İqtisadiyyata giriş fənni üzrə suallar



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə21/21
tarix13.10.2023
ölçüsü0,51 Mb.
#127762
1   ...   13   14   15   16   17   18   19   20   21
qtisadiyyata giri f nni zr suallar v cavablar

4.
 
Mülkiyyətin tipləri və formaları, onların reallaşması


19 
İqtisad elmində adətən mülkiyyətin iki əsas formasını fərqləndirirlər: xüsusi və ictimai. 
Xüsusi mülkiyyət ev təsərrüfatlarının mülkiyyətini (şəxsi əmlakı və əmanətləri) və ayrı- 
ayrı şəxslərin mülkiyyətində olan müəssisələri təmsil edir. İctimai mülkiyyət birinci növbədə 
dövlət mülkiyyət formasında mövcud olur. Dövlət mülkiyyəti iqtisadi nöqteyi-nəzərdən xüsusi 
mülkiyyətə nəzərən daha az səmərəlidir, ancaq o mərkəzləşdirilmiş idarəetmənin tələb olunduğu 
sfera və sahələrdə, strateji sahələrdə (həyati təminat sahələri – enerji, su, qaz təchizatı) aşağı 
mənfəətli sahələrdə (məsələn, bir çox ölkələrdə kömür hasilatı sənayesi) habelə çox iri kapital 
qoyuluşlarını tələb edən sahələr də münasibdir və hətta zəruridir. İctimai mülkiyyətə həmçinin
bələdiyyə mülkiyyət forması da aiddir. 
Mülkiyyət formaları müxtəlif mülkiyyət formalı: xüsusi və dövlət müəssisələrinin 
yaradılmasınada reallaşır. Müasir iqtisadiyyatda həm xüsusi, həm içtimai mülkiyyət 
formalarının əlamətlərini uzlaşdıran kollektiv mülkiyyət müəssisələri geniş yayılmışdır. Belə 
mülkiyyət növlərinə kooperativ mülkiyyəti şəriklik formasında müəssisələrin mülkiyyəti, 
sahmdar çəmiyyətlərinin mülkiyyəti aiddir. 
Mülkiyyət haqqında Azərbaycan Respublikası qanununa uyğun olaraq bizim ölkədə 
mülkiyyət dövlət, kollektiv və xüsusi mülkiyyət formasında çıxış edir. Həmçinin qarışıq 
mülkiyyət formasının yaradılmasına da yol verilir. 
5.Milliləşdirmə və özəlləşdirmə. Azərbaycanda özəlləşdirmə prosessi və onun xüsusiyyətləri.
 
Müəssisələr özünün mülkiyyət formasını özəlləşdirmə və ya milliləşdirmə yolu ilə dəyişdirə 
bilər. Müəssisələrin xüsusi mülkiyyət formasından dövlət mülkiyyət formasına keçidi 
milliləşdirmə adlanır. Dövlət mülkiyyət formasında xüsusi və ya kollektiv mülkiyyət 
formalarına keçid özəlləşdirmə adlanır. 
Özəlləşdirmə müxtəlif üsullarla aparılar bilər: dövlət mülkiyyətinin əvəzsiz və ya pulla 
(adətən hərraclar yolu ilə) müəssisələrin səhmdarlaşdırılması, çek özəlləşdirilməsi və s. yolla 
xüsusi mülkiyyətə verilməsi. 
Özəlləşdirmə inzibati – amirlik sistemindən bazar tipli iqtisadiyyata keçidi prosesində 
mühüm mərhələdir. Azərbaycanda özəlləşdirmə prosessi 1995-ci ildə qəbul edilmiş Dövlət 
özəlləşdirmə Proqramı əsasında keçmişdir. Azərbaycan Respublikasında özəlləşdirmənin 
səciyyəvi xüsusiyyəti bu olmuşdur ki, o əhaliyyə özəlləşdirmə çeklərinin verilməsi, həmçinin 
hərraclarda (istər çek, istərsə də həmçinin pul) müəssisələrin satışı yolu ilə baş vermişdir. 2000 
–ci ildə ikinci özəlləşdirmə proqramı fəaliyyətə başladı. Dövələt özəlləşdirmə Proqramına uyğun 
olaraq orta və iri müəssisələrin özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətinin səhmləri 
aşağıdakı satış tipləri üzrə belə bölünmüşdür: 
-kollektivə güzəştli satış-15%; 
-çek hərracları (investisiya müsabiqələri və sövdələri -55% dən olmamaqla). 
Kiçik müəssisələrin özəlləşdirilməsi zamanı obyektin dəyərinin -15%-i əmək kollektivinin 
üzvlərinə özəlləşdirmə çeklərilə satılmışdır, 85% -i açıq pul hərraclarına çıxarılmışdır. 
Azərbaycanda özəlləşdirmənin ən səciyyəvi cəhətlərindən biri onun aparılması modelləri ilə 
bağlıdır. 
Azərbaycanda özəlləşdirmənin xüsusiyyətlərinə onun kənd təsərrüfatından başlanmasını aid 
etmək olar. 
Azərbaycanda özəlləşdirmənin xarakterik cəhətlərinə özəlləşdirmənin dünya ölkələrinin 
üzünə açıq olmasıdır. 


20 
Azərbaycanda özəlləşdirmə 
modelinin fərqləndirici cəhətlərindən biri də dövriyyəyə 
buraxılan özəlləşdirmə çeklərinin nominal qiymətə malik olmasıdır. 

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə