner davranışın nəticələrinin və ya stimul - reaksiya (S - R) tipli əlaqənin öyrənmə prosesində oynadıqları rola xüsusi diqqət yetirirlər. S - R tipli əlaqə klassik və ya reaktiv şərtlənməni müəyyən edir, R- S tipli əlaqə isə - instrumental yaxud operant şərtlənməni müəyyən edir. B.Skinnerin tədqiqatları nəticələrindən asılı olaraq tətbiq edilən (operant şərtlənmə) davranış nəzəriyyəsinin yaranmasına xidmət etmişdir. Bu nəzəriyyənin mahiyyəti aşağıda şərh olunur. Əgər insan görsə ki, onun davranışı əlverişli nəticələrə gətirib çıxarır, o bu davranışı davam etdirəcəkdir. Lakin nəticələr neqativ olduqda, analoji şəkildə davranma əhəmiyyətli dərəcədə əhəmiyyətini itirəcəkdir. Beləliklə, insanın davranışı onun əvvəlki davranışın nəticələrinin şüurlu surətdə qavranılmasının köməyi ilə təyin edilir. Məsələn, əgər insan bilavasitə arzu edilən davranışın ardınca mükafat alırsa, həmin davranış daha səmərəli olur. Əksinə, davranış mükafatlandırılmadıqda və ya onunla əlaqədar hətta cəza tətbiq edildikdə, bu davranış formasının təkrar edilmə ehtimalı xeyli aşağı enir. Operant şərtlənmə klassik şərtlənməyə nisbətən insanın öyrənməsinə, təcrübəsinin genişlənməsinə daha böyük təsir göstərir.
Koqnitiv yanaşmanın əsasını qoyanlardan biri olan Eduard Tolmen hesab edirdi ki, koqnitiv öyrənmə xarici mühitin koqnitiv siqnalları və gözləmələr arasında əlaqənin təyin olunmasından ibarətdir. O, həmin nəzəriyyəni xüsusi eksperimentlər yolu ilə işləyib hazırlamış və sınaqdan keçirmişdir. Tolmen müəyyən etmişdir ki, siçovul siqnallara və məqsədə (qidaya) doğru istiqamətlənərək, mürəkkəb labirinti keçməyi öyrənməyə qadirdir. Tolmen müşahidə etmişdir ki, labirintin istiqamət seçmək lazım olan hər bir nöqtəsində gözləmə anı yaranırdı. Başqa sözlə, siçovulda son nəticədə qidaya gətirib çıxara biləcək istiqamətin seçimi ilə əlaqədar müəyyən koqnitiv siqnalların gözlənilməsi vərdişləri yaranır. Əgər siçovul qida alırdısa, siqnal və öyrənmə arasında əlaqə güclənir və öyrənmə prosesi baş verirdi. S-R və R-S sxemləri üzrə öyrənmədən fərqli olaraq,
Tolmenin yanaşmasını S-S (stimul-stimul) sxemi, yəni siqnal və gözləmə arasında əlaqəyə əsaslanan öyrənmə ilə təsvir etmək olar. Tolmenin S-S (stimul-stimul) sxeminə əsaslanan koqnitiv nəzəriyyəsi insan münasibətləri konsepsiyasının ilkin inkişaf mərhələsinə böyük təsir göstərmişdir. 1940-50-ci illərdə ABŞ sənayesində tədris proqramları əksər hallarda Tolmenin ideyalarına söykənirdilər. İdeya ondan ibarət idi ki, tapşırığın və ya göstərişin yerinə yetirilməsi və öz səylərinə görə maddi mükafatlandırma arasında əlaqənin formalaşdırılması yolu ilə fəhləyə daha yüksək məhsuldarlığa nail olmağı öyrətmək mümkündür.
Davranışa vərdişetmənin üçüncü mərhələsi - həmin davranış əsasında öyrənmədir. Onun bu tipi social-öyrənmə nəzəriyyəsi adlandırılmışdır. Sözügedən nəzəriyyə klassik və operant şərtlənmə proseslərini qəbul edir, lakin iddia edir ki, onların təsviri tam deyil və buraya imitasiyanı və özünə nəzarət prosesini, eləcə də şəxsiyyətin özünəyetkinliyi (self-efficiency) kimi koqnitiv fərdi parametri də əlavə etmək lazımdır.
Sosial öyrənməyə görə, insan çox zaman bu və ya digər davranış vərdişlərini, müşahidə və sosial kontekstdə digərlərinin hərəkətlərini təkrarlama yolu ilə əldə edir. Davranış müəyyən dərəcədə mükafat və cəza sistemi vasitəsi ilə dəyişdirilə bilər. İnsanların nümayiş etdirdikləri davranış formalarının əksəriyyəti - şüurlu və ya şüursuz olaraq, hər hansı bir nümunənin təsiri altında əldə edilib. Bu nəzəriyyənin ideyaları Albert Banduranın əsərlərində izah edilib. Bandura insanların digər insanlardan öyrənə bilməsi kimi kifayət qədər aşkar olan bir faktı təsdiqləyən çoxlu sayda tədqiqatlar aparmışdır. Belə öyrənmə prosesi iki mərhələdən ibarətdir. Birinci mərhələdə insan digərlərinin hərəkətlərini müşahidə edir, sonra isə bu hərəkətlərin mənzərəsini və onların nəticələrini (mükafat və cəza) öz daxilində formalaşdırır. İkinci mərhələdə insan mənimsənilən hərəkət tərzini əks etdirir və nəticələr pozitiv olduqda, həmin davranış sxemini gələcəkdə də təkrar edir. Əgər nəticələr neqativ olarsa, insan bu hərəkətləri bir daha təkrar etmir. Burada, sözsüz ki, operant nəzəriyyə ilə əlaqə görünür. Lakin, bu, o halda baş verir ki, yeni davranış forması əldə edildikdə, «reaksiya-nəticə» tipli əlaqələr əvəzinə, modelləşdirilmiş fəaliyyət haqqında koqnitiv, simvolik təsəvvür yaranır, təkrarlama operant yanaşmanın verdiyi izahın çərçivələrindən kənara çıxır.


Yüklə 59,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə