İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə62/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   58   59   60   61   62   63   64   65   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Burjuaziya və demokratiya
*
 
Natiq Sabiroğlu 
 
Məşhur  Yapon  düşünürü  Fukuyama  demokratiyanın  cə‐
miyyət  tərəfindən  daxilən  (endogen)  mənimsənməsi  üçün  sı‐
rasıyla  İdeologiya,  İnstitutlaşma,  Açıq  Cəmiyyət  və  Milli  Mə‐
dəniyyət  olmaq  üzrə  dörd  mərhələdən  keçməsi  gərəkliliyini 
söyləmişdir.  Bizcə  bu  sinifləndirmə,  demokratik  cəhətdən  az 
inkişaf  etmiş  ölkələrdəki  mövcud  vəziyyəti  açıqlayıcı  bir  mo‐
del  olsa  da,  demokratiyanın  yüksək  səviyyədə  inkişaf  etdiyi 
ölkələrdəki  tarixi  inkişaf  seyrinə  ziddir.  Belə  ki,  demokratik 
cəhətdən  inkişaf  etmiş  ölkələrin  təcrübələri  yuxarıdakı  mexa‐
nizmin tərsinə çalışdığını göstərməkdədir. 
İnkişaf etmiş ölkələrdə demokratiya hər şeydən əvvəl, mü‐
əyyən bir tarixdə ictimai bir zərurət kimi ortaya çıxmışdır. Bu‐
nu izləyən mərhələdə açıq cəmiyyəti təmsilən daha çox siyasi 
partiyalar  önə  çıxmışdır. Xalqın  əksəriyyətinin  səslərinin  mü‐
əyyənləşdirici rol oynadığı bu klassik demokratiya modelində, 
idarəetmə  təmsili  xarakter  daşımaqdadır  (xalq  siyasi  partiya‐
lar vasitəsilə idarəetmədə təmsil olunmaqdadır). Dövlət insti‐
tutlarının  (militarist‐sivil)  da  formalaşmasıyla,  demokratiya 
ölkənin rəsmi ideologiyası halına gəlir və bu quruluşun gələ‐
cəyi konstitusiya ilə təminat altına alınır. 
Yuxarıdan  aşağıya  doğru  bir  prosesi  izləyən  bu  təbii  inki‐
şaf  seyrində,  cəmiyyət  demokratiyanı  daxilən  mənimsəmiş, 
gündəlik həyatının ayrılmaz hissəsi halına gətirmişdir. Tək çə‐
tirdən meydana gələn açıq cəmiyyət institutları (siyasi partiya‐
lar) demokratiyanın inkişafı ilə birlikdə gedərək çeşidlənmək‐
dədir.  Artıq  ayrı‐ayrı  kiçik  mənfəət  və  təzyiq  qruplarının  bir 
araya gəlməsi ilə effektiv bir açıq cəmiyyət təşkilatları meyda‐
                                                 
*
 21 may 2004. 
 
‐ 243 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
na gəlmişdir və idarəetmədə sadəcə çoxluğun deyil, azlıqların 
da düşüncələri önəmlidir. Bu təşkilatlar sərbəst seçkilər sonra‐
sı siyasi iqtidar üzərində ictimai bir nəzarət‐təftiş funksiyasını 
da öz üstlərinə götürürlər və bu minvalla xalqın idarəetməyə 
birbaşa qatılmasını təşkil etməkdədirlər. Dolayısilə siyasi iqti‐
dar  sadəcə  seçicilərinin  istəklərini  deyil,  eyni  zamanda  qarşı 
dünyagörüşlü  qrupları  da  təmsil  etməkdədir.  Ayrıca,  ikinci 
mərhələdə  yer  alan  siyasi  partiyaların  xalqa,  demokratiyanın 
fəzilətlərini anlatmaq kimi bir funksiyası yoxdur. Tam tərsi, si‐
yasi partiyalar özlərinin ən demokrat partiya olduğunu isbat‐
lamaq çabası içərisindədirlər. 
Müasir  demokratiyanın  ortaya  çıxış  tarixinə  qısa  bir nəzər 
yuxarıda  anlatılanları  daha  yaxşı  mənimsəmək  baxımından 
faydalı  olacaqdır.  İlk  parlament  15  iyun  1215‐ci  ildə  Magna 
Carta ilə İngiltərədə ortaya çıxsa da, bu demokratik dəyərlərin 
qlobal  olaraq  yayılması  ʺsərbəstlik,  bərabərlik  və  qardaşlıqʺ 
şüarıyla yola çıxan 1789 Fransa Burjua İnqilabına rastlamaqda‐
dır. O zamanlar yeni bir sinfin formalaşması prosesini yaşayan 
burjua  təbəqəsi  (o  zamankı  şərtlərdə  nisbətən  kiçik  sahibkar‐
lar),  kəndlərdə  özünə  ən  böyük  rəqib  olaraq  gördüyü  torpaq 
ağalarına qarşı, onların istismarındakı təhkimçi kəndlilərə sər‐
bəstlik vəd edirdi. Burjuanın fabriklərində çalışacaq əməyə eh‐
tiyacı  vardı,  buna  görə  də  kəndlilərə  istədiyi  yerdə  (istehsal 
yerləri çox vaxt şəhərdə yerləşdiyi üçün kəndlilərə kəndlərdən 
şəhərə köç etmə müstəqilliyi verilməliydi) və istədiyi işdə ça‐
lışma müstəqilliyi verilməliydi. Beləcə, burjua gələcəkdə özü‐
nə  ən  böyük  rəqib  olacaq  fəhlə‐işçi  sinfini  də  yaratmış  oldu. 
Burjuanın şəhərlərdəki ən böyük rəqibi də aristokratiya və ki‐
lisə idi. Aristokratiyaya (elit idarəsinə) qarşı xalqa, özünü ida‐
rə edəcək olanları sərbəstcə seçmə haqqı (plüralist idarəetmə) 
vəd edildi. Hər kəsin səsləri bərabər və tək olacaqdı. Beləliklə 
təmsili  demokratiya  gerçəkləşəcəkdi.  Ayrıca  burjua  sinfi  ilə 
 
‐ 244 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Kilisə  (ruhani  təbəqə)  arasındakı  mübarizədən  də  sekularizm 
(dünyəvilik)  doğacaqdı.  Nəticə  olaraq,  burjua  torpaq  ağasına 
qarşı kəndlilərə “sərbəstlik”, şəhər aristokratiyasına qarşı “bə‐
rabərlik” və Kilisənin Xristiyan dininə dayalı Tanrının qardaş‐
lığına qarşı da, yurddaşlığa (torpağa) dayalı “qardaşlığı” təklif 
etməkdəydi.  Dolayısilə  sərbəstliklə  verilən  azadlıq,  konstitu‐
sion və sosioloji qardaşlıqla tarazlanmış olacaqdı. Göründüyü 
kimi,  qərbdə  demokratiya,  kiçik  humanist  bir  aydın  (intelli‐
gence)  qrupunun  şəxsi  seçimindən  çox,  tarixi  bir  zərurət  ola‐
raq meydana çıxmaqdadır. 
Bu təbii inkişaf prosesini yaşamayan ölkələrdə isə, tarixi və 
nəzəri  nöqtələrdən  fərqli  tendensiyalar  müşahidə  edilmişdir. 
İlk  öncə,  vurğulanmalıdır  ki,  totalitar  və  avtoritar  rejimlərdə 
xalqın böyük əksəriyyəti mövcud idarə anlayışına qarşıdır. Fə‐
qət Leninin dediyi kimi, mövcud istismarçı rejimin dəyişməsi 
üçün,  bu  yetməməkdə,  ayrıca  idarə  edənlər  də  köhnə  üsuli‐
idarə ilə idarəetməyə davam etməkdə çətinlik çəkməli və xal‐
qın  güclü  bir  şəkildə  təşkilatlanması  gərəkməkdədir.  Bu 
nöqteyi‐nəzərdən, ikinci mərhələdə yer alan siyasi partiyaların 
iki alternativi mövcuddur. Birinci və ən çətin olan seçim, parti‐
yanın  demokratiyanı  cəmiyyətə  mənimsətmə  səyləridir.  Hə‐
min  prosesdə  partiya  əlindəki  bütün  vasitələri  demokratiya‐
nın üstün xüsusiyyətlərini anlatmağa fəda edər. Bu mərhələdə 
lokal  mədəniyyətin  demokratiyanı  həzm  etmə  potensialı  də 
müəyyənləşdirici  olmaqdadır.  Ayrıca  açıq  cəmiyyət  quruluş‐
larının cılız və olduqca təsirsiz olması, siyasi partiyaların işini 
daha da çətinləşdirməkdədir. 
İkinci alternativ olaraq, partiya tarixi tendensiyaya tərs bir 
yol  izləyərək,  yuxarıya  doğru  yönəlmə  prosesinə  daxil  olur. 
Burada da iki alt seçim mövcuddur. İlki və nisbətən daha sağ‐
lam  olanı,  siyasi  partiyanın  ölkə  xaricindəki  (günümüzdə, 
qərbdəki)  demokratik  qüvvələrlə  həmrəylik  və  işbirliyi  içəri‐
sində olmasıdır. Çox daha qeyri‐sağlam olan və daha çox, in‐
 
‐ 245 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə