Iqtisadiyyata giriş. Mövzu İqtisadi nəzəriyyə elm kimi


İqtisadiyyat dəqiq , ictimai və humanitar elmlər sistemində



Yüklə 355,55 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix02.01.2022
ölçüsü355,55 Kb.
#82526
1   2   3   4   5   6   7   8   9
Mövzu 1. Iqtisadi nəzəriyyə elm kimi

İqtisadiyyat dəqiq , ictimai və humanitar elmlər sistemində.

 

İqtisadiyyat elm və 



fəaliyyət növü kimi. 

(Iqtisadiyyat nədir?) 

İnsanlar  yaşamaq  üçün  qida  qəbil  etməlidir.      İctimai  varlıq  olduğundan  insana 

qidalanma  ilə  yanaşı  mənzilə,  geyimə  ,  ev  ləvazimatlarına  və  s.  ehtiyacı  vardır.  

Cəmiyyətin  inkişafı  ilə  əlaqədar  insanların  tələbatə  daim  dəyişir,  müxtəlifləşir  və 

eyni zamanda mürəkkəbləşir. İnsanlar maddi tələbatlarla yanaşı mənəvi tələbatlara, 

müxtəlif  xidmətlərə daha  cox  ehtiyac  hiss  edirlər.  İnsanlara lazım  olan  maddi və 

mənəvi nemətlər müxtəlif sahələrdə (sənayə , kənd təsərrüfat, tikinti və s.) istehsal 

olunur.  Bu  sahələrin  məcmusu  iqtisadiyyat  adlanır.  İqtisadiyyatın  əsas  vəzifəsi 

cəmiyyət  üzvləri  üçün  zəruri  olan  maddi  nemətlər  istehsal  etmək  və  xidmətlər 

göstərməkdir. 

İqtisadiyyat  hər  bir  cəmiyyətin    əsasını,onun  “onurğa  sütununu”  təşkil  edir.  O, 

cəmiyyətin  inkişafının  əsas  şərtidir.Belə  ki,  cəmiyətin  inkişaf  etdikdə  insanların 

tələbatı  artır  və  müxtəlif  tələbatlar  meydana  gəlir.  Bütün  bunları  ödəmək  üçün 

iqtisadiyyat daim inkişaf etməlidir. İnkişaf edən iqtisadiyyat yeni-yeni tələbatların 

meydana gəlməsinə səbəb olur. Bu səbəb-nəticə əlaqəsi daimidir və o, cəmiyyətin 

aşağı pillədan yuxarı pilləyə doğru inkişaf  etdirir. Geniş mənada iqtisadiyyat bütün 

iqtisadi  bilik  sahələrinin,  eləcə  də  iqtisadi  nəzəriyyənin  öyrəndiyi,  araşdırdığı 

obyektdir. Elm  tarixində  ilk  dəfə  iqtisadiyyat  sözünü,  anlayışını  qədim  yunan  

alimləri  işlətmişlər.  O,  Ksenofontun  (e.ə-430-355)  «Ev  təsərrüfatı»  və  ya  «Ev 

iqtisadiyyatı» deyilən  əsərinin  adından  götürülmüş,  sonra  Aristotel  (384-322)  

tərəfindən  geniş şərh  edilmişdir.  Yunan  sözü  olan  «Oykonomiya»  iki  sözdən-  

«oykos»    (ev,    tə-sərrüfat)  və  «nomos»  (qayda,  qanun)  söz  birləşmələrindən 

yaranmışdır.  Bu  mənada  «Ekonomika»  antik  dövrün  qul  əməyinə  əsaslanan  ailə 

təsərrüfatının, ən çox natural  təsərrüfat  münasibətlərini  ifadə  edirdi.  

 Təsərrüfat  və  onun  idarəedilmə qanunları  mənasını  daşıyan  bu  anlayış  sonralar  

mürəkkəb  və  geniş  bir  fəaliyyət dairəsini,  bütövlükdə  iqtisadiyyat  mənasını  

ifadə  etməyə  başlamışdır.  Hazırda dünyanın  əksər  ölkələrində,  müxtəlif  dillərdə  




«Ekonomiks»  geniş  anlamlı  bir kateqoriya kimi işlədilməkdədir. Bizim və bir çox 

islam  ölkələri  xalqlarının  dilində  «ekonomika»    ərəb    dilindən    alınmış  

«iqtisadiyyat»,    «iqtisad»    kimi    sözlərlə    ifadə  olunur.  Lüğəti  mənası  da  elə 

«ekonomika» anlayışının bildirdiyi mənaya uyğundur.   

İqtisadiyyatı  öyrənmə,  dərketmə  və  idarəetmə  baxımından  yanaşdıqda  o, 

makroiqtisadiyyat, 

mikroiqtisadiyyat, 

mezoiqtisadiyyat, 

meqoiqtisadiyyat 

sahələrinə bölünür.  

Mikroiqtisadiyyat  -  istehsalın  və  xidmətin  müəssisə,  firma  səviyyəsində 

araşdırılması, təşkili və idarəedilməsi deməkdir. İqtisadiyyatın özəyini təşkil edən 

müəssisədə,  firmada,  şirkət  və  s.  özəklərdə  istehsalın  və  xidmətin  daha  səmərəli 

qurulması  modelləri  seçilir,  az  xərclə  daha  çox  və  daha  keyfiyyətli  məhsul 

buraxılmasına  çalışılır.  Bu  dairədə  istehsal  xərcləri,  mənfəət,  qiymət,  əmək 

haqqı,tələb-təklif kimi iqtisadi amillərdən daha konkret şəkildə istifadə olunur və 

idarəetmədə daha çevik formalar seçilir. 

Makroiqtisadiyyat  -  bu,  hər  bir  ölkənin  və  regionun  iqtisadiyyatının  bütövlükdə 

öyrənilməsi,  araşdırılması  və  təhlili  deməkdir.  Makroiqtisadiyyat  səviyyəsində 

cəmiyyətin,  ölkənin,  milli  iqtisadiyyatın  ən  başlıca  iqtisadi  problemləri  dayanır. 

Burada ictimai məhsulun məcmu kəmiyyəti, milli gəlirin kəmiyyəti, onların artımı, 

bölgüsü,  sosial  tələbatların  təmin  olunmaq  səviyyəsi  və  s.  kimi  problemlərin 

öyrənilməsi və həlli yolları araşdırılır. 

Mezoiqtisadiyyat  -  makroiqtisadiyyatın  yarımsistemidir;  bir-biri  ilə  üzvi  bağlı 

sahələr  kompleksidir.  Məs.,  aqrar-sənaye  kompleksi,  aqrar-biznes,  hərbi-sənaye 

kompleksi. Bunların maddi əsaslarını əmək bölgüsü və kooperativləşmə təşkil edir. 

Aqrar-sənaye  kompleksində  kənd  təsərrüfatı  ilə  emal  sənaye  sahələrinin,  bəzi 

istehsal  vasitələri  istehsal  edən  sənaye  sahələrinin  üzvi  əlaqəliliyi  əsas  götürülür. 

Hərbi-sənaye  kompleksində  hərbi  və  mülki  istehsal  sahələrinin  qarşılıqlı  əlaqəsi 

ifadə olunur. 

Meqaiqtisadiyyat  -  bu  anlayış  altında  bütövlükdə  dünya  təsərrüfatı,  başqa  sözlə, 

beynəlxalq miqyasda iqtisadiyyat başa düşülür. 




Yüklə 355,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə