İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə60/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   56   57   58   59   60   61   62   63   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
ölkələr  isə  inkişaf  etməmiş  (inkişaf  etməkdə  olan)  ya  da  sə‐
nayeləşməmiş ölkələr olaraq sinifləndirilməkdədir. Bir çox iq‐
tisadçı  və  digər  alimlər  təməl  makro‐iqtisadi  göstəricilərdəki 
fərqləri əsas alaraq ölkələrin inkişaf səviyyələrini müəyyənləş‐
dirməyə  çalışırlar.  Onların  fikrincə,  iqtisadi‐texnoloji  inkişaf 
avtomatik  olaraq  cəmiyyətdə  hərtərəfli  inkişafa  səbəb  olmaq‐
dadır. Belə ki, bu gün inkişaf etmiş ölkələrin tarixi təcrübələri, 
bizə sənayeləşmənin bu ölkələrdə cəmiyyətin siyasi, ictimai və 
hüquqi  inkişafıyla  nəticələndiyini  göstərməkdədir.  Xüsusilə 
son  25  ildə  texnoloji  yeniliklərin  cəmiyyətin  inkişafında  rolu 
böyük  olmuşdur.  Bu  dəyərləndirmə  səhv  olmamaqla  bərabər 
çox  önəmli  bir  əskikliyi  vardır.  Çünki  burada  sənayeləşmə, 
praktiki və texniki bir problem olaraq analiz edilməkdədir. Sə‐
nayeləşmənin ictimai və siyasi tərəfləri diqqətə alnımamaqda‐
dır.  Bu  dəyərləndirmə  texnologiyanın,  içində  yetişdiyi  tarixi 
və ictimai mühitdən müstəqil olaraq inkişaf etdiyini fərz edir. 
Halbuki texnoloji inkişaf və ictimai‐siyasi inkişaf arasında qar‐
şılıqlı  bir  əlaqə  mövcuddur.  Texnoloji  inkişaf  və  sənayeləşmə 
cəmiyyətdəki bütün strukturları və ictimai‐siyasi münasibətlə‐
ri dəyişdirir. Eyni zamanda texnoloji inkişaf özü də cəmiyyət‐
dəki ictimai‐siyasi güc və münasibətlərin, tarixi şərtlərin təsiri 
altında  qalır.  Klassik  İqtisadçıların  irəli  sürdüklərinin  əksinə, 
texnologiya, tərəfsiz (neytral) deyildir, ortaya çıxdığı cəmiyyə‐
tin xüsusiyyətlərini daşıyır. Digər tərəfdən texnologiyanın isti‐
fadəsi tarixi və iqtisadi şərtlərə bağlıdır. Məsələn, təkərin isti‐
fadəsinə, kəşf edildikdən çox uzun zaman sonra başlandı. 
Yuxarıda sənayeləşmə prosesinin sadəcə iqtisadi bir məsələ 
olmadığını göstərməyə çalışdıq. Sənayeləşmə ictimai‐siyasi in‐
kişafı, yəni demokratiya, insan haqları kimi modern dünyanın 
nemətlərini  bərabərində  gətirməklə  yanaşı,  cəmiyyətin  xarak‐
teristikasını da əks etdirir. 
 
‐ 234 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Gəldiyimiz nəticəyə görə, iqtisadi inkişaf, hər ölkədə oldu‐
ğu  kimi  Azərbaycanda  da  arzu  edilən  demokratiya  və  insan 
haqları probleminin həlli üçün vacib amildir. Ancaq bunu tək 
tərəfli  olaraq  başa  düşməmək  lazımdır.  Azərbaycanda  möv‐
cud olan struktur, iqtidar və cəmiyyətdəki münasibətlər siste‐
mi iqtisadi inkişafı yönləndirəcək və eyni zamanda bu proses‐
dən təsirlənərək dəyişəcək, inkişaf edəcəkdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 235 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 236 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Hansı kapitalizm?
*
 
Bəhruz Məmmədli 
 
SSRİ‐nin  dağılması  ilə  qarşısında  bir  alternativi  qalmayan 
kapitalizm  son  sürətlə  dünyanın  bütün  nöqtəsinə  yayılmağa 
başladı.  Bir  çoxları  tərəfindən  kapitalizmin  zəfəri  elan  edildi. 
Hətta 1989‐cu ildə Fukuyama “National Interest” adlı nüfuzlu 
bir  siyasi  jurnalda  yayımlanan  məqaləsində  “liberal  kapita‐
lizm”in qələbə çaldığını irəli sürdü və “tarixin sonu”nun gəl‐
diyini bəyan edərək məşhurlaşdı. Əslində bu fikrin təməli He‐
gelin tarix anlayışına dayanır. Hegel, insanlıq tarixini “ən yax‐
şı  mərhələyə”  doğru  inkişaf  prosesi  olaraq  tərif  etmişdir.  Fu‐
kuyama  artıq  “ən  yaxşı  mərhələnin”  gəlib  çatdığını  söylədi: 
bu Liberal Kapitalizmdir. Tarix boyu insanlığın axtardığı, bü‐
tün  insanlara  zənginlik  verəcək  olan  sistem  Liberal  Kapita‐
lizmdir. 
Əlbəttə ki, bu fikir bir mənalı qarşılanmadı. Xüsusilə son 20 
ildə baş verən böhranlar, gəlir bölgüsünün pisləşməsi, yoxsul‐
luğun yayılması liberal kapitalizm başda olmaqla kapitalizmə 
qarşı tənqidləri intensivləşdirdi. 
Əksər  düşünürlər  kapitalizmi  tənqid  etdiklərində  və  ya 
qarşı çıxdıqlarında onu tək bir konsept olaraq (ən yaxşı halda 
“Amerikan  Kapitalizmi”  və  “Ren  Kapitalizmi”  olaraq)  dəyər‐
ləndirməkdədirlər.  Halbuki  Amerika  Birləşmiş  Ştatlarındakı 
kapitalizmlə,  Almaniya  Kapitalizmi  arasında  fərqlər  olduğu 
kimi, Yaponiya, Fransa, İtaliya və digər ölkələrin “kapitalizm‐
ləri” arasında da önəmli fərqliliklər vardır. Bu yazıda bəzi elm 
adamlarının görüşlərinə dayanaraq kapitalizmin fərqli növləri 
arasında qruplaşdırma aparmağa çalışacağıq. 
                                                 
*
 15 iyul 2005. 
 
‐ 237 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
Albert, Hall və Soskice, ABŞ və Almaniya ilə əlaqədar araş‐
dırmalarına əsaslanaraq kapitalizmin iki növünü müəyyənləş‐
dirmişlər: 
1) Sərbəst Bazar İqtisadiyyatları (SBİ ‐ Liberal Market Eco‐
nomies), 
2) Koordinasiyalı Bazar İqtisadiyyatları (KBİ ‐ Coordinated 
Market Economies). 
Bu ikisi arasında fərqlilik bir əsas xüsusiyyətdən qaynaqla‐
nır:  koordinasiya.  SBİ‐da  koordinasiya,  transfer  edilə  bilən 
varlıqların  investisiyasını  təmin  edən  bazar  mexanizmlərinə 
dayanır. Ancaq KBİ‐da investisiya qoyuluşlarının həyata keçi‐
rilməsində  non‐market  vasitələr  istifadə  olunur.  Buna  strateji 
koordinasiya  deyilməkdədir.  Burada  müəyyən  varlıqlara  in‐
vestisiya qoyuluşları təşviq edilir. Hall və Soskicenin bu sinif‐
ləşdirməsi firmalar üzərində yoğunlaşmaqdadır. 
Sinifləşdirmə  aparıldığında,  çeşidli  institutlar  (qurumlar) 
araşdırmaya daxil edildiyində daha çox kapitalizm növü orta‐
ya  qoymaq  mümkündür.  Belə  ki,  Bruno  Amable  bu  institut 
formalarının  ayrı‐ayrı  ölkələrdəki  fərqliliklərini  ələ  alaraq 
dörd kapitalizm növü olduğunu irəli sürmüşdür. Amablein is‐
tifadə etdiyi institut formaları belədir: 
‐ Finans sektoru, 
‐ Məşğulluq münasibətləri, 
‐ Təhsil sektoru. 
‐  Yuxarıdakı  3  institut  formasının  ayrı‐ayrı  ölkələrdəki 
fərqliliklərindən qaynaqlanan elmi, texnoloji və sənaye ixtisas‐
laşmasının gətirdiyi ixtisaslaşma. 
Bruno Amablein ortaya qoyduğu dörd kapitalizm növü isə 
belədir: 
‐ Bazar əsaslı model. (SBİ‐yə bənzəyir) 
‐ Mesocorporatist model. (Yaponiya) 
‐ Sosial demokratik model. ( Skandinaviya ölkələri) 
 
‐ 238 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə