İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə76/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   72   73   74   75   76   77   78   79   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
reallığı düzgün əks etdirmədiyini, ya da ölkədə korrupsiya ilə 
müşahidə olunan gizli iqtisadiyyatın miqyasının böyük oldu‐
ğunu etiraf etməlidirlər. 
Təsadüfi deyil ki, “International Transparency” bir neçə il‐
dir ki, Azərbaycanın korrupsiyaya qurşanmış ölkələrə liderlik 
etdiyini açıqlayır. Eyni zamanda Dünya Bankının bir mütəxəs‐
sisinin bankla birlikdə apardığı tədqiqatın nəticələrində də si‐
yahıya Azərbaycan və Bolqarıstanın liderlik etdiyi qeyd edilir 
və  bunun  Azərbaycanda  yüksək  rütbəli  dövlət  məmurları  tə‐
rəfindən himayə olunduğu göstərilir. 
Yuxarıda  sadalananlardan  belə  qənaətə  gəlmək  olar  ki, 
Azərbaycanda 2000‐ci ildə (əvvəlki illər də daxil olmaqla) iqti‐
sadi  inkişafın  artım  sürəti  yaxın  gələcəkdə  də  əhalinin  həyat 
səviyyəsində  köklü  irəliləyiş  yarada  bilməyəcək.  Bu  olsa‐olsa 
əhalinin  pul  gəlirlərinin  istehlak  səbətinə  yaxınlaşması  ilə  sə‐
ciyyələnəcək. 
Qısası,  Azərbaycanda  yoxsulluğun  azalması  üzrə  dövlət 
proqramının qəbul edilib həyata keçirilməsinə ehtiyac var. Bu‐
nunla  bağlı  hökumət  layihə  hazırlayır  və  Beynəlxalq  Valyuta 
Fondu missiyasının martın axırında Bakıya səfəri zamanı mü‐
zakirə  ediləcəyi  gözlənilir.  Proqrama  gəlirlərin  artırılması  ilə 
yanaşı,  ətraf  mühitin,  su  təchizatı  və  kanalizasiya  sistemləri‐
nin, səhiyyə xidmətlərinin, təhsilin yaxşılaşdırılması və s. mə‐
sələlərin həllinin də daxil ediləcəyi dövlət rəsmiləri tərəfindən 
bildirilir. Qeyd edilməlidir ki, struktur islahatları həyata keçi‐
rilmədən  qəbul  ediləcək  belə  proqramlarla  nəticə  əldə  etmək 
mümkün deyil. 
 
 
 
 
 
 
‐ 295 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 296 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Struktur islahatları və idarəetmə sistemi
*
 
Əkbər Eldaroğlu 
 
Bu  gün  Azərbaycanda  struktur islahatlarının  yenidən  mü‐
zakirəyə çıxarılması Beynəlxalq Valyuta Fondu, Dünya Bankı 
və Avropa Şurasının ölkədə struktur islahatlarının aparılması‐
na dair təkidli çağırışları ilə əlaqədardır. Mart ayının sonunda 
Beynəlxalq Valyuta Fondunun missiyasının Azərbaycana növ‐
bəti səfəri olacaq. Səfər 2001‐2003‐cü illərdə Azərbaycanın iqti‐
sadi  və  maliyyə  siyasəti  proqramının  son  variantı,  həmçinin 
Azərbaycanda  yoxsulluğun  azaldılması  proqramı  ilə  tanışlıq 
məqsədi daşıyır. Səfər zamanı ekspertlər perspektiv proqram‐
da əksini tapmış yoxsulluqla mübarizə, dövlət strukturu, həm‐
çinin  finans  və  bank  sektorunda  islahatlarla  bağlı  tədbirlərin 
səmərəliliyini müəyyənləşdirəcəklər. 
Lakin,  sadəcə  bu  qurumların  tələblərinə  görə  deyil,  ümu‐
miyyətlə sərbəst bazar iqtisadiyyatına keçid dövrünü yaşayan 
Azərbaycanda hökumət bu sistemə uyğun idarəetmə struktu‐
runu formalaşdırmağa məcburdur. Sərbəst bazar iqtisadiyyatı 
yolu  ilə  inkişaf  edən  ölkələrin  təcrübəsi  göstərir  ki,  dünyada 
bu və ya digər formada siyasi sistem, dövlət quruluşu və hö‐
kumətin  iqtisadiyyata  müdaxiləsinin  məzmununu  düzgün 
formalaşdıra bilməyən heç bir ölkə yüksək iqtisadi inkişaf sə‐
viyyəsinə  nail  ola  bilməyib.  Hüquqi  dövlət  prinsipinə  söykə‐
nən demokratik sistemin iqtisadi yüksəlişi təmin edən ən mü‐
kəmməl və dinamik sistem olduğu qəbul edilməkdədir. Lakin 
buna  baxmayaraq  dünyada  hətta  avtoritar  siyasi  sistemlərin 
də  iqtisadi  inkişaf  üçün  əlverişli  iqtisadi  mühiti  yaratdıqları 
müşahidə edilmişdir. Bu gün avtoritar idarəetmə sistemindən 
demokratik sistemə keçid dövrünü yaşayan Azərbaycanda iq‐
                                                 
*
 22 mart 2001. 
 
‐ 297 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
tisadi  inkişaf  üçün  sadəcə  siyasi  sistemin  sabitləşməsi  yetərli 
sayıla  bilməz.  Bunun  ardınca,  Azərbaycanda  hökumətin  iqti‐
sadiyyata  müdaxiləsinin  optimal  nisbətinin  müəyyənləşməsi 
və  paralel  olaraq  iqtisadi  artımın  yüksək  tempini  təmin  edən 
qurum  və  strukturların  fəaliyyətinin  təkmilləşdirilməsi  tələb 
olunur. 
Bəzi  yeni  qurum  və  strukturların  iqtisadiyyatın  inkişafına 
xidmət etmək üçün sadəcə formal şəkildə təşkil olunması iqti‐
sadi yüksəlişi labüd prosesə çevirmir. Necə ki, Azərbaycanda 
son dövrlər Ümumi Daxili Məhsulun yarıdan çoxunu istehsal 
edən özəl sektora xidmət etməsi məqsədilə xüsusi strukturlar 
yaradılmışdır. Bu gün sərbəst bazar iqtisadiyyatı yolu ilə inki‐
şaf  edən  ölkələrdə  fəaliyyət  göstərən  Qiymətli  Kağızlar  Üzrə 
Dövlət  Komitəsi,  Fond  Birjası,  Əmlak  Nazirliyi,  Sahibkarlığa 
Kömək  Fondu,  Orta  və  Kiçik  Sahibkarlığın  İnkişafı  Agentliyi 
və s. kimi qurumlar Azərbaycanda da təsis edilmişdir. Bunun‐
la bərabər son dövrlər sərbəst bazar iqtisadiyyatının tələbləri‐
nə cavab verməyən qurumların ləğv edilməsi istiqamətində də 
müəyyən addımlar atılmışdır. Xarici İqtisadi Əlaqələr Nazirli‐
yi ilə Ticarət Nazirliyinin bazasında yeni nazirliyin yaradılma‐
sı,  Xidmət  Konserni  və  Sənaye  Ticarət  Konserninin  ləğv  edil‐
məsi və s. buna əyani misal ola bilər. Lakin bütün bunlara bax‐
mayaraq 8 milyon əhalisi olan Azərbaycan nazirlik, baş idarə 
və  komitələrin  sayına  görə  dünyada  aparıcı  yerlərdən  birini 
tutur. Bununla bərabər bütün müşavirə və təkliflərdə ölkə baş‐
çısı özünün statusu və strukturlarının təkmilləşdirilməsinə eh‐
tiyac duyulan Nazirlər Kabinetinin qarşısında iqtisadiyyatının 
yeni idarəetmə prinsiplərinə uyğun idarə olunmasını və təşki‐
lat strukturunun təkmilləşdirilməsi vəzifəsini qoyur. 
Bu gün Azərbaycanda struktur islahatları adı altında təşki‐
lat  strukturu  və  fəaliyyəti  bir‐birini  təkrar  edən  qurumların 
birləşdirilməsi  istisna  olmaqla,  bəzi  qurumların  adlarının  də‐
 
‐ 298 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə