İqtisadiyyata giriş fənni üzrə suallar



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə14/21
tarix13.10.2023
ölçüsü0,51 Mb.
#127762
1   ...   10   11   12   13   14   15   16   17   ...   21
qtisadiyyata giri f nni zr suallar v cavablar


nöqtəsindən 

nöqtəsinə keçmə 
iki üsulla mümkündür: tətbiq edilən resurs həcminin artırılması (yeni torpaqların 
mənimsənilməsi, qazıntıların yeni yataqlarının istismara verilməsi, əlavə işçi qüvvəsinin 
istehsala cəlb edilməsi), eləcə də bu resursların istifadəsi üzrə daha təkmil istehsal aparatının 
tətbiq edilməsi yolu ilə (daha səmərəli texnika və texnolojiyaların tətbiq edilməsi). Bu istehsal 
imkanları sərhədinin, məsələn, 
MKN
–ə kimi genişlənməsində istifadə olunacaq. 
5. Əmək prosesinin sadə momentləri. Məhsuldar qüvvələr və istehsal münasibətləri.
 
İstehsal prosesində məhsulun yaradılması üçün resursların (əməyin, istehsal vasitələrinin, 
texnologiyaların, torpağın) istifadəsi baş verir. İstehsal prosesində resurslar istehsal amilləri
yaxud məhsulun yaradılması amilləri kimi çıxış edir. 
Əmək prosesinin əsas elementləri bunlardır: əmək, əmək cisimləri və əmək vasitələri. 
Əməyin ümumi məzmunu insanların onlardan səy, iradə və enerji məsrəfləri tələb edən 
şüurlu, məqsədəuyğun istimai fəaliyyətindən ibarətdir. 
Əmək insanın öz iş qüvvəsinin cəmiyyətə xas olan müxtəlif tələbatlarını ödəmək məqsədilə 
təbiətin formalarının dəyişdirilməsinin məqsədəuyğun sərfidir. 
Əməyin özü və əmək qabiliyyəti yalnız insana xasdır, lakin bunlar müxtəlif 
anlayışlardır və onları qarışdırmaq olmaz. Hər bir insan iş qüvvəsinə malikdir. Lakin o həmin 
qüvvədən istifadə etməzsə, onda əmək prosesi baş verməz. 
İş qüvvəsi insanın məhsul hazırlanması və ya maddi nemətlər istehsalı üçün istifadə olunan 
fiziki və mənəvi qabiliyyətlərinin xüsusi məcmusudur. 
Əmək cisimləri insanın əməyi yönəldilən şeylərdir və məhz bu da gələcək hazır məhsulun 
maddi əsasını təşkil edir. Əmək cisimləri ya təbiətin özü tərəfindən verilir (məsələn: filiz yatağı), 
yaxud əvvəlki əməyin məhsulu, yəni xammal kimi olur. Sonuncu özündə əsas xammalı 
(bilavasitə istehsal vasitələrinin hazırlandığı cisimlər) və yardımçı materialları (məhsulun 
hazırlanmasında istifadə olunan şeylər, məsələn, tikiş sənayesində bunlar rənglər, saplar və s. 
ola bilər) ehtiva edir. 
Elmi-texniki tərəqqi nəticəsində insan əvvəlcədən verilmiş xassələri olan və təbiətdə 
mövcud olmayan əmək cisimləri hazırlayır. Təbiət, torpaq, yerətrafı məkan da daxil olmaqla 
geniş mənada bütövlükdə bizi əhatə edən aləm ümumi əmək cismini təşkil edirlər. Xammalın 
istehsalda rolu artır, lakin əmək cisimlərinin ilkin əsası yenə də torpaqdır. 
Təbiiət maddəsinin hazır məhsula çevrilməsi üçün o bir və ya bir neçə mərhələdə emal 
olunmalı, yarımfabrikata çevrilməlidir. Hazır məhsuldan (əməyin bitkin, istehlaka hazır nəticəsi) 
fərqli olaraq, yarımfabrikat istifadəyə yararlı hazır məhsul olmaq üçün hələ emal olunmalı olan 
əmək məhsuludur. 


12 
Əmək vasitələri insanın özü ilə əmək cismi arasında yerləşdiyi əşya və ya əşyalar 
kompleksi; hazır məhsulu yaradarkən insanın əmək cisiminə təsir etdiyi şeylər; əmək vasitələri 
istehsalın inkişaf səviyyəsinin ən mühüm göstəriciləridir. 
Maddi əmək vasitələri təbii (torpaq, dəyənək, daş və s., əhliləşdirilmiş ev heyvanları, üzvi 
gübrələr, həmçinin işçinin bədən üzvləri) və texnikiyə (yəni insan tərəfindən süni yaradılanlar) 
bölünürlər. 
Texniki əmək vasitələrinə əmək vasitələri – müxtəlif maşınlar, mexanizmlər, qurgular, 
alətlər, mühərriklər, ötürücü qurgular daxildir. Maşın istehsalı şəraitində mexaniki əmək 
vasitələri üç tərkib hissədən: işçi maşın, mühərrik, ötürücü qurğudan ibarət maşın sisteminə 
çevrilmişlər. Elmi-texniki inqilab (ETİ) maşın sisteminə dördüncü hissəni – maşın sisteminin 
idarə edilməsi üzrə zehni əmək vəzifəsini yerinə yetirən idarəedici qurğunu əlavə etdi. Get-gedə 
kibernetik adlandırılan texnika tətbiq olunur ki, onun bütün başqa maşınlardan əsas fərqi 
ondadır ki, o, enerjini (fiziki maşınlar kimi) və ya maddəni (kimyəvi kimi) deyil, 
informasiyanı emal edir. Robototexnika geniş yayılır. İstehsalın kompyuterləşməsi və 
avtomatlaşdırılması insanın rolunu dəyişir.: o tədricən bilavasitə istehsal prosesindən çıxış və 
onunla yanaşı dayanır. 
Vəhdətdə götürülən əmək vasitələri və əmək cisimləri istehsal vasitələrini təşkil edir. 
İstehsalın bütün mövcud amillərinin qarşılıqlı təsiri nəticəsində məhsulun yaradılması 
texnologiya ilə, yəni informasiya imkanlarını daxil etməklə məhsul istehsalı üsulları və istehsalın 
idarə edilməsinin xüsusi sistemini nəzərdə tutan istehsalın təşkili ilə vasitəlidir. 
İstehsalın nəticə etibarilə səmərəliliyi resursların keyfiyyətindən, onların kombinasiyası və 
istehsalın təşkili formalarından asılıdır. İstehsalın nəticə etibarilə səmərəliliyi nöqteyi-
nəzərindən resurslar məhsuldar qüvvələr kimi səciyyələnir. 
Məhsuldar qüvvələr - məhsul istehsalının yaradılması və artırılmasının cəmiyyətin mövcud 
resurslarında olan imkanlarıdır. Məhsuldar qüvvələrin inkişafı – məhsul və sərvətin daimi 
artmasının əsasıdır. 
Həyat fəaliyyəti prosesində insanlar arasında iqtisadi, siyasi, hüquqi, sosial, etik münasibətlər 
yaranır ki, bunlar da cəmiyyətin sistemli qarşılıqlı əlaqələrini əks etdirirlər. İstehsal 
münasibətlərə maddi nemət və xidmətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı ilə bağlı 
münasibətlər daxildir. 
Məhsuldar qüvvələr ictimai istehsalın aparıcı tərəfidir. Məhsuldar qüvvələrin hər bir inkişaf 
mərhələsinə (marksizmə görə) onların sosial-iqtisadi hərəkət formaları kimi çıxış edən müəyyən 
istehsal münasibətləri müvafiqdir. 
İstehsal və ya iqtisadi münasibətlər cəmiyyətin iqtisadi təşkilinin əsasını əmələ gətirirlər
məhsuldar qüvvələr ilə birlikdə isə sistemlərin spesifik forma və növlərini müəyyənləşdirirlər. 

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə