Iqtisadiyyata giriş. Mövzu İqtisadi nəzəriyyə elm kimi


İqtisadi  nəzəriyyə  və  təcrübə  anlayışı.  Nəzəri  və  tətbiqi  iqtisad  elmi



Yüklə 355,55 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix02.01.2022
ölçüsü355,55 Kb.
#82526
1   2   3   4   5   6   7   8   9
Mövzu 1. Iqtisadi nəzəriyyə elm kimi

İqtisadi  nəzəriyyə  və  təcrübə  anlayışı.  Nəzəri  və  tətbiqi  iqtisad  elmi.

  

(

İqtisadiyyat dəqiq , ictimai və humanitar elmlər sistemində)



 

Iqtisad  elmini  nəzəri  və  tətbiqi  olmaqla  iki  hissəyə  bölmək  olar.  Nəzəri  iqtisad 

elmində iqtisadi proseslərin və hadisələrin umumi qanunauyğunluqları askar edilir. 

Bir sıra mücərrəd kateqoriya və anlayışlardan istifadə edilir. Tətbiqi iqtisad elmləri 




konkret iqtisadi vəziyyətləri öyrənir. Həm nəzəri, həm də tədbiqi iqtisad elmi iqtisadi 

statistikanın göstəricilərinin təhlili və müqayisəsindən geniş istifadə edilir.  

İqisadiyyat  daim  fəaliyyətdə  olan  mürəkkəb  bir  sistemdir.  Buna  görə  də  onun 

müxtəlif tərəfləri və sahələri müxtəlif iqtisad elmləri tərəfindən öyrənilir. 

Digər iqtisadi elmlər dedikdə: 

 • nəzəri (fundamental) iqtisad elmləri (İqtisadi nəzəriyyə, İqtisadi təlimlər tarixi); 

 •  iqtisadiyyatın  bu  və  ya  digər  sahələrində  müəyyən  funksiyaları  həyata  keçirən 

funksional iqtisad elmləri (mühasibat uçotu, statistika, maliyyə, kredit); 

•  iqtisadiyyatın  konkret  sahələrini  tədqiq  edən  sahə  elmlər  (aqrar  sahə,  sənaye, 

əməyin iqtisadiyyatı);  

•  iqtisadi  fəaliyyətin  idarə  edilməsini  (marketinq,  menecment,  informasiya 

iqtisadiyyatı və s.) elmləri nəzərdə tutulur.  

Makroiqtisadi  göstəricilərin  təhlili  və  proqnozlaşdırılmasında  iqtisadi  kibernetika 

elmindən istifadə edilir. Eyni zamanda iqtisad elminin praktik əhəmiyyəti ondadır 

ki,  o  iqtisadi  siyasətin  əsasında  duraraq  onun  vasitəsilə  real  gercəkliyi  təhlil  edir. 

İqtisadi  siyayət  nemətlərin  istehsalı,  bölgüsü,  mübadiləsi  və  istehlak  sahəsində 

dövlətin  məqsədyönlü  tədbirlər  sistemidir  və  cəmiyyətin  bütün  üzvlərinin 

mənafelərini  əks  etdirir.  O  iqtisadi  problemlərin  həlli  variantlarının  tapılması  və 

onların  həyata  kecirilməsi  ilə  məşğuldur.  İqtisadi  siyasətin  düzgün  həyata 

kecirilməsi iqtisadi sistemin mütərəqqi inkişafına səbəb olur.




Yüklə 355,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə