Iqtisadiyyata giriş. Mövzu İqtisadi nəzəriyyə elm kimi


İqtisadi nəzəriyyənin obyekti və predmeti



Yüklə 355,55 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix02.01.2022
ölçüsü355,55 Kb.
#82526
1   2   3   4   5   6   7   8   9
Mövzu 1. Iqtisadi nəzəriyyə elm kimi

İqtisadi nəzəriyyənin obyekti və predmeti. 

Iqtisadi  nəzəriyyənin  tədqiqat  obyekti  iqtisadiyyat,  tədqiqat  predmeti  isə  iqtisadi 

münasibətlərdir.  

İqtisadi  nəzəriyyə  elmində  tədqiqat  predmeti  bütövlükdə  iqtisadi  münasibətlər 

(fəaliyyət)  və  bunları  əks  etdirən  anlayışlar  (kateqoriyalar),  qanun  və 

qanunauyğunluqlar, prinsiplərdir. 

 

İqtisadiyyatın təməl prinsipləri: istehsal, bölgü, mübadilə və istehlak. 

İqtisadi kateqoriyalar və onların fəaliyyət mexanizmi. 

İqtisadi  nəzəriyyənin  tədqiqat  metodları:  elmi  abstraksiya,  analiz  və  sintez, 

tarixi və məntiqi, induksiya və deduksiya. 

 

 

İqtisadi kateqoriyalar və onların fəaliyyət mexanizmi. 

İqtisadi həyatın ümumi və mühüm tərəflərini əks etdirən məntiqi anlayışlar iqtisadi 

kateqoriyalar adlanır. İqtisadi kateqoriya, iqtisadi hadisə və proseslərin elmi adıdır. 

Məsələn,  biz  gündəlik  fəaliyyətimizdə  paltar  geyir,  yemək  yeyir  və  sair.  Bütün 

bunlar  iqtisad  elmində  istehlak  adlanır.  İnsanlar  gündəlik  fəaliy.yətində  çoxlu 

miqdarda iqtisadi kateqoriya ilə qarşılaşar. Bunlara pul, qiymət, kredit, tələb, təklif, 

bazar, mənfəət, istehsal, əmtəə və s. göstərmək olar.  




Hər  bir  cəmiyyətdə  iqtisadi  prosesləri  onlara  xas  olan  daxili  qanunlar,  iqtisadi 

qanunlar  idarə  edir.  İqtisadi  qanun  iqtisadi  hadisələrin,  proseslərin,  mahiyyətidir. 

İqtisadi  qanun  iqtisadi  hadisə  və  proseslərə  daxilən  xas  olan  mühüm,  zəruri, 

təkrarlanan  səbəb  və  əlaqələrini  özündə  əks  etdirir.  İqtisadi  qanunlar  da  təbiət 

qanunları kimi obyektiv xarakter daşıyır. Belə ki, onların fəaliyyəti insanların onları 

istəyib-istəməmələrindən asılı deyildir. İnsanlar iqtisadi qanunları dəyişə, ləğv edə 

bilməzlər. İnsanlar öz fəaliyyətlərini iqtisadi qanunların tələblərinə müvafiq qursalar 

daha böyük nailiyyətlər əldə edə bilərlər. 

 İqtisadiyyatda üç qrup iqtisadi qanunlar fəaliyyət göstərir.  

Ümumi  iqtisadi  qanunlar  –  bunlar  bəşəriyyətin  inkişafının  bütün  mərhələlərində 

fəaliyyət  göstərirlər.  Onlar  ictimai  istehsalın  inkişaf  prosesini  əks  etdirir.  Bunlara 

tələbatın artması, əmək məhsuldarlığın yüksəlməsi, ictimai əmək bölgüsü qanunları 

aiddir.  

Əmtəə istehsalının qanunları - bunlar məhsul və xidmətlərin əmtəə xarakteri daşıdığı 

cəmiyyətlərdə  fəaliyyət  göstərirlər.  Dəyər  qanunu,  pul  tədavülü  qanunu,  yığım 

qanunu bu qəbildəndirlər. 

 Spesifik  xüsüsi  qanunlar  –  bunlar  tarixən  müəyyən  təsərrüfatçılıq  formalarının 

inkişaf  qanunlarıdır.  Bunlara  dövrün  əsas  iqtisadi  qanunu,  dövrün  bölgü  qanunu 

aiddir. 

 

 



İqtisadi  nəzəriyyənin  tədqiqat  metodları:  elmi  abstraksiya,  analiz  və  sintez, 


Yüklə 355,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə