İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə68/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   64   65   66   67   68   69   70   71   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 264 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Sosial müdafiənin problemləri
*
 
İbrahim Nəzirli 
 
Sosial  sığortaçılıq  əsasına  dayanan  müasir  sosial  müdafiə 
sistemi  ilk  dəfə  1881‐ci  ildə  Otto  Von  Bismark  tərəfindən  qu‐
rulmuşdur.  Ancaq  nəsillər  arası  köməkləşmə  və  cəmiyyətin 
zəngin üzvlərinin yoxsul üzvlərinə resurs öturməsi kimi yük‐
sək ideoloji düşüncələrlə qurulan bu sistemin dizaynı əsnasın‐
da  demoqrafik  dəyişikliyin  sistemə  təsirlərinin  nə  dərəcədə 
yüksək ola biləcəyi təxmin edilə bilməmişdir. 
Bütün dünyada sosial müdafiə sistemlərinin mövcudluğu‐
nun  səbəbi  şəxslərə  aktiv  iş  həyatlarının  başa  çatmasından 
sonra  da  qaneedici  və  müntəzəm  gəlir  təmin  etməkdir.  Bu 
proses aktiv şəkildə işləyənlərə çox yük gətirmədən həyata ke‐
çirilməlidir. Ancaq inkişaf etmiş qərb ölkələrində sosial müda‐
fiə sistemlərinin qurulmasının  XIX  əsrdə  başlaması  və  zaman 
içərisində bir çox mərhələdən keçməsinə baxmayaraq, bu gün 
demoqrafik  dəyişikliklərlə  əlaqədar  ciddi  problemlər  ortaya 
çıxmışdır. 
Dünya əhalisinin sürətlə yaşlanması sosial müdafiə sistem‐
lərinin üzərinə böyük yük gətirməkdədir. Keçən XX əsrdə hə‐
yat şərtlərinin yaxşılaşması, tibb elmindəki uğurlar və s. kimi 
müsbət səbəblərdən ortalama insan ömrü uzandı. Bundan baş‐
qa, xüsusi ilə inkişaf etmiş ölkələrdə, doğum nisbətlərində bö‐
yük  azalmalar  özünü  göstərdi.  Bir  ölkənin  demoqrafik  struk‐
turunun  mühafizə  edilməsi  üçün  19‐45  yaş  arasındakı  qadın‐
larda qadın başına düşən doğum sayı 2,1 olmalıdır. Fəqət Av‐
ropada bu rəqəm 1,5‐dir və ümumiyyətlə doğum nisbəti ölkə‐
lərin  çoxunda  azalmaqdadır.  Bu  proseslərin  nəticəsində  həm 
insanlar təqaüdə çıxdıqdan sonra daha uzun müddət yaşayır‐
                                                 
*
 20 oktyabr 2004. 
 
‐ 265 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
lar,  başqa sözlə  daha  çox təqaüd  alırlar,  həm  də  iş  qüvvəsinə 
qoşulan gənclərin sayı azalır, yəni təqaüdçülərə təqaüd ödəyə 
biləcək işləyənlərin sayı azalır. 
Məsələn, BMT‐nin raportlarına görə Almaniya 30 il boyun‐
ca hər il 500000 emiqrant işçi almasa ya da doğum artım sürə‐
tini  iki  qat  artırmasa  2050‐ci  illərdə  əhalisi  83  milyondan  70 
milyona düşəcəyi və bu əhalinin də ortalama yaşının 50 olaca‐
ğı,  beləliklə  hər  işçinin  öz  maaşının  yarısını  bir  təqaüdçüyə 
ödəyərək  onun  “köləsinə”  çevriləcəyi  təxmin  edilir.  “The  Fi‐
nancial  Times”  qəzetində  verilən  bir  xəbərdə  2030‐cu  ildə 
Amerika Birləşmiş Ştatlarında yaşlı əhalinin bu günə nisbətən 
iki qat artacağı, sosial müdafiə sisteminə qatılması lazım olan 
işləyən  əhalinin  artımının  isə  18  faizi  keçməyəcəyi  irəli  sürü‐
lür.  ABŞ‐ın  gələcəkdəki  xərcləri  və  gəlirləri  arasındakı  fərqin 
bugünkü  dəyərlə  təxmini  miqdarı  44  trilyon  dolardır.  Bu  bir 
neçə misal belə bütün dünya iqtisadiyyatının necə bir problem 
ilə qarşı qarşıya olduğunu göstərmək üçün kifayətdir. 
Bu  proseslər  nəticəsində  başlanğıcda  7‐8  işləyənin  qoşul‐
ması ilə 1 təqaüdçü maaşını maliyyələşdirəcək şəkildə qurulan 
sosial  müdafiə  sistemi  yuxarıda  saydığımız  proseslər  nəticə‐
sində hal hazırda qlobal miqyasda 4‐5 işləyənin 1 təqaüdçünü 
maliyyələşdirmə nöqtəsinə gəlmişdir. 
Hal‐hazırda istər inkişaf etmiş və istərsə də inkişaf etmək‐
də  olan  ölkələrin  sosial  müdafiə  sistemləri  böhran  keçirmək‐
dədirlər. Əhalinin yaşlanması, səhiyyə xidmətlərinin maya də‐
yərinin artması, siyasi iqtidarların sosial müdafiə sistemlərinə 
yersiz müdaxilələri, iqtisadi dalğalanmalar, inflyasiya, işsizlik, 
qeydiyyatsız  işçi  çalışdırma,  kimi  səbəblərdən  demək  olar  ki, 
hər  ölkədə  sosial  müdafiə  qurumları  ciddi  problemlərlə  qarşı 
qarşıyadırlar.  İnkişaf  etmiş  ölkələrdə  sosial  müdafiə  sistemi‐
nin  işləməsinə  mane  olan ən  əsas  faktor  demoqrafik  xüsusiy‐
 
‐ 266 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
yətlər  olduğu  halda  inkişaf  etməkdə  olan  ölkələrdə  aktuerya
*
 
prinsiplərinə əməl edilməməsi ön plana çıxır. 
Bütün  ölkələr  sosial  müdafiə  sistemlərinin  qarşılaşdığı 
problemləri öz şərtlərinə uyğun parametrik tədbirlərlə həll et‐
məyə çalışmışdır. Alınan bu tədbirləri; təqaüdə çıxma yaşının 
artırılması,  sosial  müdafiə  kəsintilərinin  yüksəldilməsi,  təqa‐
üdlərin  real  alıcılıq  qabiliyyətinin  aşağı  salınması,  vergi  nis‐
bətlərinin  artırılması,  imtiyazlı  təqaüdə  çıxmalara  son  qoyul‐
ması,  vaxtından  əvvəl  təqaüdə  çıxma  şərtlərinin  çətinləşdiril‐
məsi,  yüksək  təqaüdlərin  yüksək  nisbətdə  vergiləndirilməsi, 
qeydiyyatsız  işə  götürmələrin  qeydiyyata  alınması  və  gənc 
əhaliyə  sahib  ölkələrdən  işçi  qəbul  edilməsi  şəklində  sırala‐
maq mümkündür. Alınan bu kimi tədbirlərə baxmayaraq sosi‐
al  müdafiə  sisteminin  neqativ  maliyyə  disbalansının  qapadıl‐
masının mümkün olmaması halında dövlət büdcəsindən sosi‐
al  müdafiə  sisteminə  transfertlər  həyata  keçiriləcəkdir.  Bu  da 
öz  növbəsində  dövlətin  borc  alma  ehtiyacı  və  ölkədəki  vergi 
nisbətlərinin ümumi  səviyyəsi üzərində  zamanla  artan  təzyiq 
amilinə çevriləcəkdir. Sistemdə lazımi islahatların həyata keçi‐
rilməməsi halında yaranan və bir dəfə yarandıqdan sonra hən‐
dəsi olaraq böyüyən sosial müdafiə kəsirlərinin dövlət büdcə‐
sinə gətirəcəyi yük dövlətləri ən radikal tədbirləri almağa isti‐
qamətləndirəcək dərəcədə böyükdür. 
Yaxın keçmişdə müxtəlif ölkələrdə işləyən‐təqaüdçü balan‐
sını  yenidən  qurmaq  məqsədi  ilə  islahatlar  həyata  keçirildi. 
Məsələn,  Fransada  dövlət  sektorundan  təqaüdçü  olmaq  üçün 
                                                 
*
 Aktuerya: (Actuarial Science) Sığorta və maliyyə sahəsində bir elm qolunun 
adıdır. Sığortaçılıq texnologiyası ilə əlaqədar investisiya, maliyyələşdirmə və 
demoqrafiya mövzularında ehtimal və statistik nəzəriyyələri tətbiq edən, 
sığortaçılıq mövzusunda cədvəllər təşkil edən, hüquqi infrastruktura uyğun 
bir şəkildə tarifə və texnik əsasları müəyyənləşdirən, rezerv və dividentləri 
hesablayan və bunlara dair maliyyə raportlarını təsdiq edən şəxslərin 
fəaliyyətini əks etdirir. 
 
‐ 267 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə