İqtisadiyyata giriş fənni üzrə suallar



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə9/21
tarix13.10.2023
ölçüsü0,51 Mb.
#127762
1   ...   5   6   7   8   9   10   11   12   ...   21
qtisadiyyata giri f nni zr suallar v cavablar

Mövzu 3. İqtisadiyyatın 
əsasları. 
İqtisadiyyatın 
əsas 
ünsürləri və baza kateqoriyaları. İqtisadi seçim.
 
1.Resursların məhdudluğu və tələbatların sonsuzluğu problemi. 2.İqtisadi 
tələbatlar və onların təsnifatı. İqtisadi nemət, məhsul,
xidmətlər.
3.İqtisadi resurslar və onların növləri.
4.İqtisadi seçim. İstehsal imkanları əyrisi. Alternativ xərjlər.
5.Əmək prosesinin 
sadə momentləri. 
Məhsuldar 
qüvvələr 
və istehsal 
münasibətləri.
 
1.Resursların məhdudluğu və tələbatların sonsuzluğu problemi.
 
Hər bir iqtisadi fəaliyyət müvafiq tələbatın müəyyənləşdirilməsindən başlanır. Mövcud dövr 
çərçivəsində tələbatların nisbi və müvəqqəti ödənilməsi mütləq olaraq sonradan
onlarınyenidən bərpası, istehsalı, genişlənməsi, 



mürəkkəbləşməsi (çətinləşməsi) və dərinləşməsi baş verir. Belə vəziyyət daimi olaraq qalır. 
Digər tərəfdən, tələbatların (resurslar və texnologiyalar) ödənilməsi üçün bizim vasitələrimiz 
praktiki şəkildə həmişə məhduddur. Bu məhdudluq müxtəlif ola bilər. 
Hər şeydən əvvəl, bu təbiətdə mövcud olan müxtəlif nemətlər miqdarının təbii 
bərabərsizliyidir ki, bunlardan da bir sırası digərlərinə nisbətən az yayılmışdır. Məhdudluq, 
həmçinin insanların yaratdığı nemətləri də əhatə edir. Bu, hazırki anda nəinki nemətlərin 
mövcud növ ehtiyatlarına, həm də indiki şəraitdə onların təkrar istehsalı üçün mövcud olan 
imkanlara (deməli, həm də vasitələrə də) da aiddir. Onların ehtiyatlarını doldurmaq imkanından 
asılı olaraq nemətlər təkrar istehsal olanlara və təkrar istehsal olunmayanlara bölünür. 
Nemətlərin əksəriyyəti nadirdir, yəni bu nemətləri yalnız digər nemətlərdən imtina etmək 
yolu ilə əldə etmək olar. Nemətlərin nadirliyi və məhdudluğu – eyni şey deyildir. Nemət o 
zaman nadir olur ki, onlara olan tələbat bu nemətlərdən başqa onları da üstələyir. 
Mövcud istehlakçıda olan nemət ehtiyatları hər hansı bir tələbatın tam ödənilməsi üçün 
çatmaya bilər ki, bu da tez-tez baş verir. Lakin, hətta təsəvvür etsək ki, bu konkret dar çərçivədə 
müəyyənləşdirilmiş tələbat hazırki dövrdə tam ödənilmişdir, bu halda da tam aydın olasaq ki, 
nəzərdən keçirilən iqtisadi subyektdə eyni zamanda mövcud olan həmin vəsaitlərin istifadə 
edilməsi hesabına tam dolğun ödənmiş təlabat kimi ödənilə biləsi bütün yerdə qalan 
tələbatlar da ödənməmiş qaldı. Nemətlərə olan tələbata nəzərən onların məhdudluğu 
nemətlərin kifayətsizliyini xarakterizə edir. 
Nəticədə nadirlik və çatışmazlıq nemətlərin məhdudluğunun müxtəlif tərəfləri kimi üzə 
çıxır. Nemətlərin, o cümlədən də resurs və texnologiyaların məhdudluğu isə insanların iqtisadi 
həyat fəaliyyəti sahəsinə daxil olan nemətlərin, praktiki, universal xassəsidir. 

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə