Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı
Burjuaziya və demokratiya
*
Natiq Sabiroğlu
Məşhur Yapon düşünürü Fukuyama demokratiyanın cə‐
miyyət tərəfindən daxilən (endogen) mənimsənməsi üçün sı‐
rasıyla İdeologiya, İnstitutlaşma, Açıq Cəmiyyət və Milli Mə‐
dəniyyət olmaq üzrə dörd mərhələdən keçməsi gərəkliliyini
söyləmişdir. Bizcə bu sinifləndirmə, demokratik cəhətdən az
inkişaf etmiş ölkələrdəki mövcud vəziyyəti açıqlayıcı bir mo‐
del olsa da, demokratiyanın yüksək səviyyədə inkişaf etdiyi
ölkələrdəki tarixi inkişaf seyrinə ziddir. Belə ki, demokratik
cəhətdən inkişaf etmiş ölkələrin təcrübələri yuxarıdakı mexa‐
nizmin tərsinə çalışdığını göstərməkdədir.
İnkişaf etmiş ölkələrdə demokratiya hər şeydən əvvəl, mü‐
əyyən bir tarixdə ictimai bir zərurət kimi ortaya çıxmışdır. Bu‐
nu izləyən mərhələdə açıq cəmiyyəti təmsilən daha çox siyasi
partiyalar önə çıxmışdır. Xalqın əksəriyyətinin səslərinin mü‐
əyyənləşdirici rol oynadığı bu klassik demokratiya modelində,
idarəetmə təmsili xarakter daşımaqdadır (xalq siyasi partiya‐
lar vasitəsilə idarəetmədə təmsil olunmaqdadır). Dövlət insti‐
tutlarının (militarist‐sivil) da formalaşmasıyla, demokratiya
ölkənin rəsmi ideologiyası halına gəlir və bu quruluşun gələ‐
cəyi konstitusiya ilə təminat altına alınır.
Yuxarıdan aşağıya doğru bir prosesi izləyən bu təbii inki‐
şaf seyrində, cəmiyyət demokratiyanı daxilən mənimsəmiş,
gündəlik həyatının ayrılmaz hissəsi halına gətirmişdir. Tək çə‐
tirdən meydana gələn açıq cəmiyyət institutları (siyasi partiya‐
lar) demokratiyanın inkişafı ilə birlikdə gedərək çeşidlənmək‐
dədir. Artıq ayrı‐ayrı kiçik mənfəət və təzyiq qruplarının bir
araya gəlməsi ilə effektiv bir açıq cəmiyyət təşkilatları meyda‐
*
21 may 2004.
‐ 243 ‐
Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı
na gəlmişdir və idarəetmədə sadəcə çoxluğun deyil, azlıqların
da düşüncələri önəmlidir. Bu təşkilatlar sərbəst seçkilər sonra‐
sı siyasi iqtidar üzərində ictimai bir nəzarət‐təftiş funksiyasını
da öz üstlərinə götürürlər və bu minvalla xalqın idarəetməyə
birbaşa qatılmasını təşkil etməkdədirlər. Dolayısilə siyasi iqti‐
dar sadəcə seçicilərinin istəklərini deyil, eyni zamanda qarşı
dünyagörüşlü qrupları da təmsil etməkdədir. Ayrıca, ikinci
mərhələdə yer alan siyasi partiyaların xalqa, demokratiyanın
fəzilətlərini anlatmaq kimi bir funksiyası yoxdur. Tam tərsi, si‐
yasi partiyalar özlərinin ən demokrat partiya olduğunu isbat‐
lamaq çabası içərisindədirlər.
Müasir demokratiyanın ortaya çıxış tarixinə qısa bir nəzər
yuxarıda anlatılanları daha yaxşı mənimsəmək baxımından
faydalı olacaqdır. İlk parlament 15 iyun 1215‐ci ildə Magna
Carta ilə İngiltərədə ortaya çıxsa da, bu demokratik dəyərlərin
qlobal olaraq yayılması ʺsərbəstlik, bərabərlik və qardaşlıqʺ
şüarıyla yola çıxan 1789 Fransa Burjua İnqilabına rastlamaqda‐
dır. O zamanlar yeni bir sinfin formalaşması prosesini yaşayan
burjua təbəqəsi (o zamankı şərtlərdə nisbətən kiçik sahibkar‐
lar), kəndlərdə özünə ən böyük rəqib olaraq gördüyü torpaq
ağalarına qarşı, onların istismarındakı təhkimçi kəndlilərə sər‐
bəstlik vəd edirdi. Burjuanın fabriklərində çalışacaq əməyə eh‐
tiyacı vardı, buna görə də kəndlilərə istədiyi yerdə (istehsal
yerləri çox vaxt şəhərdə yerləşdiyi üçün kəndlilərə kəndlərdən
şəhərə köç etmə müstəqilliyi verilməliydi) və istədiyi işdə ça‐
lışma müstəqilliyi verilməliydi. Beləcə, burjua gələcəkdə özü‐
nə ən böyük rəqib olacaq fəhlə‐işçi sinfini də yaratmış oldu.
Burjuanın şəhərlərdəki ən böyük rəqibi də aristokratiya və ki‐
lisə idi. Aristokratiyaya (elit idarəsinə) qarşı xalqa, özünü ida‐
rə edəcək olanları sərbəstcə seçmə haqqı (plüralist idarəetmə)
vəd edildi. Hər kəsin səsləri bərabər və tək olacaqdı. Beləliklə
təmsili demokratiya gerçəkləşəcəkdi. Ayrıca burjua sinfi ilə
‐ 244 ‐
Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı
Kilisə (ruhani təbəqə) arasındakı mübarizədən də sekularizm
(dünyəvilik) doğacaqdı. Nəticə olaraq, burjua torpaq ağasına
qarşı kəndlilərə “sərbəstlik”, şəhər aristokratiyasına qarşı “bə‐
rabərlik” və Kilisənin Xristiyan dininə dayalı Tanrının qardaş‐
lığına qarşı da, yurddaşlığa (torpağa) dayalı “qardaşlığı” təklif
etməkdəydi. Dolayısilə sərbəstliklə verilən azadlıq, konstitu‐
sion və sosioloji qardaşlıqla tarazlanmış olacaqdı. Göründüyü
kimi, qərbdə demokratiya, kiçik humanist bir aydın (intelli‐
gence) qrupunun şəxsi seçimindən çox, tarixi bir zərurət ola‐
raq meydana çıxmaqdadır.
Bu təbii inkişaf prosesini yaşamayan ölkələrdə isə, tarixi və
nəzəri nöqtələrdən fərqli tendensiyalar müşahidə edilmişdir.
İlk öncə, vurğulanmalıdır ki, totalitar və avtoritar rejimlərdə
xalqın böyük əksəriyyəti mövcud idarə anlayışına qarşıdır. Fə‐
qət Leninin dediyi kimi, mövcud istismarçı rejimin dəyişməsi
üçün, bu yetməməkdə, ayrıca idarə edənlər də köhnə üsuli‐
idarə ilə idarəetməyə davam etməkdə çətinlik çəkməli və xal‐
qın güclü bir şəkildə təşkilatlanması gərəkməkdədir. Bu
nöqteyi‐nəzərdən, ikinci mərhələdə yer alan siyasi partiyaların
iki alternativi mövcuddur. Birinci və ən çətin olan seçim, parti‐
yanın demokratiyanı cəmiyyətə mənimsətmə səyləridir. Hə‐
min prosesdə partiya əlindəki bütün vasitələri demokratiya‐
nın üstün xüsusiyyətlərini anlatmağa fəda edər. Bu mərhələdə
lokal mədəniyyətin demokratiyanı həzm etmə potensialı də
müəyyənləşdirici olmaqdadır. Ayrıca açıq cəmiyyət quruluş‐
larının cılız və olduqca təsirsiz olması, siyasi partiyaların işini
daha da çətinləşdirməkdədir.
İkinci alternativ olaraq, partiya tarixi tendensiyaya tərs bir
yol izləyərək, yuxarıya doğru yönəlmə prosesinə daxil olur.
Burada da iki alt seçim mövcuddur. İlki və nisbətən daha sağ‐
lam olanı, siyasi partiyanın ölkə xaricindəki (günümüzdə,
qərbdəki) demokratik qüvvələrlə həmrəylik və işbirliyi içəri‐
sində olmasıdır. Çox daha qeyri‐sağlam olan və daha çox, in‐
‐ 245 ‐
Dostları ilə paylaş: |