İqtisadiyyata giriş fənni üzrə suallar



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə11/21
tarix13.10.2023
ölçüsü0,51 Mb.
#127762
1   ...   7   8   9   10   11   12   13   14   ...   21
qtisadiyyata giri f nni zr suallar v cavablar

3.
 
İqtisadi resurslar və onların növləri.
 
Tələbatların artması və dəyişilməsi onların ödənilməsi üçün nəzərdə tutulan nemətlərin 
yaradılması üçün güclü sövqedici motivdir. 



Tələbatların daimi ödənilməsi üçün imkanlar ölkə, cəmiyyət, ayrı-ayrı insanlarda məhz 
resursların olması səyəsində yaranır. 
Resurslar 
– 
nemətlərin yaradılması və tələbatların ödənilməsi üçün olan imkanlardır. 
Resurslar cürbəcürdür və müxtəlif cür təsnifləşdirilə bilər. 
Təbii resurslar, yəni cəmiyyətdə faydalı qazıntı ehtiyatları, kənd təsərrüfatı üçün əlverişli 
şərait, sərfəli coğrafi vəziyyət. 
İstehsal fəaliyyəti və istehlak üçün əvvəlki nəsillər tərəfindən yaradılmış və toplanmış 
resurslar, (maddi resurslar) yaxud mövcud müəssisələr, nəqliyyat sistemləri yaşayış evləri və s. 
Maddi resurslara istehsal prosesinin (əmək vasitələri və əmək predmetləri) nəticəsi olan istehsal 
vasitələri daxildir. 
Özünün təcrübə, ixtisas, təhsil səviyyəsi, eləcə də sahibkarlıq qabiliyyətləri olan insan 
resursları. 
Yuxarıda göstərilən resurs növləri tarixən daha qısa adlanırdı: torpaq, kapital, əmək və 
sahibkarlıq qabiliyyətləri. 
Maliyyə resursları cəmiyyətin istehsal prosesini həyata keçirmək üçün ayırdığı pul 
vəsaitləridir. Onların mənbələrinə investisiya vasitələri, qiymətli kağızlar, pul yığımları, dövlət 
istiqrazları daxildir. 
İnformasiya resursları - avtomatlaşdırılmış istehsalın fəaliyyəti və onun kompyuter 
texnikasının köməkliyi ilə idarə edmək üçün zəruri olan məlumatlardır. 
Resursların digər təsnifatı da mümkündür, məsələn, hazırki dövrdə onların istifadə edilməsi, 
qarşılıqlı əvəz edilməsi, tükənməzlik və qeyri-tükənməzlik imkanlarının alternativliyi üzrə və s. 
Lakin təsnifat tipindən asılı olmayaraq bütün resurslar ümumi cəhətə malikdir: onlar iqtisadi 
fəaliyyətin çıxış və əsas ilk zəminini səciyyələndirirlər: zəruri kefiyyətli və müxtəlif resursların 
olması nemətlərin yaradılması və deməli, tələbatların ödənilməsi üçün ilkin şərtdir. 
Təbii, material və əmək resursları hər bir cəmiyyətə xasdır. Bazar iqtisadiyyatı onlara 
maliyyə resurslarını əlavə edir. Müasir postsənaye bazar iqtisadiyyatı elmi-texniki inqilab 
şəraitində mühüm rol oynayan informasiya resursları mövcud ola bilməz. 
İqtisadi nəzəriyyədə resursların mütləq və nisbi məhdudluğu fərqləndirilir. Mütləq 
məhdudluq dedikdə, eyni zamanda cəmiyyət üzvlərinin bütün tələbatlarının ödənilməsi üçün 
istehsal resurslarının kifayət olmaması başa düşülür. Lakin tələbatlar dairəsi azaldılarsa, mütləq 
məhdudluq nisbi məhdudluğa çevrilir, çünki məhdud tələbatlar üçün resurslar nisbətən 
tükənməzdir. 
Mütləq məhdudluq əsasən təbii və əmək resursları üçün nisbi isə maddi , maliyyə, 
informasiya resursları üçün səciyyəvidir. 

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə