Iqtisadiyyata giriş. Mövzu İqtisadi nəzəriyyə elm kimi


tarixi və məntiqi, induksiya və deduksiya



Yüklə 355,55 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix02.01.2022
ölçüsü355,55 Kb.
#82526
1   2   3   4   5   6   7   8   9
Mövzu 1. Iqtisadi nəzəriyyə elm kimi

tarixi və məntiqi, induksiya və deduksiya. 

 

Hər bir elm öz predmetini müəyyən metodların vasitəsilə öyrənir. Metod  yunanca 

«Methodos» sözündən olub tədqiqat yolu deməkdir. İqtisadi nəzəriyyə bir elm kimi 

iqtisadi  hadisələrin  və  proseslərin    araşdırılmasında  özünəməxsus  metodlardan 

istifadə edir.    

İqtisadi  hadisələr  prosesləri  öyrənmək  üçün  analiz  və  sintez,  induksiya  və  

deduksiya,  tarixi  və  məntiqi,  iqtisadi-riyazi  modelləşdirmə,  iqtisadi  təcrübə  və  

s.  


metodlarından da istifadə olunur. 

Elmi abstraksiya  metodu. 

 İqtisadi  nəzəriyyədə  iqtisadi hadisə  və  prosesləri  öyrənmək  üçün,  əsasən  elmi  

abstraksiya  (təcrit  etmə,  sərf  nəzər  etmə) metodundan  istifadə  edir.  Bu  zaman  

tədqiq  olunan  hadisə  digərlərindən  təfəkkürümüzdə  təcrid olunur  və  öyrənilir.  

Bu  zaman  həmin  hadisəyə,  prosesə  təsir  edən  digər  şərtlər  nəzərə alınmır.  

Məsələn,  qiymət  tədqiq  olunarkən  onun  səviyyəsinə  təsir  edən  tələb,  rəqabət  

və  s. amillər nəzərə alınmır. 

Abstraksiya  metodu  vasitəsilə  müşahidə  edilən  hadisələrdə  mühüm  olan  tərəflər  

aşkara çıxarılır və nəzəri ümumiləşdirmələr aparılır.  

Elmi  abstraksiya  metodu  iqtisadi    hadisələrinin  təfəkkürdə  ümumiləşdirilməsi  və 

onların    anlayışlar,  kateqoriyalar    şəklində  ifadə  edilməsi  metodudur.  Abstrakt 

(mücərrəd)  anlayışlar  heç  də  məzmunsuz,  mahiyyətsiz  anlayışlar    deyil.  Bu 

anlayışlar iqtisadi gerçəkliyin müəyyən tərəflərini, mahiyyətini əks etdirir.   




İqtisadi nəzəriyyənin tətbiq etdiyi digər bir metod da analiz və sintez  metodudur. 

 Universal  metod  olan  analiz  öyrənilən  hadisənin  xəyalən  tərkib  hissələrə  

parçalamaq  və  onların  hər  birinin  ayrı-ayrılıqda  öyrənilməsi  deməkdir.  Məsələn, 

bazarın  elementləri  olan  tələb,  təklif,  qiymət,  rəqabət,  inhisar  ayrı-ayrılıqda  

öyrənilir.  Bunlar öyrənildikdən sonra sintez yolu ilə bazar haqqında vahid bitkin 

fikir yürüdülür. Məsələn,  ayrı-ayrı  məhsulların  qiymətlərinə  əsasən  qiymətlərin  

ümumi  səviyyəsinin  müəyyən  

edilməsi.   

İqtisadi nəzəriyyənin istifadə etdiyi üsullardan biri də  tarixi və  məntiqi  metoddur.  

Bu metod vasitəsilə iqtisadi nəzəriyyə müəyyən etdiyi anlayışları,  kateqoriyaları, 

onların yarandığı tarixi ardıcıllıqla şərh edir. İqtisadi nəzəriyyə bu  üsulla iqtisadi 

hadisələrin törəməsi, inkişafı və dəyişməsi prosesinin tarixi şəraitini  nəzərə almaqla, 

onları məntiqi metodun vasitəsilə araşdırır.    

Müasir  iqtisadi  nəzəriyyədə  araşdırma  vasitələrindən  biri  də    induksiya    və  

deduksiyadır.    

İnduksiya  ayrı-ayrı    faktlardan    ümumi    nəticənin    çıxarılması,    deduksiya    isə  

ümumidən  xüsusiyə  hərəkətdir.  

İnduksiya- Bu metod  vasitəsilə əvvəlcə iqtisadi problemlərə dair faktlar toplanır, 

seçilib  sistemləşdirilir.    Bu  iş    hələ  «iqtisadi  qanun»,  «prinsip»  və  «modellər» 

çıxarmaq  üçün  kifayət    deyildir.  Bundan  sonra  iqtisadi  nəzəriyyənin  vəzifəsi 

toplanmış faktları ümumiləşdirmək və izahını verməkdir.   

Deduksiya  

Bu metod vasitəsilə toplanan faktlar əsasında nəzəri nəticələr,  prinsiplər və əməli 

fəaliyyət üçün tövsiyələr hazırlanır.  

Beləliklə,  bu  üsulla  nəzəriyyədən  həyatın  faktlarına,  bu  faktlardan  isə  nəzəri 

ümumiləşdirmə  və  nəticələrə    gəlmək  mümkün  olur.  Bu həm  deduksiya,  həm  də 

induksiya metodlarının birlikdə tətbiq edilməsi deməkdir.   

 

İqtisadi  hadisə    və  proseslərin  keyfiyyət  və    kəmiyyət  tərəfləri  mövcuddur.  Bu  



hadisələrin  keyfiyyət  tərəfləri,  mahiyyətləri  yuxarıda  göstərilən  üsullarla  dərk  

olunursa,  kəmiyyət  tərəfləri  statistikanın,  riyazi  üsulların,  modelləşdirmə    və  s.  

üsulların vasitəsilə  dərk olunub aşkar edilir. Bu üsullar müasir iqtisadi nəzəriy-  

yələrdə, makro- və mikroiqtisadiyyat problemlərinin öyrənilməsində geniş istifadə  

olunur.   

 

 

 

 

 



 

 

 



 

Yüklə 355,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə